"Murov Qatralı" dan sonra oxuduğum növbəti kitab oldu-"Komandir"...
Kitab bizə veriləndə 2021-ci ilin yay ayları idi.Hər cümləsini yaşayaraq,hiss edərək oxudum.Nə yalan deyim kitabı bitirdikdən sonra,sonuncu səhifədə yazılan cümlələrini "Hardasa uzaqlarda insan seli çırpınır,dalğalanır,uğuldayır, ağuşuna aldığı üç rəngli qayığı sağa-sola yellədə-yellədə tanış bir ünvana aparırdı..." unutmamaq üçün dəfələrlə,ağlayaraq oxudum.Bəlkədə çoxuna təsir etməz amma mənim iliklərimə qədər təsir etdi.Çünki,məndə yaşamışam...
İncələməsinə gəldikdə Kitab çox gözəl üslubda,təmiz dildə yazılıb.Belə kitablar sayəsində,Qəhrəman qardaşlarımızı unutmayacağımıza çox əminəm...