Şəmil Sadiq

Şəmil SadiqGeneral Polad Həşimov Xatirələrdə author
Author
Editor
9.2/10
67 People
193
Reads
10
Likes
1,369
Views

Şəmil Sadiq Quotes

You can find Şəmil Sadiq quotes, Şəmil Sadiq book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Adın Polad, qəlbin pambıq.
Bir sual mənə rahatlıq vermirdi. Komandir nə vaxt otağından çıxıb ərazini gəzirdisə, başını qaldırıb bir əsgərin üzünə baxmazdı. Başıaşağı, düşüncəli gəzərdi. Bir müddət keçdi, artıq isti münasibətimiz yarandı. Bir gün mən də ürəklənib niyə başıaşağı gəzdiyini soruşdum. "İstəmirəm ətrafda hansısa əsgərin bir yanlışlığını görüb, onu danlamaq məcburiyyətində qalım. Ona görə başıaşağı gəzirəm ki, qoy, Əsgər məni görüb öz səhvini düzəltsin" - dedi.
İnsan özünü tanıyanda, həqiqəti üzünə özü çırpanda sarsılır, sonra da yenə təsəlli üçün “nə edim, məni də Tanrı belə yaradıb” deyərək bir daha özünü aldadır. Məqsəd isə yaşamaqdır. Bu yaşamağın hikməti nədirsə, nə qədər o dünyada cənnət vəd etsələr də, heç kim getmək istəmir. Bu, qonaq getdiyimiz bir yerdə balaca uşağın ev sahibinin hər hansı bir əşyasını, oyuncağını götürdüyü zaman, onu uşağın əlindən almaq üçün “Evdə daha yaxşı oyuncaq var” və ya “Sənə daha yaxşı oyuncaq alacağıq” deməyə bənzəyir.
Reklam
Niyaməddin Şahmarov (Riyaziyyat və İnformatika müəllimi)
İyul ayı idi. İki əsgər yanmışdı və onlara 2+ qan lazım idi. Bütün hərbi hissə Həşimovun əmri ilə düzüldü və 2+ qan daşıyıcıları qabağa çıxarıldı. Mən əsgərlikdə balacaboy, zəif əsgər idim. O, əsgərlərə baxa-baxa gəlib mənə çatanda: - Sən də 2+ qan daşıyırsan? - deyə soruşdu. - Bəli, cənab mayor! Gülə-gülə dedi: - Özünün qana ehtiyacın var. Qayıt sıraya, əsgər!
Polad Həşimov insanların bir-birlərinə verdiyi “ haralısan” sualını sevmirdi. Onun dilinin əzbəri olan bir söz vardı :” Elin o başı, bu başı olmaz. Vətənimin hər yeri mənimdir , mənə doğmadır və əzizdir”.
Gör mən nəyə şükür edirəm? ... Məsum bir qızkən, sevgilim (bizim elimizidə qız sevgilim sözünü belə işlətməyə utanardı) haqqında anama necə deyəcəyimi, söhbətin haradan başlayacağını düşünəndə yanaqlarımın qızardığını, sinəmin həyəcanlı döyüntüsünü, qulaqlarımın isti təndir çörəyi qədər qızdığını hiss edən açılmamış bir qızılgülün təhqir olunmasına baxmayaraq yaşamasına...
Həya, ar, namus hesab etdiyimiz üçün bir gülüşümüzü belə vətən oğlullarına əsirgədiyimiz halda, indi bu alçaqların oyuncağına çevrilmişik.
Reklam
"İnsanların itirəcəkləri şeylərin dəyəri çox olduqca qorxusu da çoxalır, nəyisə itirmək qorxusu ilə daima hər şeydən tərəddüd edir. Əgər itiriləsi şeyi düşünmədən, qorxusuz yaşayan insan varsa, o qəhrəman olur."
Xəyanət anlayışının cismani deyil, mənəvi məsələ olduğunu hamı yaxşı bilir
Sayfa 144Kitabı okudu
Allah şəhidlərimizə rəhmət etsin! Onlar bu ölkənin azadlığını qorumaq üçün canlarını, qanlarını bu torpağa fəda etdilər.
321 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.