Tams Neygel

Tams Neygel

Yazar
7.0/10
1 Kişi
·
1
Okunma
·
0
Beğeni
·
4
Gösterim
Hətta bəzi insanlar inanır ki, əgər cəza təhdidi və mükafat vədi ilə əxlaqi tələbləri dəstəkləyən Tanrı var olmasa, onda əxlaq bir illuziya olacaqdır: “Əgər Tanrı olmasa, onda hər şey icazəlidir”.
Ümumiyyətlə, hər hansı bir işin yanlış olması düşüncəsi onun təkcə həmin işi görən şəxsin üzərindəki təsirindən yox, həm də başqa insanların üzərindəki təsirindən asılıdır.
İnsanların təkcə fiziki maddədən ibarət olub, zehni hallarının beyinlərinin fiziki halları olduğunu irəli sürən görüş “fizikalizm” (və ya bəzən “materializm”) adlanır.
Bəzi insanlar elə düşünür ki, mütləq mənada, faktiki olaraq elədiklərimizdən fərqli nəsə eləmək bizim üçün heç vaxt mümkün deyil. Onlar etiraf edirlər ki, bizim elədiklərimiz bizim seçimlərimizdən, qərarlarımızdan və istəklərimizdən asılıdır. Habelə biz fərqli şəraitdə fərqli seçimlər edirik: biz öz oxu ətrafında yeknəsəq bir trayektoriya ilə fırlanan Yer kimi deyilik. Ancaq müddəa bundan ibarətdir ki, hər bir vəziyyətdə, bizim əməlimizdən qabaq mövcud olan şəraitlər bizim əməllərimizi təyin edərək onları zəruriləşdirirlər. Hansısa bir şəxsin təcrübələri, meyilləri və biliklərinin məcmusu, onun irsi quruluşu, ictimai şəraitlər və üzləşdiyi seçimin mahiyyəti - bütün bunlar xəbərdar ola bilmədiyimiz digər faktorlarla birlikdə həmin şəraitdə xüsusi bir əməli zəruriləşdirmək üçün birləşirlər.
Bu görüş “determinizm” adlanır.
Məsələn, siz başqa hər bir kəsə özünüzə önəm verdiyiniz qədər önəm verməlisinizmi? Başqa bir deyimlə, siz qonşunuzu (hətta o sizin qonşunuz olmasa belə) özünüz qədər sevməlisinizmi? Hər dəfə kinoya gedərkən özünüzdən “Əgər biletin pulunu başqa birisinə versəydim və ya onu aclıq çəkən insanlara bağışlasaydım, daha çox xoşbəxtlik yaratmazdımı?”, - deyə soruşmalısınızmı?
Sizin beyniniz həm fiziki, həm də zehni (qeyri-maddi) tərəfləri olan bir obyektdir: beyin yarıla bilər, ancaq yarılma ilə nümayiş etdirilə bilməyən bir növ daxili də vardır. Daxildən şokoladı dadmağa bənzər nəsə var, çünki daxildən, siz bir şokolad dilimi yeyərkən yaranan durumda yerləşən bir beyinə sahib olmağınıza bənzər nəsə var.
Əgər siz şokolad dilimi yeyərkən bir alim sizin kəllənizin üstünü çıxarıb beyninizə baxsaydı, bu zaman onun gördükləri təkcə boz neyron topalarından ibarət olacaqdı. Əgər həmin alim beyinin daxilində nə baş verdiyini ölçmək üçün alətlərdən istifadə eləsəydi, mürəkkəb fiziki proseslərin çoxsaylı fərqli növlərini aşkarlayardı. Ancaq o, şkoladın dadını orada tapacaqdımı?
Belə görünür ki, o həmin dadı sizin beyninizdə tapa bilməyəcəkdi. Çünki sizin şkoladı dadma ilə bağlı təcrübəniz zehninizin daxilində başqasının - hətta əgər sizin kəllənizi açıb beyninizin içinə baxsa da belə -görə bilməyəcəyi bir şəkildə həbs olunub.
Fizikalistlər bu qənaətdədirlər ki, biz bir gün hissi təcrübələrin gerçəkdən beyin prosesləri olduğunu kəşfinə nail ola bilərik.
Beyinin şüurun mərkəzi olduğunu, amma onun şüurlu hallarının sadəcə olaraq fiziki hallar olmadığını irəli sürən bu görüş “ikili aspekt nəzəriyyəsi” adlanır.
Yazara henüz inceleme eklenmedi.

Yazarın biyografisi

Yazar istatistikleri

  • 1 okur okudu.
  • 1 okur okuyacak.