1987-1998 yılları arasında Goychay bölgesindeki A.Askerov ortaokulunda okudu.1998 yılında Bakü Devlet Üniversitesi (şimdi Bakü Devlet Üniversitesi ) Tarih Fakültesine girdi ve aynı fakülteden 2002 yılında mezun oldu. 2009 yılında Azerbaycan Dil Üniversitesi İngilizce Fakültesine girdi. İlk hikayesini 2009'da yazdı. 150'den fazla hikaye, araştırma makalesi ve çeviri kitabının yazarıdır.
Çırpınırdı Qara dəniz,
Baxıb Türkün bayrağına!
"Ah!.." deyərdim, heç ölməzdim,
Düşə bilsəm ayağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!
Vəfalıdır gəldi, gedən,
Yol ver Türkün bayrağına!
İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ-soluna!
Fırtınlar dursun yana,
Salam Türkün bayrağına!
"Həmidiyyə" o Türk qanı!
Heç birinin bitməz şanı!
"Kazbek" olsun ilk qurbanı,
Heyran Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şeir, salam söylər.
Olsun Turan, bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!
Əhməd Cavad
Kitab haqda təəssüratlarımı bir neçə formada bildirə bilərəm, fəqət bu dəfə emosiyalar ruhumu ələ keçirdi, məni günümüzdən alıb ötən əsrin əvvələrinə qədər apardı. İstiqlal şairimiz Əhməd Cavadla həyat yoldaşı Şükriyyə xanımın bu sevgi dastanı insanı riqqətə gətirməyə bilməz. Əsər sadəcə sevgi romanı deyil, Tarixi romandır. Burada Cümhuriyyət
Bu kitab ilə ilk dəfə keçən il bir müəllimimin tövsiyəsi üzərinə tanış olmuşdum. Nə yalan deyim ilk oxumağa başladığım zaman nə yazarı tanıyırdım, nə də kitabda bəhs olunan xanımı, ailəni. Heç birini tanımırdım və çox sıxılacağımı düşünürdüm, lakin elə olmadı. Kitabın elə ilk səhifələrində məni özünə çəkən bir "qüvvə" yarandı. İndi isə
Salam.
Oxuduğum bu kitab Əhməd Cavadın və onun xanımının vətən uğrunda mübarizəsindən bəhs edir. Kitabda Məhəmməd Əmin Rəsulzadədən Mikayıl Müşfiqə bir çox dahi şəxsiyyətin adı çəkilir.
Bir qadının həyat yoldaşından dar günündə boşanıb övladları ilə rahat gələcək seçmək yerinə onun soyadı ilə həbsxanaya düşməsi də kitabın təsirli hissələrindəndir. Bir digər məqam isə övlad acısıdır.Balalarının ölümünə ana və atanın ayrı-ayrı reaksiya verməsi, kişi acısını içində çəkir deyimi də bu kitabda öz əksini tapır. Xanımı Əhməd Cavadın övladının ölümünə biganə yanaşdığını düşünərkən, əlinə keçən bir kağız parçası ilə sarsılır.Azərbaycan kişisi öz dərdini həmişə içində çəkər.Əhməd Cavad da şeirlərinə tökürmüş öz acısını.
Kitab haqqında çox söz yazmaq olar. çox danışmaq olar.
23 aylıq müstəqilliyimiz uğrunda can verən, "Xalq Düşməni" adı altında haqqsız yerə qurban gedən dahi şəxsiyyətlərimizin adının bu gün də çəkilməsi, onları kitablarla, bizə miras qoyub getdikləri əsərləri ilə anmaq bir oxucu kimi məndə hər zaman acı və bir o qədər də xoş təəssürat yaradır. Xoş təəssürat odur ki, gənc nəsil yazılan belə gözəl kitablarla onları tanıyır və öz keçmişimizlə daha yaxından tanış olur.
Azərbaycan qadının mərdliyinin,ailəyə,həyat yoldaşına və övladına duyduğu sevginin qarşısında heç bir güc dura bilməz. Bax biz bunu gördük bu kitabda.