Xaqani Şirvani

Xaqani Şirvani

Yazar
0.0/10
0 Kişi
·
1
Okunma
·
1
Beğeni
·
16
Gösterim
Adı:
Xaqani Şirvani
Tam adı:
Abraham ( İbrahim )
Unvan:
Yazar
Doğum:
Azerbaycan
Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adıdır.
Xaqani 1126-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin "Şairlər qəbiristanlığı"nda dəfn edilmişdir
Dərdimi açmağa bir həm nəfəs yox,
Xoş söhbət etməyə yaxın bir kəs yox,
Möhnətlə sinəsi dağlı qalmışam,
Qüssə də ayağı bağlı qalmışam.
Bu qara torpaqla mavi asiman,
Qoymuşdur dünyada bizləri heyran..

Qəribə deyil mi, səma dövr edir,
Lakin sabit durur məhvərində yer..

..Çünki insanlarda, qalmamış, əlbət,
Nə dostluq, nə vəfa, nədə ünsiyyət.
Dünyada qalmamış etibar, bəli
Gözə görünmeyir bir insaf əhli.
Qanun qayda itib, bax, birdəfəlik,
Nə dinclik qalıbdır, nə asudəlik.
Sənin eşqin xırda xırda nəfəsimi kəsdi, yar!
Öz ahımla öz sinəmdə açdı dərin yaralar.

Eşqin ilə gizli bir ah saxlayırdım ürəkdə,
O ah qalxıb boğazıma, məni qəhərlə boğar.
İlahi, hər dərdim sənə bəllidir,
Özün əlac eylə mənim dərdimə.
Ya qara baxtımın üzünü ağart,
Ya da qara rəng vur ömür xəttimə!
Yazara henüz inceleme eklenmedi.

Yazarın biyografisi

Adı:
Xaqani Şirvani
Tam adı:
Abraham ( İbrahim )
Unvan:
Yazar
Doğum:
Azerbaycan
Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adıdır.
Xaqani 1126-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin "Şairlər qəbiristanlığı"nda dəfn edilmişdir

Yazar istatistikleri

  • 1 okur beğendi.
  • 1 okur okudu.