Şəmil Sadiq

Şəmil SadiqGeneral Polad Həşimov Xatirələrdə yazarı
Yazar
Editör
9.2/10
67 Kişi
189
Okunma
10
Beğeni
1.293
Görüntülenme

Şəmil Sadiq Sözleri ve Alıntıları

Şəmil Sadiq sözleri ve alıntılarını, Şəmil Sadiq kitap alıntılarını, Şəmil Sadiq en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
O vaxt biz bir-birimizi dəlicəsinə sevirdik. Öz aramızda saf gənc qəlbimizin ölənə qədər bir olacağına and içib əhdü-peyman bağlamışdıq. Ancaq.... Məni qoyub getdi! Əhdinə sadiq qaldı. Mən isə bunu bacarmadım. Ailə həyatı qurdum, işlədim, övlad sahibi oldum... Qızıma onun adını verdim ...
Reklam
“Mənim intiharım sadəcə ümidlərimin ölməsi zamanı baş verəcəkdi. Bu isə hələ də baş vermirdi..”
Gör mən nəyə şükür edirəm? ... Məsum bir qızkən, sevgilim (bizim elimizidə qız sevgilim sözünü belə işlətməyə utanardı) haqqında anama necə deyəcəyimi, söhbətin haradan başlayacağını düşünəndə yanaqlarımın qızardığını, sinəmin həyəcanlı döyüntüsünü, qulaqlarımın isti təndir çörəyi qədər qızdığını hiss edən açılmamış bir qızılgülün təhqir olunmasına baxmayaraq yaşamasına...
Həya, ar, namus hesab etdiyimiz üçün bir gülüşümüzü belə vətən oğlullarına əsirgədiyimiz halda, indi bu alçaqların oyuncağına çevrilmişik.
Aytəkin kimi... Ona baxanda 19 il əvvəli və sonranı düşünürəm həmişə. Neçə-neçə talesiz insanlarımız gözlərimin önündə canlanır. Qarabağdakı döyüşlərimizi xatırlayıram. Gecə də, gündüz də bu fikirlərimlə yatıb qalxıram. Fikirlərim isə ümidli olmağa çağırır məni. Ümidlərimin izinə düşüb dünyanı qarış-qarış gəzib Aytəkinimi axtarmaq istəyirəm...(((
Reklam
Cənab general, niyə hər kəsin bilməli olduğu əziyyət və yaxşılıqlarının üzə çıxmasına mane oldun? Xalqının sənin haqqında bilmədiyi çox şey var : -Onlar bilmir ki, sən Daşkəsəndə öz hesabına məscid tikdirmisən və yerli camaat ona sənin adını verib: Polad Məscidi. -Onlar bilmir ki, sən 2016-cı ilin Aprel döyüşlərində işğal olunmuş torpaqların bir hissəsini geri qaytardın. -Onlar bilmir ki, sən 2016-cı ilin Aprel döyüşlərində geri qaytardığın torpaqlarda qazılan yeni səngərlərin vəziyyətinə və əsgərlərin orda tam məskunlaşdığına əmin olmamış o ərazini tərk etmədin. -Onlar bilmir ki, qərargah rəisi döyüş zamanı arxada olmalı olduğu halda , sən hər zaman ön cəbhəyə can atdın. -Onlar bilmir ki, tikintisini başa çatdıra bilmədiyin evinin yarımçıq qalmış balkonunu göstərib, " Burada oturub, dağlara baxaraq çay içərəm"-deyə etdiyin arzu çin olmadı. -Onlar bilmir ki, düşmən postlarına gedib oranı təmizlədikdən sonra erməni traktoruyla geri qayıtdın.
Eşq nəyə kökləndisə, əxlaq da, mədəniyyət də, cəsurluq da o boyda olur. Vətənə kökləndisə, vətən boyda!
Gərək insan öz məqsədlərinə çatmaq üçün heç vaxt yorulmasın, öz üzərində işləsin, dayanmasın.
Reklam
Ceyhun Qurbanov onu da bildirir ki, Polad Həşimov hamı kimi adi zabit yox, döyüşçü idi: "Dəfələrlə şücaət göstərib. Hərbi hissənin parkında əcaib görünüşlü tırtıllı traktor vardı. Belə fərqli dizaynlı texnika görməmişdim. Hamı bilirdi ki, o traktor ermənilərin olub və Polad Həşimov onu qənimət kimi özü idarə edərək biz tərəfə keçirib. Traktorun arxasında güllə izləri indi də durur."
Xəyanət anlayışının cismani deyil, mənəvi məsələ olduğunu hamı yaxşı bilir
Sayfa 144Kitabı okudu
Bu vətən, bu torpaq bizimdir və bütün şəxsi heyət bizik - birik, hamımız əsgərik.
Sayfa 144Kitabı okudu
Polad Həşimov insanların bir-birlərinə verdiyi "haralısan?" sualını sevmirdi. Onun dilinin əzbəri olan bir söz vardı: " Elin o başı, bu başı olmaz. Vətənimizin hər yeri mənimdir, mənə doğmadır və əzizdir".
320 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.