Vidadi Babanlı

Vidadi BabanlıVicdan Susanda yazarı
Yazar
8.4/10
22 Kişi
90
Okunma
17
Beğeni
2.318
Görüntülenme

Hakkında

Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954-1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961-1968). C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlamışdır (1954-cü ildən). 1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulmuşdur (2003). Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılmışdır (2002). "Dərd məni dilləndirir" (2003) publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" (2002-2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanmışdır. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olmuşdur.
Tam adı:
Vidadi Yusif oğlu Babanlı
Unvan:
Yazar
Doğum:
Qazax, Azerbaycan, 5 Ocak 1927

Okurlar

17 okur beğendi.
90 okur okudu.
5 okur okuyor.
50 okur okuyacak.
3 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Reklam
Bir qayda olaraq, həyatda da, elmdə də yenilik həmişə mübahisə doğurur, böyük maneələrlə qarşılaşır.
Od ol ki, dəyib-toxunmağa qorxsunlar. Kül olsan, ovuclayıb havaya sovurarlar, heç izin-tozun da qalmaz.
Sayfa 113 - kirilcəKitabı okudu
Eh insanlar, insanlar! Siz nə qədər müxtəlifsiniz, sizi tanımaq nə qədər çətindir!...
Sayfa 119 - kirilcəKitabı okudu
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
629 syf.
7/10 puan verdi
·
5 günde okudu
O qədər də yüksək fikirdə deyiləm,doğrudur,öz dövrünün tələbləri baxımdan yazılmış kitab olsa da təlqin etdiyi fikirləri müsbət xarakterizə etmək olar.
Vicdan Susanda
Vicdan SusandaVidadi Babanlı · Çaşıoğlu Nəşriyyatı · 200965 okunma
784 syf.
·
Puan vermedi
·
Beğendi
Son zamanlarda tanış olduğum və həyəcanla oxuyub bitirdiyim kitabın yazarı Vidadi Babanlı. Yazıçının 96 yaşı var. Əsərlərini oxuyarkən beynimdə daha sağlam, gümrah təsəvvür edirdim. Bu halda görməyim məni çox məyus elədi həqiqətən dünya necə fanidi... Şahbaz Xuduoğlunun isə yersiz və məntiqsiz sualları daha çox hirsləndirdi. " Yəgin ki mütaliə eləmirsiz artıq (istehza),mütaliə eləməmək necə bir hissdi?," Xəyallarınız irəliyə doğrudu yoxsa geriyə? Bu kimi sualları vermək nə dərəcədə düzgündür. Ama yaşına və kecirdiyi nasazlıqlara baxmiyaraq necə səlis və nəzakətli danışır. Balacalığından anasız böyüdüyündən bu həmişə qəlbində yara olub musahibəsində də 3-4 dəfə ana yoxluğunu dilə gətirir. Görünür ki ahıllıq vaxtında bu dərdi daha tez tez yadına düşür. Yazdığı əsərlərin də demək olar hamısında obrazlarını ozünə oxşadırmış çoxunda uşaq vaxtı analarının başına nəsə gəlib, dünyadan koçdüklərini yazırdı...
Vidadi Babanlı
Vidadi Babanlı
Seçilmiş Əsərləri I
Seçilmiş Əsərləri IVidadi Babanlı · Şərq-Qərb Nəşriyyatı · 20186 okunma
629 syf.
10/10 puan verdi
·
Beğendi
Kitab öz dövrünün saflığı,gözəlliyi ilə yazılıb. Vidadi Babanlının axıcı dili məişət mövzularını maraqlı hala salıb. Atam oxuyan kitabı oxumaq,mənə daha maraqlı təsir bağışladı.Etdiyi qeydlərə nəzər salmaq,onları atamla müzakirə etmək əsəri mənim üçün yadda qalan etdi. Vüqar obrazı zehnimdə xoş izlər qoydu.
Vicdan Susanda
Vicdan SusandaVidadi Babanlı · Çaşıoğlu Nəşriyyatı · 200965 okunma