Sultan Məcid Qənizadə

Gəlinlər Həmayili yazarı
Yazar
6.5/10
2 Kişi
33
Okunma
0
Beğeni
683
Görüntülenme

En Beğenilen Sultan Məcid Qənizadə Sözleri ve Alıntıları

En Beğenilen Sultan Məcid Qənizadə sözleri ve alıntılarını, en beğenilen Sultan Məcid Qənizadə kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
İnsafən müəllimlik təklifi ağır təklifdirsə, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər bir əsrdə ağır olubsa, bu əsrimizdə dahaca ağırraqdır!
Müəllimin mətaı tədris ikən, hədiyyəsi kitab olur.
Hala əlimə qələm alıban, tərbiyə xüsusunda bil nəsihətnamə yazıb Diləfruza göndərrəm, ümidvarəm ki, qızıl həmayildən və mirvarid gəlubənddən mənim nəsihətnaməm nafe ola, çünki onlar sinə və gərdən zinəti ikən, bu, ruh və can nicatı olur. Ehtimalən, hərgah bu hədiyyəm həqir olmuş olsa da eybi yoxdur...
Reklam
Bizlər üçün əgər bir çıraq yanacaqsa, məktəb ocağının şöləsindən yansa gərəkdir. Cəhalət mülkünə əgər bir məhtab doğacaq isə, yenə məktəb divarından tülu edəcəkdir...
Ağaclar cümləsində bibəhrə çinar və azadə sərv ağacları vardır ki, onlardan heç kəs səmərə ümid tutmayaraq da, ancaq sayəbanlıq üçün bəslənirlər, amma nar və ya alma ağacı adlanan bir nihal hərgah bir il bar verməsə odun deyilib baltalanarlar. Öz təklifin bilməyən müəllim müddəidir ki, müəllimlər zümrəsindən nəf olunsa gərəkdir. Millətin cəhalətindən həzər edən müəllim öz balasına nifrin edən ata kibidir. Hünərli ustad xam dəmirdən səbirlə Misri qılınc yapa bilərsə, yaxşı müəllim kəctəb millətdən xoşəxlaq cəmiyyət hazırlaya bilər!
Amma mən... mən yazıq ki, həmişə tamaşa dəlisiyəm, imdi o xətt-xalə, o qədd-qamətə valeh olduğumda gözlərim mərdüməkin xal kibi onun arizinə salıb böht ilə baxırdım.
Mənim rəy və təsəvvürümə görə, müəllim dediyimiz zat mərifət külbəsinin dərbanı və nicat yolunun rəhbəridir. Elə rəhbər ki, məktəbxana astanasında hidayət məşələsi sancıb əbnayi-ruzigar xidmətinə gecə və gündüz amadə dayanarkən, hər bir təvəlləyə gələn körpə üçün səngin təlim qapısını iradət zoru ilə açıb nicat yolunu nişan verir.
Reklam
31 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.