Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Tural Sahab

Tural SahabLəman yazarı
Yazar
8.2/10
9 Kişi
59
Okunma
5
Beğeni
1.007
Görüntülenme

Hakkında

Unvan:
Yazar

Okurlar

5 okur beğendi.
59 okur okudu.
1 okur okuyor.
15 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Adam anlayanda ki, yaxınını, əzizini birdəfəlik itirib, daha görməyəcək, doya-doya ağlamaq istəyir, dünyanın heyfini gözlərindən çıxmaq istəyir...
... istər insan olsun, istər heyvan, bir canlının bacarığının sərhədi onun ən çarəsiz qaldığı vaxtlarda sınanırdı...
Reklam
... heyvan insanın ürəyini bilir, o ürəkdəki sevgini də, nifrəti də hiss edir.
Köhnə məzarlıqda köhnəlməyən bir hüzn vardı. Dünyanın "dünən-bu gün" nizamını düşündüm. Onlar vardı bu dünyada, biz yoxduq... İndi də biz varıq, onlar yoxdu...
Hiss edirdim ki, gücüm ancaq gözlərimə çatır...
O ki deyilləre ölənlə ölünmür, boş söhbəti....hər ölənlə bir yanımız ölür. Öncə nənə, babamızı itiririk- nəvə olaraq ölürük, daha kimsənin nəvəsi olmuruq. Sonra ata, anamızı itirəndə övlad olaraq ölürük, dost itirəndə dost olaraq, sevgili itirəndə sevgili olaraq ölürük...yaşadığımız hər yeni gündə əslində dünənimizi- dünənki bizi öldürürük...xəyallarımızı, ümidlərimizi itirəndə yaşanması mümkün sabahımızı öldürürük....və nəhayət düşüncəmizi itirəndə təmiz ölürük...və bizi xatırlayan son insan öləndə yox oluruq.
Tural Sahab
Tural Sahab
Atəşi su ilə yandıranların hekayəsi... Bu, atəşlə suyun, varlıqla yoxluğun, əzəli iki düşmənin hekayəsidir. Bu, atəşlə suyun eyni zamanda sevənlərin, ürəyinə atəş salanların, bir gün batımında Günəşlə birgə batanların hekayəsidir.
Tural Sahab
Tural Sahab
Reklam
Elə bil bir ümidəm Qəlbinin səsində... Döyündükcə ürəyin Xatırla məni öz nəfəsində... Ya da buludlardan süzülən Bir son bahar günəşi… Toxunan saçlarına… Xatırla məni,

Yorumlar ve İncelemeler

Tümünü Gör
158 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Canavar Ovu
Canavar Ovu
---Yazarın qələmindən oxuduğum ilk kitab oldu. Davamı olacağına isə əminəm. Fikirlərimə kənd həyatının təsviri ilə başlamaq istəyirəm. Müasir dövrdə insanların böyük şəhərlərə axın etməsi, kəndlərin insansız qalması (Urbanizasiya) aktual bir məsələyə çevirmişdir. Kitabda isə kənd həyatının təsviri o qədər geniş və ürək açan şəkildə verilmişdir ki , "Kaş bir günlük orda yaşayardım" dediyim məqamlar oldu. Ən sevdiyim amil isə kənd camaatının bir birinə qarşı münasibəti idi. Xeyrə, şərə bütün qonşuların yığışıb əl yetirməsi, ailə dəyərlərinin ön planda olması çox gözəl idi. İndiki dövrdə belə əlaqələr zəifləməyə doğru gedir desəm yanılmış olmaram. Və sonda qeyd etmək istəyirəm ki , ilk dəfə idi kitab oxuyanda hansısa bir obraza qarşı nifrətim yaranmadı. Çünki kitabda olan bütün obrazlar sanki xüsusilə işlənib hazırlanıb. İçlərində pislik , kin , paxıllıq kimi mənfi xüsusiyyətlər yoxdur. Bu arada Cahnagir obrazı favorim oldu. Əsl Azərbaycan oğullarının nümunəsi idi.
Tural Sahab
Tural Sahab
sizə yazıçılıq fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.
Canavar Ovu
Canavar OvuTural Sahab · 202022 okunma
192 syf.
10/10 puan verdi
·
Beğendi
Əsərin qəhrəmanı Ləmandır. Həyatın sınaqlarından hər zaman qələbə ilə çıxan Ləman gözlənilmədən ağır, sağalmaz dərdə – xərçəngə mübtəla olur. Həmişə onu çox sevən əri Bəxtiyarın birdən-birə üzü dönür və onu xəstə halında tək qoyur. Ləmanın iztirabı birə yüz artır, ərinin bu dönüklüyünə dözə bilmir, ölmək istəyir. Yaşadığı şəhərlə sonuncu dəfə vidalaşmaq üçün evdən çıxır. Bu zaman Fərhadla rastlaşır. Fərhadın yüksək insani keyfiyyətləri onu yenidən həyata bağlayır: «Onu gördükdən sonra ölmək fikrini unutdum. Qərar vermişdim, nə olursa-olsun, savaşacaqdım sonuna qədər: – həm xəstəliklə, həm də ailəmin dağılması nəticəsində ruhumda açılan yaralarla. Ölüm Fərhadın gözlərindən daha gözəl deyildi…». Yazıçı Fərhad obrazı ilə sübut etməyə çalışır ki, bəli, insanlıq hələ ölməyib, diridir, yaşayır. Ali, müqəddəs hisslər var və olacaq. Fərhadın saflığı, müqəddəs hissləri sayəsində Ləman ölümlə çarpışır və bütün duyduqlarını qələmə alaraq bir roman yazır.
Ləman
LəmanTural Sahab · Mingəçevir Poliqrafiya Müəssisəsi · 201724 okunma
180 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Sən mənim ədəbiyyat söhbətləri etdiyim tək-tük dostlarımdansan)
Tural Sahab
Tural Sahab
...
Canavar Ovu
Canavar Ovu
ile başladığım kitaba
Bir
Bir
romanı ile vida edirem Tural )) Dusunurem ki vaxt gelecek Azərbaycan ədəbiyyatına öz möhürünü vurmuş yazicilardan biri olaraq ozun olaraq oz yolunu müəyyənlesdireceksen. Hem mövzu rəngarəngliyi, həm də bədii təsvir vasitələrinin mükəmməlliyi baxımından zengin qeleme sahibsen Tural deyerlendir zehmet olsa da )Eserlerinde yaratdigin obrazlar, sadelik,semimiyyet,insanliq... gunumuz edebiyyatimizda hesretini cektigimiz seylerdi. Bu gun her uc adamnan dordu yazir,coxunun adi danisiq qabiliyyeti de yoxdu hec) sende ise ele deyil)Yasa Yarat Tural,Ugurlaarrr... Seninde dediyin kimi Kutle maariflenmek evezine hele ki vaxt oldurmeyi secib) P.s. Butun romanlarini bitirdim) hamisi 10uzerinden 10puan)
Bir
BirTural Sahab · 20183 okunma