112 okunma, 34 beğeni - Vaqif Səmədoğlu kitapları, eserleri, Vaqif Səmədoğlu kimdir, öz geçmişi, Vaqif Səmədoğlu nereli gibi bilgiler, kitap incelemeleri ile yorumları, Vaqif Səmədoğlu sözleri ve alıntıları detaylı profili ile 1000Kitap'ta.
MÜSTƏNTİQ: Vətəndaş! Adınızı deyin! Adınız!
MOŞU (rola girir). Xalq!
MÜSTƏNTİQ: Necə yəni xalq?
MOŞU: Xalq, dana, narod! Na-rod!
MÜSTƏNTİQ: Necə yəni, vətəndaş?
MOŞU: Ə, xalqının şairini bir dılqır üzük üstündə şübhə altına alan müstəntiq xalqı şübhə altına alır, şairin milyonlarla oxucusunu da! Yaz! Adım Xalq! Muğan düzü, Mil düzü! Dəli Kür! Xəzər, Göygöl! Başı qarlı dağlar! Kəpəz, Şahdağ, Göyəzən! Qoşma, müxəmməs, təcnis! Qəzəl, sərbəst şeir! Niyə yazmersan, ə, olmuya çəpər üstə qonuf günün günorta çağı banlamaq istersən, hay?
SARA: Xalqın ərləri arvadlarına hər ay pul verirlər, üst-baş xərcliyi verirlər, hər ay.
MOŞU: Bəri bax, bu Söyün səni dədən evindən birdəfəlik alıf, ya kreditə? Niyə hər ay pul versin sana?
Limandakı o tənha gəmi kimiyəm.
Səndən qaçıb tənhalığa sığındım.
Getsəm də ayrılıqdır, qalsam da.
Getsəm ayrılıqdı, qalsam kədər, qəm.
Dilim sözə yatmır, əlim qələmə.
Mən dünən özümü öldürdüm, daha
Üstümdə hönkürüb fikir eləmə.
Ən böyük əzabdan ən gözəl sözə
Gedən yola döndüm, sonunda tək sən...
Bilərsən, mən necə təkəm, tənhayam,
Əliynən ruhuma
Mənim də bəxtimə bu vətən düşüb;
havayı açılmır çiçəkləri də.
Allahı yorulub, taqətdən düşüb,
Biraz şorgözləşib mələkləri də.
Susmuşam, tərpənməz bu dil, bu dodaq,
mən daha lalam, lal -
bu yer üzündə.
Məni korlar görər dünyada ancaq,
məni karlar qanar bu yer üzündə.
Məni səndən özgə kim dindirər, kim?!
-İlahi, özümdən sənəcən lalam.
Bir quş qanadında göndərəcəyin
Bir təzə məzhəbə, dinəcən lalam.
Mənə torpaq dili, daş dili öyrət,
bəlkə, öz qəbrimdə dillənə billəm.
İlahi sən mənə quş dili öyrət,
uçmağı özüm də öyrənə billəm.