Kitabı açıb, 2 səhifə oxudum, sonra öz - özümə də gülümsündüm, həm sevinc idi bu, həm də bir az özümə qarşı hirsim tutmuşdu. Ki niyə bu günə qədər bu kitabı" sabah oxuyaram, sabah oxuyaram" - deyə saxlayırdım. Sevindim, ona görə ki bu qədər "yağlı" boya ilə dolu söz adamlarımız var. Düzü, bundan əvvəl də saytlarda yazarın bir neçə hekayəsini, başqa yazılarını oxumuşdum, amma "Arıların səssizliyi" kitabının ilk hekayəsi olan "Şəkil" qədər məni yazara bağlayan yazı qarşıma çıxmamışdı.
Kitaba başlar-başlamaz, 2 səhifəsinə nəzər yetirib, onu təkrar - təkrar oxumaq, təkrar - təkrar yaşamaq hissi bürüdü məni.
İlk hekayəni bitirəndən sonra isə gözüm hekayədə öz oğlunu gözləyən babanın zəif gözləriylə uzandığı uzaq çöllərə baxdığı kimi eyni yerə - eskolatorun dayanmadan düşüb - qalxan xətlərinə zilləndi. Ayılanda hekayəni bitirmişdim, həm də bu zəif gözlərlə.