Rövşən Abdullaoğlu

Rövşən Abdullaoğlu

Yazar
9.6/10
27 Kişi
·
40
Okunma
·
11
Beğeni
·
516
Gösterim
Adı:
Rövşən Abdullaoğlu
Unvan:
Azerbaycanlı Yazar, Filozof-Oryantalist, Psikolog
Doğum:
Bakü, Azerbaycan, 28 Eylül 1978
Rövşen Abdullaoğlu (tam adı: Rövşen Abdulla oğlu Abdullayev; d. 28 Eylül 1978. Bakü, Azerbaycan SSR) - Azerbaycanlı yazar, filozof-oryantalist, psikolog.

Azerbaycan Devlet İktisat Üniversitesi'nden mezun. Çeşitli üniversitelerde teoloji ve felsefe üzere yüksek eğitimini sürdürmüştür.

Moskova Pozitif Teknoloji ve Danışmanlık Enstitüsü Psikolojik danışmanlık Fakültesi Gestalt-terapi üzere danışman psikolog olarak mezun olmuştur.

Azerbaycan, Türk, Arap, Fars ve Rus dillerini biliyor.
  • Əfsanə kitabdı, hər cümləsində nəsə öyrədir. Ağac kimi baxsaq bu kitaba əsas boy atmağı hədəf seçsə də, ətraf budaqların inkişafını da nəzərdən qaçırmayıb. Oxuduqlarım arasında ilk 5yə daxildi, məndə imzalısı olmasının yerini isə heç nə verməz
  • Qeyd edim ki, yazıçının yaradıcılığı ilə tanış deyildim, ilk dəfə bu romanla tanışlıq fürsəti yarandı.
    Mart ayında tənqidçi, esseist Əsəd Cahangirin müsahibələrindən birində roman haqqında dediyi bir fikrə rastlamışdım: "Rövşənin "Bu şəhərdə kimsə yoxdur” romanından ancaq 20 səhifə oxuya bildim, sonra gördüm ki, özümü boşuna yoruram. Çünki mətn mənə heç bir psixoloji impuls, heç bir intellektual informasiya ötürmürdü. Elə bil ki, bər-bəzəkli süfrədə, bahalı qabda duzsuz xörək yeyirdim. O 20 səhifəni də özümü məcbur edib oxudum ki, görüm axı nə var bu kitabda. Elə bir şey görmədim". Bu fikir diqqətimdə qalmışdı, romanı əldə edib oxuyanda qarşılaşdırma edəcəkdim.
    Ola bilər ki, əsər hər oxucuya fərqli təsir etsin. Gördüyümüz kimi ilk 20 səhifədən sonra kənara qoyanlar da olub. Bu cəhətdən razıyam ki, intellektual informasiya alınması baxımından roman yetərlilik daşımır. Ancaq bunu da nəzərə almaq lazımdır ki, əsər geniş oxucu kütləsi üçün yazılmış, sadə dildə, hər kəsin başa düşəcəyi tərzdə çatdırılmağa çalışılmış bir motivasiya romanıdır. Bununla yanaşı bu o demək deyil ki, əsərdə psixoloji biliklərdən istifadə edilməmişdir, təbii ki, edilmişdir, həm də zövqlə seçilərək, lakin insan ruhunun ən dərin qatlarına enmək kimi missiyanı romanda hiss edə bilmədim. Nümunə gətirsəm, məsələn, "Karamazov qardaşları" romanından aldığım təsirlə müqayisə edə bilmərəm, mümkünsüzdür. Ola bilər, bu, müəllifin gənc yaşda olması ilə də bağlı olsun. Dori Lessinqin dediyi kimi, "20-30 yaşlarında sizi sıxan bir kitab, 40 ya da, 50 yaşlarınızda sizə yeni bir qapı aça bilər", fikrini əsərlərin hansı yaşda yazılmasına aid olmasını da düşünməliyik bəlkə.
    Müəllifin özünün dediyi kimi, onun əsas məqsədi bir motivasiya ustası kimi, əsər insanlara həyat strategiyasını, etdikləri yanlışlıqlarını daha yaxşı göstərəcək, fərdi inkişaf və insanı uğura, özünü müsbətə dəyişməyə stimul verəcəkdir. Bu mənada müəllif işinin öhdəsindən gəlməyi bacarmış, uğurlu bir addım atmaöa nail olmuşdur. Nəzərə alsaq ki, ölkədə cəmiyyət içində, xüsusən də gənclərdə ruhsuzluq müşahidə olunmaqdadır, belə bir romanla ruhdan düşmüş insanlara qarşı, yeni yol seçib hərəkət etmək, keçmişi qəbul edib gələcəyə ümidlə baxmaq kimi təsirlərə nail olmaq mümkündür, nəinki mümkündür, hətta romanın bir neçə dəfə nəşr olunması, çox oxunması artıq bu dediklərimdə öz təsdiqini tapmışdır.
    Müəllifin romanda qabartdığı və mənim də çox marağında olduğum mühüm məsələlərdən biri də insanın özünü tanımağa cəhd etməsi məsələsi idi. Bu çox xoşuma gəldi. Bütövlükdə, roman faydalı romandır. Rövşən bəyə gələcək yaradıcılıq fəaliyyətində uğurlar diləyirəm!
    Əsərdən ən bəyəndiyim sitat:
    "Villi, özünü həyatda xoşbəxt hiss etməyin üçün sənə 10 saniyə yetər"...
    Mən bu müddəti 5 saniyə bilirdim)
  • Bu kitabı oxuyanda anladım ki, insan 200dən çox sümükdən ibarətdisə, 2000dən də çox hissdən ibarətdi. Və müharibədə həmişə ən böyük zərbə qadınlara və uşaqlara dəyir. "Kaliforniya qalstuku"nu isə unutmaq mümkün deyil.. Sadəcə, möhtəşəm kitabdı
  • Kitab axıcılığı ilə diqqəti cəlb edir. Əsasən də hər hansı bir mövzu ətrafında bir neçə insanın müzakirələri gözəl təsvir edilib. Bunlara din haqqında, ədəbiyyat haqqında, insan psixologiyası haqqında müzakirələri aid etmək olar. Kitabda həmçinin insana "wow" dedirdəcək hissələr də var, amma onları əvvəldən bilmək olur)). Həmçinin kitabda Bosniya həqiqətləri də oxucuya ustalıqla təqdim olunub.
  • #bitti
    R.Abdullaoğlu- relslər üzərində uzanmış adam
    Müəllif yenə psixologiyamı alt- üst etdi. Hər kitabında bir başqa cür heyran oluram üslubuna . Kitab haqqında nə deyim heç özüm də bilmirəm , nə desəm az olacaq. •Əsərin personajı Ted psixologiya elminə məlum olmayan bir xəstəlikdən əziyyət çəkir. 31 psixoterapist yanına getsə belə heç kim onun bu psixoloji sarsıntısına çarə tapa bilmir. Səbəbi isə hələ uşaq vaxtı qardaşı ilə keçirdikləri travmalar və bundan sonra bir birini izləyən hadisələr zənciridir . •Ted son çarəni intiharda görür . Bir neçə dəfə cəhd etsə də nəticəsiz qalır və son olaraq rels üzərində uzanaraq intihar etməyi qərara alır. •Rels üzərində uzanarkən başqa biri də intihar üçün bu metodu seçir və Tedlə Faruqun , iki intihar meyllisinin tanışlığı başlayır. Faruqun intihar səbəbi isə neçə illər öncəki Srebrenitsa hadisələrinə , serblərin bosniyalı müsəlmanlarına başlarına açdıqları oyunlara dayanır( kitab boyu bu müharibə və insanoğlunun qəddarlığına da qiyabi səyahət edirik ) . •itirəcək bir şeyləri olmadığını düşünən bu 2 şəxs qatarın gəlişini gözləyərkən öz daxili qaranlıq dünyalarını bir birlərinə açırlar . Danışdıqca əslində yaşamağa dəyər şeylərin qaldığını dərk edəcəklər . Amma bəzən insan itirdikdən sonra nəyinsə dəyərini dərk edir və artıq gec olur .
    •Kitabdakı “ əsl Ted” obrazı məni məndən aldı. Bir əsər personajı insana bu qədərmi təsir edər. Kitabı oxumamısızsa mütləq və mütləq oxuyun . Nəşr və keyfiyyət baxımından da çox yaxşı idi.
    5/5 , #relsleruzerindeuzanmısadam

Yazarın biyografisi

Adı:
Rövşən Abdullaoğlu
Unvan:
Azerbaycanlı Yazar, Filozof-Oryantalist, Psikolog
Doğum:
Bakü, Azerbaycan, 28 Eylül 1978
Rövşen Abdullaoğlu (tam adı: Rövşen Abdulla oğlu Abdullayev; d. 28 Eylül 1978. Bakü, Azerbaycan SSR) - Azerbaycanlı yazar, filozof-oryantalist, psikolog.

Azerbaycan Devlet İktisat Üniversitesi'nden mezun. Çeşitli üniversitelerde teoloji ve felsefe üzere yüksek eğitimini sürdürmüştür.

Moskova Pozitif Teknoloji ve Danışmanlık Enstitüsü Psikolojik danışmanlık Fakültesi Gestalt-terapi üzere danışman psikolog olarak mezun olmuştur.

Azerbaycan, Türk, Arap, Fars ve Rus dillerini biliyor.

Yazar istatistikleri

  • 11 okur beğendi.
  • 40 okur okudu.
  • 6 okur okuyor.
  • 22 okur okuyacak.
  • 1 okur yarım bıraktı.