Varis

VarisSonuncu Ölən Ümidlərdir yazarı
Yazar
7.6/10
896 Kişi
3.732
Okunma
297
Beğeni
16,4bin
Görüntülenme
320 syf.
·
Puan vermedi
·
5 günde okudu
Spoiler var.
"Bir ovuc torpaq" Varis Yolçuyev'in oxuduğum ilk əsəri oldu. Əsər iki fərqli həyatdan bəhs edir. Əsərin iki ayrı süjet xətti ilə ayrılıb, daha sonra sonluqla birləşməsi olduqca təsirlidir. Bir hissədə Qarabağ torpaqlarından didərgin düşmüş Tələt kişinin ailəsi, Tələt kişinin son nəfəsində işğal olunmuş torpaqlardan bir ovuc torpaq
Bir Ovuc Torpaq
Bir Ovuc TorpaqVaris · Vektor · 2009385 okunma
351 syf.
10/10 puan verdi
·
6 günde okudu
Oxuduğum ən təsirli əsərlərdən biri də "Sonuncu ölən ümidlərdir" əsəridir. Bəlkə də, məni bu cür təsirləndirməsi əsərin yazıçı təxəyyülü deyil də, həqiqi həyat hekayəsi olmasıdır. Nailənin başına gələnlər dəhşətdir,bu faciəni ifadə edəcək kəlimələr tapa bilmirəm. Amma Nailəyə də bəraət qazandıra bilmirəm,hər nə baş verirsə versin insan
Sonuncu Ölən Ümidlərdir
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,001 okunma
Reklam
224 syf.
7/10 puan verdi
·
27 saatte okudu
Men “sonuncu olen umidlerdir”,”bir ovuc torpaq”,”sene inaniram” ,"77-ci gun",indi ise "Uzaqdan gelen yagis"eserlerinizi oxumusham..Mence bu eserlerin her birinde biraz da olsa oxsharlig var..Xususen de sonlarda..Her yazicinin oz desti xetti olur deyirler..Mence bu da ondan ireli gelir. sevgi hamımızın həyatının bir parçası
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018313 okunma
200 syf.
8/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Varis Yolçuyev əsərlərini sevərək oxuduğum yazıçılarımızdandır. Romanları özünəməxsus yazı üslubu, axıcılığı və dilinin şirinliyi ilə seçilir. Hər zamankından fərqli olaraq, yazıçı "Metamorfoz" adlı bu kitabında bizlərə irihəcmli roman deyil, kiçik povest və öz avtobioqrafiyasını təqdim edir. Kitabın ilk 60 səhifəsini  "Mənim
Metamorfoz
MetamorfozVaris · Ol Yayıncılık · 201357 okunma
343 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Varis Yolçuyevdən "birnəfəsə" oxunacaq bir roman daha. Hər dəfə oxuduğumda qələminə daha da heyran olduğum yazardır Varis. Yazı üslubu o qədər sadə və şirin gəlir ki mənə. Bu kitabını da çox bəyəndim. Əsərdə bir yeniyetmə qızın - Zeynəbin başına gələn dəhşətlərdən və bu dəhşətlərdən onun gündəliyi vasitəsilə xəbər tutan teleaparıcı Tural Gündüzlünün həyatından bəhs olunur. Kitabı oxuduqca Tolstoyun "Bütün xoşbəxt ailələr hamısı bir-birinə bənzəyir. Bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir" sözlərini xatırladım... Böyük ümidlərlə Bakıya oxumağa gələn kasıb ailənin qızı Zeynəbin həyatı insanı dəhşətə gətirir. Bir insan, daha doğrusu bir yeniyetmə qız bu qədərmi əzablara düçar olar, həyatdan bu qədərmi zərbələr ala bilər?!
Yaşıl Üzlü Gündəlik
Yaşıl Üzlü GündəlikVaris · Ol Yayıncılık · 2014201 okunma
320 syf.
·
Puan vermedi
Varisin sevərək oxuduğum 2-ci kitabı. Kitabda 2 ayrı ayrı həyatdan və onların necə kəsişməsindən bəhs edir. Əsərin baş obrazı olan Zauru çox bəyəndim. Vətənə sevgisi çox gözəl şəkildə əks olunmuşdu.Oğlunda da bu hisslər göstərilmişdir. Zaurun qardaşı Anarı isə heç cürə başa düşə bilmədim. Sevdiyi insandan onun günahı olmaya olmaya necə vaz geçə bildi ? Təəsüf ki həyatda Anar kimi insanlar daha çoxdu Zaur kimi insanlardan. Axıcı kitabdır,mən 1 günə bitirdim. Kitab oxumağı vərdiş halına salmaq istəyənlər belə axıcı kitablarla başlaya bilərlər
Bir Ovuc Torpaq
Bir Ovuc TorpaqVaris · Vektor · 2009385 okunma
Reklam
351 syf.
10/10 puan verdi
·
Beğendi
·
32 günde okudu
Həyatımda önəmli ilklərdən birinə səbəb olan kitab. Önyargıları aşmaqda, fikrən humanistləşməkdə kömək edir insana. Oxunmağı məsləhətdi.
Sonuncu Ölən Ümidlərdir
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,001 okunma
351 syf.
6/10 puan verdi
·
14 günde okudu
Sonuncu ölən ümidlərdir" Varis Yolçuyevin yaradıcılığından oxuduğum 6-cı kitabdır. Yazarın qələmini çox sevdiyim üçün defələrlə oxumuram sadəcə hər dəfə denk gelirik bu yazarla ve kitabları ilə və yenidən şans verirem amma mence bu son idi.. Kitabın adı məni özünə çəkdi. 2 hissəli bir kitabdır. Bir hissesi "Son Məktub" ardı isə bu
Sonuncu Ölən Ümidlərdir
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,001 okunma
280 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 saatte okudu
Görəsən niyə belədir? Niyə ən gözəl mahnıların hamısı ayrılıq haqqında olur? "Əzilmiş Fotoşəkillər"i böyük maraqla oxudum. Bir bədbəxt hadisə insanı nə qədər üzürsə, onun səbəblərinin aranması gərginlik içində hadisələrin davamının izlənməsinə səbəb olur. Və ən maraqlısı- bədiiliklə sənədliliyin birləşməsidir. Həqiqətən bu romanı oxumaq maraqlı idi.Gərgin, maraqlı və oxunaqlıdır.
Əzilmiş Fotoşəkillər
Əzilmiş FotoşəkillərVaris · Nurlar · 2012635 okunma
288 syf.
·
Puan vermedi
·
2 saatte okudu
Varis yaradıcılığına aid olan bu kitabı təsadüfən seçdim, oxuyarkən anladım ki , əvvəlcə oxuduğum ''Sonuncu ölən ümidlərdir'' kitabının sonrasında baş verən hadisələrdən ibarətdir. Başlarda , əvvəlki kitabdakı hekayədən birəbir altıntılar olduğundan çox sıxıldım. Amma sonu gözləniləndən tam fərqli baş tutduğundan məndə xoş təəssürat buraxan kitablardan oldu. Ümumiyyətlə,Varis insanı valehedən söz oyunlarını yaxşı bacarır.
Son Mektup
Son MektupVaris · IQ Kültür Sanat Yayıncılık · 2014312 okunma
Reklam
280 syf.
·
Puan vermedi
Əzilmiş fotoşəkillər 2 bacının başına gələnlərdən bəhs edir. Belə ki, böyük bacı İlahə sevdiyi insanla qoşulub qaçır lakin 1 il tamamında intihar edir. İntiharının səbəbini öyrənməsi üçün kiçik bacı İnarə onun heç vaxt görmədiyi həyatına səyahət edir və romanda hər 2 bacının başına gələnlər əks olunur. Ümumilikdə Varisin oxuduğum ilk kitabı idi və olduqca axıcı idi. İlahənin başına gələnlər üçün çox pis oldum, sevdiyi insandan heç bir zaman imtina etmədi nə olursa olsun amma təəssüf ki çox saf bir obraz idi. Rzaya gəldikdə isə onun kimi insanlar çoxdur, sonuna o qədər pis olmadım.
Əzilmiş Fotoşəkillər
Əzilmiş FotoşəkillərVaris · Nurlar · 2012635 okunma
240 syf.
·
Puan vermedi
"Sonra gözləri dolmuş halda dedi ki, Asif, Xocalı əldən gedəndən sonra mən yaşaya bilməyəcəyəm. Elə biləcəyəm ki, namusumu satmışam, kişiliyimi satmışam. Elə burda ölmək mənimçün daha şərəflidir." Sabahınız xeyr dostlar. Fevral ayının son günündə hamınıza bol enerji arzu edirəm. Sizlərə bu səfər mənəvi yükü ağır olan daha bir kitabla gəlmişəm. Xocalı yolunda ölümə gedən Azərbaycanın Milli Qəhrəmanlarından Əlif Hacıyevin həyatından bəhs edən "Qanlı Ləçəklər" əsərini də bitirdim. Sevimli yazıçımız Varis Yolçuyevin Əlif Hacıyev və Qalina xanımın məhəbbət macərasını öyrənmək və kiçik məqalə şəklində yayımlamaq məqsədilə çıxdığı yolun sonu yazıçını Azərbayan xalqının ən böyük faciələrindən birinə, 26.02.1992-ci ildə yaşanan Xocalı faciəsinə aparır. "Milli Qəhrəman" Əlif Hacıyevin məhəbbət macərası, bir gecədə qəhrəmanlıq dastanına çevrilir. Kitab haqqında uzun danışıb spoi vermək istəmirəm. Hamınıza uğurlar və xoş oxumalar diləyirəm.
Qırmızı Ləçəklər
Qırmızı LəçəklərVaris · Teas Press Nəşriyyatı · 202023 okunma
349 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Yazarın oxuduğum 3-cü kitabıdır. Yazarın qələmi çox axıcıdır.Bəzi yerlərdə rus sözlərinin istifadəsi var idi, bunu çox sevməsəm də mövzuya görə bunun nisbətən vacib olduğunu başa düşmək olur. Dramatik xətti ilə məni sonadək maraqda saxlamağı bacaran bir əsər idi. Romanın mövzusu insanı çox dərinlərə aparır, müasir dövrdə insanların həyatı, düşüncələri, yaşadıqları tam realistcəsinə ifadə olunub. Roman sevgi, xəyanət, insanın həyatda öz rolunu tapa bilməməsi, müasir dövrdə olan real çətinliklər haqqında, xoşbəxtlik axtarışı kimi mövzuları əhatə edir. Sonu isə yarımçıq bitmiş kimi gəldi mənə, adətən, daha aydın nəticələrlə bitməsini, bəzi şeylərin obrazlar tərəfindən də üstünün açılmasını istəyərdim. Əsərdə iki dostun - Həmid və Gündüzün həyatındaki, eniş və çıxışlardan bəhs edir. Gündüz, insanların təkidlərinə baxmayaraq ənənəviliyini qoruyan bir rəssam, Həmid isə böyük çətinliklərə baxmayaraq özünə, ailəsinə gözəl həyat şəraiti qurmuş, uğurlu bir iş adamı. Kitabın çox hissəsində Gündüz obrazına seçimlərinə, hərəkətlərinə görə əsəbləşirdim, doğrusu.
Sənə İnanıram
Sənə İnanıramVaris · Qanun Nəşriyyatı · 2010358 okunma
Resim