Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seymur Baycan

Seymur BaycanHəyatımın Ən Xoşbəxt Günü yazarı
Yazar
4.5/10
14 Kişi
103
Okunma
15
Beğeni
2.681
Görüntülenme

Seymur Baycan Gönderileri

Seymur Baycan kitaplarını, Seymur Baycan sözleri ve alıntılarını, Seymur Baycan yazarlarını, Seymur Baycan yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bakı ermənisi ilə söhbətdən.
- Bütün bunlar çox dəhşətlidir. Mən səni başa düşürəm. - Bu, dəhşət deyil, sadəcə, həyatdır. Dənizin iyi hələ də burnumdadır. Bircə dəfə Xəzərin sahilində ayaqyalın gəzsəydim, rahat ölərdim.
Sayfa 144
Əgər adam yaxşılıq etmək istəsə, buna həmişə imkan tapa bilər.
Sayfa 141
Reklam
Bakı ermənilərini burada sevmirlər. Bizə deyirlər ki, sizin qanınız təmiz erməni qanı deyil, türklərin qanı ilə qarışıb.
Sayfa 141
Mən onun adını eşitdim - Anuş. Universitetdə rus dili və ədəbiyyatı fakultəsində oxuyur. Sadə geyinmişdi. Görkəmində kasıblıq vardı. Danışanda totuq, ağ əllərini saçlarına çəkdi. Orta boylu, ağ dərili, utancaq, həyacanlı, mülayim səsli bu qız mənim gözlərimə soyulmuş yumurta kimi göründü. O vaxtdan bəri soyutma yumurta yeyəndə Anuşu xatırlayıram.
Sayfa 26
İllərdir müxtəlif sülhməramlı konfranslarda, seminar və tədbirlərdə iştirak edirəm. Xalqlar dostluğu, sülh, müharibənin dəhşətləri haqqında söhbətlər məni bezdirmişdi. Deyəsən, xarici fondlar da pullarını boş yerə xərclədiklərini artıq anlamışdılar. Qafqazda sülhün olmayacağını duyan xaricilər belə tədbirlərə getdikcə daha az maraq göstərir, tədbirlər, konfranslar azalırdı.
Sayfa 23
Yol yoldaşım qurşağa qədər lüt soyundu. Çantasından toyuq qızartması, pomidor, xiyar, yarım litrlik "Xlebnaya Doroqa" arağı çıxarıb masanın üstünə düzdü. Toyuğu bir neçə yerə parçaladı. Qəfildən nəsə xatırlayan adam kimi çantadan iki plastik stəkan çıxardı. Stəkanlara araq süzüb üzünü mənə tutdu: - Gəl vuraq. İstidən qorxma. Gəl, gəl. Mən tək çörək yemirəm. Adam tapmayanda güzgüyə baxıb yeyirəm.
Sayfa 12
Reklam
Acqarnına araq içmək olmaz, məndən sizə məsləhət, heç vaxt acqarnına araq içməyin, - deyərək Haqverdi baba qara çörək dilimini üstüne kərə yağı, qırmızı kürü çəkib ağzını marçıldada-marçıldada ləzzətlə yedi. Sonra da eyni tərzdə qırmızı çaxırda qızardılmış it qulaqlarına girişdi. Dadaş isə qoca kişinin belə ləzzətlə yemək yeməsinə həsədlə baxırdı.
- Elə danışırsan ki, guya bu həyatda yaşamaq mənim üçün çox xoşdur? - Bəs onda niyə yaşayırsan ? Səni bu həyatda saxlayan nədir? - Nə axmaq suallar verirsən. Madam ki, həyat var deməli burda kimsə yaşamalıdır. Mən yaşamasam bir başqası yaşayacaq. Həm də fikirləşirəm ki, bəlkə də, qarşıda nəsə yaxşı hadisələr olacaq.
Keçmişdə adamların həyatı sadə idi. Adamlar az düşünürdülər, ona görə də hər bir məsələni sürətlə həll edirdilər. Biz çox düşünürük. Adı bir məsələnin üstündə illərlə baş sındırırıq. İnsan nə qədər düşünsə, bir o qədər də cəsarətsiz, qorxaq olur. Çox düşünmək bizim evimizi yıxıb.
Ali insanlar sosial şəbəkələrdən , bahalı restoranlardan, bahalı geyimlərdən, brendlərdən,reklamlardan asılı olmayan adamlardır.
Reklam
Sabir çox böyük şairdir . O mənada ki, hər il onun qəhrəmanları yığışıb , "Sabir günləri"keçirirlər .
Mədəni cəhətdən geri qalmış xalqlar tarixə emosional münasibət göstərirlər.
Kundera demişkən,bizim həyatımızda məşq yoxdur , birbaşa səhnəyə çıxırıq .
133 öğeden 31 ile 45 arasındakiler gösteriliyor.