Ülviyyə Tahir

Ülviyyə TahirAljir yazarı
Yazar
9.0/10
119 Kişi
416
Okunma
42
Beğeni
2.388
Görüntülenme

Ülviyyə Tahir Yorumları ve İncelemeleri

Ülviyyə Tahir yorumları ve incelemelerini, Ülviyyə Tahir kitabı hakkındaki okur görüşlerini , Ülviyyə Tahir puanlarını 1000Kitap'ta bulabilirsiniz.
264 syf.
·
Puan vermedi
Şükriyyə Taleyim, şükür Xudaya!..
Bu kitab ilə ilk dəfə keçən il bir müəllimimin tövsiyəsi üzərinə tanış olmuşdum. Nə yalan deyim ilk oxumağa başladığım zaman nə yazarı tanıyırdım, nə də kitabda bəhs olunan xanımı, ailəni. Heç birini tanımırdım və çox sıxılacağımı düşünürdüm, lakin elə olmadı. Kitabın elə ilk səhifələrində məni özünə çəkən bir "qüvvə" yarandı. İndi isə
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021150 okunma
264 syf.
·
Puan vermedi
·
26 saatte okudu
Azərbaycan Ədəbiyyatı
Salam. Oxuduğum bu kitab Əhməd Cavadın və onun xanımının vətən uğrunda mübarizəsindən bəhs edir. Kitabda Məhəmməd Əmin Rəsulzadədən Mikayıl Müşfiqə bir çox dahi şəxsiyyətin adı çəkilir. Bir qadının həyat yoldaşından dar günündə boşanıb övladları ilə rahat gələcək seçmək yerinə onun soyadı ilə həbsxanaya düşməsi də kitabın təsirli hissələrindəndir. Bir digər məqam isə övlad acısıdır.Balalarının ölümünə ana və atanın ayrı-ayrı reaksiya verməsi, kişi acısını içində çəkir deyimi də bu kitabda öz əksini tapır. Xanımı Əhməd Cavadın övladının ölümünə biganə yanaşdığını düşünərkən, əlinə keçən bir kağız parçası ilə sarsılır.Azərbaycan kişisi öz dərdini həmişə içində çəkər.Əhməd Cavad da şeirlərinə tökürmüş öz acısını. Kitab haqqında çox söz yazmaq olar. çox danışmaq olar. 23 aylıq müstəqilliyimiz uğrunda can verən, "Xalq Düşməni" adı altında haqqsız yerə qurban gedən dahi şəxsiyyətlərimizin adının bu gün də çəkilməsi, onları kitablarla, bizə miras qoyub getdikləri əsərləri ilə anmaq bir oxucu kimi məndə hər zaman acı və bir o qədər də xoş təəssürat yaradır. Xoş təəssürat odur ki, gənc nəsil yazılan belə gözəl kitablarla onları tanıyır və öz keçmişimizlə daha yaxından tanış olur. Azərbaycan qadının mərdliyinin,ailəyə,həyat yoldaşına və övladına duyduğu sevginin qarşısında heç bir güc dura bilməz. Bax biz bunu gördük bu kitabda.
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021150 okunma
Reklam
264 syf.
9/10 puan verdi
·
6 günde okudu
TARİXİMİZİN QARA SƏHİFƏLƏRİNDƏN BİRİ...
Açıqcası, "Buqələmun" əsərilə Ülviyyə xanımın qələmini kəskin şəkildə qırmışdım. ALJİR.i oxumağıma vəsilə olan müzakirə olmasaydı, yəqin ki, çox çətinliklə müraciət eləyərdim yaradıcılığına. Lakin ALJİR bir başqa oldu və yazıçının qələminin nə qədər püxtələşdiyini göstərdi. Araşdırmalar əsasında yazılması, tarixi materiallardan,
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019189 okunma
264 syf.
·
Puan vermedi
·
8 saatte okudu
“İѕтəyιrѕιnιz мənι öldürün, вυ ĸağızı ιмzalaмayacağaм. мən nə нəвѕхanalardan, nə ѕürgünlərdən, nə də ιşgəncələrdən qorхυraм, çünĸι вυ мənιм öz ѕeçιмιмdιr. Şüĸrιyyənιn ѕeçιмι” Vətən, millət, Azərbaycan deyən hər kəs yurd-yuvasından, el-obasından didərgin düşdü, ya güllələndi, ya sürgünə göndərildi. Onlar son nəfəslərinə kimi Azərbaycan uğrunda,
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021150 okunma
264 syf.
10/10 puan verdi
·
26 saatte okudu
Oxuya biləcəyim qəlb siminə toxunan, bütünlüklə örnək verilən, qürur duyulan, qəlb ağrıdan kitablardan biri bəlkə də birincisi oldu. Şükriyyə xanımın həyatı, qadın adını ləyaqətə qoruması, sevgisi, sədaqəti, analığı... Bunları o qədər məhrəm oldu ki mənim üçün... İllərin təsirindən çıxıb, Əhməd Cavadı və onun həyatını, həyatının yoldaşını həqiqətən tanımaq istəyən hər kəs üçün tövsiyə edirəm.
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021150 okunma
264 syf.
8/10 puan verdi
·
6 günde okudu
Kitab haqda təəssüratlarımı bir neçə formada bildirə bilərəm, fəqət bu dəfə emosiyalar ruhumu ələ keçirdi, məni günümüzdən alıb ötən əsrin əvvələrinə qədər apardı. İstiqlal şairimiz Əhməd Cavadla həyat yoldaşı Şükriyyə xanımın bu sevgi dastanı insanı riqqətə gətirməyə bilməz. Əsər sadəcə sevgi romanı deyil, Tarixi romandır. Burada Cümhuriyyət
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021150 okunma
Reklam
264 syf.
7/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Eyni adlı mahnını dinlediyim zaman hiss etdiklerimi dile getirə bilmirdim.Bir müddet sonra kitabı mənə hədiyyə edildikdə hetta yazarından imzalı kitab idi.Çox sevinmişdim. Mən uşaqlıqdan bəri köhnə filmlerdə,kitablarda da şahid olduğum Azərbaycan Qadının sevgisinə,sadiqliyinə,gücünə heyran olmuşam.O qadınlardan biri ilə bu kitabda
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021150 okunma
264 syf.
10/10 puan verdi
·
6 günde okudu
1 ildən çox idi ki, bu kitabı oxumaq istəyirdim. Sonluğunda ağladığım kitablardan biri oldu. Əhməd Cavadın xanımı Şükriyyənin ALJİR-də başına gələnləri bu qədər təsəvvür etmirdim. Onun timsalında repressiya qurbanlarının nə yaşadıqlarını da öyrənmək mümkündür. Cümhuriyyətimizin qurulması, Azərbaycanın görkəmli mütəfəkkirlərinin birgə dialoqları insana qəribə hissləri bəxş edirdi. Çox ağrılı və dəhşətlidir. Bilmirsən ki, günahsız olmalarına, ya yarımçıq qalan həyatlarına üzüləsən. O illər necə də dəhşətli olub. Necə qıya biliblər ziyalılarımıza. Üstəlik bunu edən həmyerlilərimiz idi. Əhməd Cavadın və onun qələm yoldaşlarının xalqı oyatmaq üçün çabaları axırda özlərini kül etdi. Lakin heç birimiz o əməlləri, o qurbanları unutmadıq.
Şükriyyə Taleyim
Şükriyyə Taleyim
Ülviyyə Tahir
Ülviyyə Tahir
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021150 okunma
264 syf.
10/10 puan verdi
·
4 günde okudu
Kitabı oxuyana qədər repressiyalara, sürgünlərə qurban olanların müsavatçı, pantürkist olduğunu zənn edirdim. Fərhad və Gülnarənin timsalında sovet dövrünə böyük inam bəsələyib, həyatını bu ideolagiyaya qurban verən insanların sonda yanıldığını, Pərvanə kimi manqurtlaşdırılan azərbaycanlı uşaqların varlığını gördüm. Birdən-birə həbs olunur, materialist düşüncə və Stalinə edilən pərəstişlə işində heç bir halda müsavatçı ruhu ilə yaşamadığını inandırmağa çalışır, bunub müqabilində ağır işgəncələrə məruz qalaraq yaşadığının ağ yalandan ibarət olduğunu görürsən. Bu həqiqətən də çox ağırıdır. Eyni zamanda kitab sürgün həyatının ağırlığı, başlanğıcı və sonundakı uçurumlar olan talehləri müqayisə etmək, məntiq və qəlbin mümkün olduğu bütün təsvir və təsdiqləri düşünməyə bir növ məcbur edir və insanın bütün varlığını sarsıdır və dərindən iz buraxır. Kitabın sonunda sürgün həyatı yaşamış 44 azərbaycanlı xanımın adlarının qeyd edilməsi isə ayrıca təqdirə layiqdir. Oxunmasını mütləq tövsiyə edərdim, xoş mütaliələr!
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019189 okunma
264 syf.
·
Puan vermedi
·
5 günde okudu
Düşünərək yaşayanlar üçün...
Əsərin verdiyi hissləri sözlərlə ifadə etməyi bacarmıram. Xalqımızın repressiya illərində çəkdiyi ağrılı hadisələrdən biri olan "Aljir", yaşamaq ümidinin əlindən alındığı ziyalılarımızın ailə üzvlərinə, xanımlarına həsr olunub. Qara siyahıya bəyaz hərflərlə yazılmış Akmol qurbanlarımız. Əslində həyatın mənası, yaşamağ burada sorğulandı. Mən şəxsən öz adıma düşünürəm ki, kitabda qeyd olunan özbaşınalıqlar ve guya ədalət çərçivəsi daxilində olan ƏDALƏTSİZLİKLƏR aysberqin sadəcə görünən bir parçasıdır. Övladı əlindən alınmış ananın həyatı necə yaşamağa dəyər axı? Hətta gələcəkdə övladından "sizdən-valideynlərimdən nifrət edirəm" cümləsi ilə bitən məktub almışsa? Necə deyərlər, yaşamağın intihar olduğu yerde, intihar lüzumsuz qalıb... Mən bu incələməni məni dərindən sarsan, düşündürən, yerlə-bir edən və emosiyalarıma hakim ola bilmədiyim Firuzənin bir cümləsi ilə bitirmək istəyirəm. " Bu gün ana oldum. Amma unutmuşam, unutmuşam ki, məni axırıncı, ya da birinci dəfə kim zorlayıb..."
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019189 okunma
Reklam
264 syf.
10/10 puan verdi
·
7 günde okudu
Ülviyyə Tahir - Şükriyyə Taleyim
Mənim üçün tarixin, ədəbiyyatın ən kədərli dövrü 1937-ci il- repressiya dövrüdür. Bildiyimiz kimi repressiyaya qurban gedən şairlərimizdən biri də Əhməd Cavaddır. Roman Əhməd Cavadın fəaliyyətlərindən, onun vəfalı ömür - gün yoldaşı Şükriyyə ilə necə tanış olması, hansı çətinliklərlə üzləşməsi və həmən çətinliklərlə necə mübarizə aparması, şeirlərinə görə hansı ittihamlara məruz qalması, həbsi, ən başlıcası isə Şükriyyənin həbs edildiyi gündən azadlığa çıxdığı günə qədər və azadlıqdan sonra ki zamandan bəhs edir. Şükriyyənin qürurunu aclıq-səfalət, çəkdirdiləri əzab-əziyyətlər belə sındıra bilmir. Əhməd Cavad və Şükriyyənin həbsindən sonrakı hər bir hissəni ürək ağrısı ilə oxudum. Sonrakı bölümlərdə isə bir hissəni oxudum, kitabı bağladım, sonra dözə bilməyib yenə bir hissə oxudum, bəzən heç o hissəni belə sona çatdıra bilmədim və bu dəfələrlə təkrar oldu...
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021150 okunma
264 syf.
·
Puan vermedi
·
4 günde okudu
"Düşünərək yaşayanlar üçün..."
Ülviyyə Tahir'in qələmindən olan "ALJİR", yazıçının oxuduğum ilk əsəri oldu. Kitab 1930-cu illərin repressiya qurbanlarının yaşadıqlarını nə qədər acı olsa da, çox aydın və gözəl şəkildə bəhs edir. Oxuduqca hər bir hadisə gözümün önündə canlanırdı. Sanki onların birə-bir şahidi olur, repressiya qurbanlarının ədalətsiz, lakin məcbur olaraq yaşadığı hər bir zülmü, ağrını, çarəsizliyi hiss edirdim. Və mən düşünürəm ki, hər bir azərbaycanlı şəxs bu kitabı oxumalıdır. Çünki, tarixin qaranlıq səhifələrində olan bütün acı həqiqətlər gün işığına çıxmalı və unudulmamalıdır.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019189 okunma
224 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
#ÜlviyyəTahir #Buqələmun Kitabı oxuyan zaman İlk başda bir-birinə aşiq iki insanın ailəsi canlanır təsəvvürümüzdə. O eşqin gözəllikləri olan iki körpə Heydər və Nigar. Birdə ən əsası özünü ikinci plana ataraq sevgisinə qurban verən, monoton həyatı olan bir Azərbaycan qadını Ofelya. Hansı ki, həyat yoldaşının (Şahin'in) edəcəklərindən xəbərsiz yaşayan özünü dünyanın ən xoşbəxti hesab edən qadın və atalarını sevən iki körpə,, qarşıda onları nələrin gözlədiyini , həyatın onlara nece oyun hazırladığını bilmədən öz kiçik dünyalarında oyunlar oyanayırlar (( Səhifə'lər irəlilədikcə bu mehriban ailə tablosuna sanki damcı-damcı ləkələr səpələnir.... Ofelyanın həm özü ilə, həmdə insanlarla mübarizə aparma çarəsizliyi, körpələrin atalarının gələcəyinə aldanma məsumluqları, Sevda'nın (Ofelyanın rəfiqəsi), Ofelyanın ailəsinin onu ayaqda tutma çabası vəəə Şahin'in etdiyi şərəfsizliklər.... bunlarla yanaşı İslam dini haqqında hissələr'də kitabda yer almışdır.. Bir sözlə mövzunun günümüzlə bağlı (yəni əzilən qadınlar, öldürülən qadınlara aid ) eyniliyi daha çox bağladı məni kitaba . Çox açıq vermiş olmuyum çünki kitabı oxumaq istəsəniz marağınız qaçar. İnsanı suallar içində boğan bir kitabdır və məhz Ofelya ilə həyatda görüşə bilmə şansım olsaydı ona veriləcək o qədər suallarım var ki,,, eynən kitabdakı cavabı gözlənmədən verilən rabitəsiz suallar kimi... Oxumağınızı tövsiyyə edirəm çox ama çox möhtəşəm kitabdır
Buqələmun
Buqələmun
Ülviyyə Tahir
Ülviyyə Tahir
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
264 syf.
·
Puan vermedi
"Vətən xaini"nin Şükriyyəsi...vəfalı yarı, canına can qatanı, əsl Azərbaycan qadını... Əsər əsasən Şükriyyə xanımın hər kəsin keçdi sandığı "keşməkeşli həyatını", dilə gətirməsi, yazması belə çətin olan, yaşamaqdan daha çox yaşaya bilmədiyi həsrət dolu, nisgil qoxulu, cəfa ağuşuna tərk edilmiş illərinin bədii ustalıqla təzahürüdür... "Yazıb elə fərəzən günə çıxmısınız?" deyən bir sistem..."Bir dənə qələmim var, onu da istədiyim kimi istifadə etməyə qoymurlar..." Deyən Millətin haqq bağıran səsi..."İstəyirsiniz məni öldürün, bu kağızı imzalamayacağam. Mən nə həbsxanalardan, nə sürgünlərdən, nə də işgəncələrdən qorxuram, çünki bu mənim öz seçimimdir, Şükriyyənin seçimi." deyən Şükriyyə taleyim...şükür Xudaya!
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021150 okunma
224 syf.
6/10 puan verdi
·
6 günde okudu
Xoşbəxt, imkanlı və gözəl bir həyat yaşayan Ofeliya zənn etmir ki, bir gün ayağı büdrəyəcək və həyatı altı üstünə gələcək. Dəlicəsinə aşiq olduğu yoldaşı Şahin ona xəyanət edəcək, işini, evini və var-dövlətini itirəcək. Sonda isə iki övladını saxlamaq üçün həyatla olan döyüş meydanına atılacaq. Ofeliya bu yolda yeganə bir şey qazanır, o da din və Allah. Kitab mənə elə də bir şey qatmadı, ancaq Ofeliyanın gözündən hadisələrə şahidlik etməyim fərqli və gözəl bir təcrübə oldu. Hələlik, gözəlim...
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
51 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.