Şərif Ağayar sözleri ve alıntılarını, Şərif Ağayar kitap alıntılarını, Şərif Ağayar en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Adamın içində al-əlvan işıqlar kimi titrəşən duyğuları necə də dəqiq görürdülər. Kitab oxuduqca hamı insan xarakterinin çoxluğuna, rəngarəngliyinə heyran qalırdısa, o, əksinə, fərqli zamanlarda - fərqli məkanlarda yaşayanların oxşarlığına şaşırırdı.
Sevinc, kədər, ədalət duyğusu hər yerdə eyni idi.
Əvvəl sanırdı ki, ədəbiyyat insanın bədbəxtliyi haqqındadır və işi-gücü dönüb-dönüb bu dəhşətli məntiqin üstünə basmaqdadır. Sonra kitabların həm də böyük təsəlli olduğunu anladı.