Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Sultan Məcid Qənizadə

Sultan Məcid QənizadəSeçilmiş Əsərləri yazarı
Yazar
6.5/10
2 Kişi
28
Okunma
0
Beğeni
623
Görüntülenme

Hakkında

Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi. Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur. Bu institut 50 ilə yaxın bir müddətdə yaxın vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. O vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən Sultan Məcid Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq Həbibbəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə təyin ediliblər. Bu haqsızlıqla razılaşmayan hər iki dost Bakıya gələrək 1887-ci ildə "Rus-Azərbaycan məktəbi" adlı ibtidai təhsil ocağının yaradılmasına nail oldular. Bu maarif işığının şöləsi tezliklə yurdumuzun bir sıra bölgələrinə də yayıldı. Azərbaycan maarifinin yeni mərhələsi sayılan bu uğurlu fəaliyyətin şöhrəti başqa ölkələrdə də yeni təhsil ocaqlarının yaradılmasına təkan verdi. Yaradıcılığı Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. "Lüğəti-rusi və türki" (1902), "Samouçitel tatarskoqo yazıka" və başqa kitablar S.M.Qənizadənin elmi təfəkküründən, dillərə olan münasibətindən, gərgin əməyindən, yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və canyanğısından xəbər verir. Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan Sultan Məcid Qənizadə bir müddət Qori Müəllimlər Seminariyasında, sovet hakimiyyəti illərində isə respublikanın Xalq Maarif Komissarlığında çalışmış, müxtəlif elmi cəmiyyətlərin, komissiyaların üzvü olmuşdur. Azərbaycan müəllimləri arasında böyük hörmətə və nüfuza malik olan bu qocaman maarif xadiminə hamı ehtiramla "Mirzə Məcid" deyə müraciət ediblərmiş. Sultan Məcid Qənizadə mədəniyyət xadimi idi. Azərbaycan teatrının inkişafı sahəsində böyük xidmətləri olub. Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultan Məcidin Hüseyn Ərəblinskinin teatra gəlməsində böyük rolu olub. Məlumdur ki, Hüseyn Ərəblinski ilk dəfə məhz Sultan Məcid Qənizadənin rejissorluğu ilə hazırlanmış "Vəziri xani-Lənkəran" komediyasının tamaşasındakı (1898) Mehtər Kərim rolunu oynamışdır. Araşdırmalar göstərir ki, Sultan Məcid həm rejissorluğu gözəl bacarırmış, həm də dramaturqluğu. Təəssüf ki, onun bu sahədəki fəaliyyəti yetərincə tədqiq edilməmişdir. Sultan Məcid Qənizadə tərcüməçi idi. Ədəbiyyatşünas alim Abbas Zamanov yazırdı: "Rus dramaturgiyasını ilk dəfə səhnəmizə gətirmək şərəfi də Sultan Məcid Qənizadəyə müyəssər olmuşdur. 1894-cü ildə o, Lev Tolstoyun "Əvvəlinci şərabçı" pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının ilk tamaşası kimi daxil olmuşdur". O da məlumdur ki, Sultan Məcidlə Lev Tolstoy məktublaşırmışlar. Sultan Məcid Qənizadə böyük yazıçı və dramaturq idi. Deyilənə görə, ilk qələmə aldığı pyes "Qönçə xanım" adlanıb. Təəssüf ki, bu günə kimi bu pyes tapılmayıb. Rus ədiblərindən etdiyi tərcümələrlə yanaşı, Sultan Məcid xalq nağılları əsasında uşaqlar üçün mənzum hekayələr yazıbmış. Ən sanballı bədii əsəri isə "Məktubati-Şeyda bəy Şirvani" adlanır. Əslində bu, bioqrafik bir əsərdir. Romanın bütün məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür. Roman "Müəllimlər iftixarı" və "Gəlinlər həmayili" adlı iki hissədən ibarətdir. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin fikirləri "ziddiyyətli görüşlər" kimi qiymətləndirilmişdir. Sultan Məcid Qənizadə böyük jurnalist idi. Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı.[3] Ədəbiyyatşünas Firudin Hüseynovun yazdığına görə, Sultan Məcid Qənizadə Nəriman Nərimanovla yaxından dostluq etmiş və əqidə yoldaşı Həbibbəy Mahmudbəyovla birlikdə maarifpərvər bir mətbuat orqanı açmaq haqqında düşünürmüş. 1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının yaranışını alqışlayan və buna çox sevinən ziyalılarımızdan biri məhz Sultan Məcid Qənizadə olub. Amma təəssüf ki, tədqiqatçıların heç biri "Molla Nəsrəddin"in yazarları haqqında araşdırmalar apararkən Sultan Məcid Qənizadənin üstündən sükutla keçiblər. Heç ola bilməz ki, belə bir jurnalın yaranışına sevinən, Sabirlə dost olan, o dövrün müxtəlif mətbuat orqanlarında çıxış edən bir ədib "Molla Nəsrəddin" jurnalına nəsə yazmamış olsun. Görünür, naməlum qalan imzalardan Sultan Məcid Qənizadəyə də məxsus olanlar var. Yəqin ki, yeni tədqiqatçılar tərəfindən bu qaranlıq məsələlərə də bir aydınlıq gətiriləcək. Sultan Məcid Qənizadə böyük Azərbaycanlı idi. Müəllimliyə başladığı ilk gündən həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və işıqlı gələcəyə sahib durmasına bağlamışdı. Görkəmli ədəbiyyatşünas Firidun Köçərli yazırdı: "Qənizadə iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik". Bir çox həmkarından fərqli olaraq Sultan Məcid Qənizadə yaradıcılığında da, pedaqoji fəaliyyətində də insanları Allahın buyurduğu şəriətlə yaşamağa çağırırdı. İnsan mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi elmləri yorulmadan təbliğ etməklə yanaşı, hər kəsi insan olmağa, insaniyyətə, milliyyətə, Vətənə xidmətə səsləyərdi. O, bütün ibrətamiz öyüdlərində vətəndaş olduğunu, Vətənə bağlılığını ifadə edirdi. O dövr yazıçılarının bir çoxunu məşğul edən problemlərdən biri də qadın azadlığı məsələsi olub. Sultan Məcid Qənizadə müsəlman aləmində əsrlər boyu davam edən qadın geriliyinə son qoymaq üçün "Gəlinlər həmayili"ndə öz fikirlərini oxucuların mühakiməsinə vermişdi. Sultan Məcid Qənizadə bütün bunlardan sonra "xalq düşməni" idi. Onun tərcümeyi-halında oxuyuruq: "S.M.Qənizadə 1937-ci ildə, 72 yaşında vəfat etmişdir". Görünür, tədqiqatçılar dövrün ab-havasından çəkinərək ölüm tarixini sadəcə belə yazmağı məsləhət bilmişlər. Sultan Məcid Qənizadə öz əcəli ilə vəfat etməmişdi. 1937-ci ilin repressiyaları öz qara caynaqlarını yaşının ahıl çağında Sultan Məcid Qənizadəyə də tuşladı. Ömrü boyu millətinə, xalqına, onun işıqlı gələcəyinə xidmət göstərən bir şəxsiyyəti həbs edərək "xalq düşməni" kimi güllələdilər.
Tam adı:
Sultan Məcid Murtuzəli oğlu Qənizadə
Unvan:
Yazar, Çevirmen, Öğretmen, Gazeteci
Doğum:
Şamahı, Rusya İmparatorluğu, Nisan 1866
Ölüm:
23 Mart 1938

Okurlar

28 okur okudu.
1 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Varlıqda rəzilləri əziz edən, yoxluqda əzizləri rəzil edən, verməkdə düşməni dost edən, almaqda dostu düşmən edən yenə həmin özüdür!.. Qıpçaqda qırğız, Həbəşdə qara, Hicazda ərəb, İraqda əcəm, Rumda türk, Turanda türkmən, Qumuqda ləzgi, Krımda tatar hamısı pula səcdəçi olduqlarında millət, məzhəb, insaf, mürvət, irz və namus hamısı həmin pula qurbandır!.. Ax, üzüqara pul!
Dünyada hər bir mərəzə əlac varsa, cəhl mərəzi üçün hərgiz müalicə yoxdur. Hərçənd buyurmuşlar ki, cəhalət zəhərinin müslihi mərifət tiryəkidir, amma mənim rəyimlə cəhl edən kişi istifraqçı bir mərizə bənzər ki, məzacı heç bir davanı qəbul etməz... Cəhl ruhun cünunluğudur ki, mərifət təvizi onu qaytarmaz. Qəsavət ruhun korluğudur ki, hidayət təcəllası onu sağaltmaz. Elm və mədəniyyətdən məhrum qalmış yazıcaq qardaşlarımız özləri üçün cəhli adət etmişlər ikən, qəsavət olar üçün təbiət olmuş. Hala köhnə mərəzlər qoca cəsəddən çıxmayan kibi olar üçün daha nicat yoxdur...
Reklam
- Xanım əfəndi, səhv edirsiniz. Sizin kibi gözəlin bir telin Katerina kibi min madmazelə dəyişməzəm. - Bəsdir, Allah xatirinə!.. Sizlər kompliment söyləməyi adət edibsiniz, amma komplimentə mənim hərgiz ehtiyacım yoxdur. - Kompliment deyil, xanım... ürəyimin əsil mətləbidir ki, izhar edirəm. - Doğru? - Bəli, doğru.
"Bəli, dünyada dövlət təkcə mal və qızıl varlığı ilə deyil, bəlkə hər bir övsafi-həsənə dövlət hesab olunur: səxavət, şücaət, dəyanət və hakəza qeyri sifəti-məmduhə və əxlaqi-həsənə hamısı Allah-təalanın nemət və ətalari olduqda insan üçün zatən böyük dövlət və bəlkə dövləti-əslidirlər... Aləmi-cismanidə kəsb olunan filizat hərçənd dövlət hesab olunurlarsa, lakin arizi olduqlarına görə dövləti-ariyə adlanırlar, çünki şəxs dünya mülkünə sahib olmaqlığı müvəqqətən fani şərtlərə bağlı olduğuna görə, ağalıq ixtiyarı müdavimətlə baqi ola bilməz, amma ruh dövləti, yəni din qüvvələri zati-insanidə təbii olduqlarına görə dövləti-əbədi və ya dövləti-əsli adlanırlar, çünki ruh kəsb edən qüvvələrə şəxsin özündən savay əlahiddə bir məxluq malik ola bilməz və olmağa təsəllütü yoxdur. Ruha məxsus dövlət xudadadi gözəllik misalındadır ki, şürutə ehtiyacı yoxdur..."
Şeyda bəyin təsəvvürünə görə, köhnə qərinələrdən qalma eyibləri yox edib xalqın üzünə çırpmaqdansa, əsrimizdəki qaideyi-məmduhəni qalxan edib xalqı cəhalətdən mühafizət etmək əfzəlraqdır. Şeyda bəyin ləfzən dediyi sözdür: "Qaranlıqda gəzmək ilə heç nə görüb göstərmək olmaz... İşıq gətirməlidir! İşıq gələndə zülmət öz-özündən məhv olar və onunla belə, hər şey öz rəngində görünər".
Məktubati-Şeyda bəy Şirvani əsərindən
"Qaranlıqda gəzmək ilə heç nə görüb göstərmək olmaz... İşıq gətirməlidir! İşıq gələndə zülmət öz-özündən məhv olar və onunla belə, hər şey öz rəngində görünər."
Sultan Məcid Qənizadə
Sultan Məcid Qənizadə

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
106 syf.
·
Puan vermedi
·
Beğendi
·
18 saatte okudu
S.M.Qənizadənin "Məktubati-Şeyda bəy" başlığı altında yazdığı "Müəllimlər iftixarı" və "Gəlinlər həmayili" Azərbaycan ədəbiyyatı tarixində ilk dilogiya sayılır. (Dilogiya - ədəbiyyatda bir müəllifin mövzuca, süjet xətti və ya iştirak edən obrazlarına görə birləşdirilən iki irihəcmli əsəridir.) Janr və kompozisiya
Gəlinlər Həmayili
Gəlinlər HəmayiliSultan Məcid Qənizadə · Yazıçı Nəşriyyatı · 198610 okunma
271 syf.
·
Puan vermedi
Görkəmli Azərbaycan yazıçısı Sultan Məcid Qənizadənin  “Məktubati -Şeyda bəy Şirvani” üslubi etibarı ilə gündəlik qeydlər şəklində yazılmış ictimai-əxlaqi risalə və ya əxlaqi manifest təsiri bağışlayır.   Əsərdə cərəyan edən hadisələrə ,əsasən, belə qənaətə gəlmək olur ki, Qənizadənin “Məktubati -Şeyda bəy Şirvani “ dilogiyasında insan həm təbii
Gəlinlər Həmayili
Gəlinlər HəmayiliSultan Məcid Qənizadə · Yazıçı Nəşriyyatı · 198610 okunma