Xaqani Şirvani

Xaqani ŞirvaniSeçilmiş Əsərləri yazarı
Yazar
5.0/10
1 Kişi
11
Okunma
8
Beğeni
1.362
Görüntülenme
Kimə deyim öz dərdimi, sınamışam insanı, Bir kimsədə görməmişəm mən insanlıq nişanı.
Sayfa 314
Dərdimi açmağa bir həm nəfəs yox, Xoş söhbət etməyə yaxın bir kəs yox, Möhnətlə sinəsi dağlı qalmışam, Qüssə də ayağı bağlı qalmışam.
Sayfa 26
Reklam
Bu bənd ki, vurdular qəlbimə mənim, Lağımdır, qəlbimə atmış düşmənim. Səbri tükənən bir ürək məhv olar, Dayaqsız çadıra dönmüş bədənim.
Sayfa 556
İstərəm mən olum yarıma qurban, Bu cavan ömrüm də sənindir, canan! Könlün can almağı diləyirsə, gəl, Səndən qılınc olsun, məndən isə can.
Sayfa 538
Ürəklər saçının əsiri olar, Cadugər gözlərin canları alar. Uzun gecələrdə mənim ürəyim, Zülfünün ucunda hey təbil çalar.
Sayfa 549
Böyük qəmlər bu kiçik könlümü etdi məskən..
Sayfa 266
Reklam
Bu qara torpaqla mavi asiman, Qoymuşdur dünyada bizləri heyran.. Qəribə deyil mi, səma dövr edir, Lakin sabit durur məhvərində yer.. ..Çünki insanlarda, qalmamış, əlbət, Nə dostluq, nə vəfa, nədə ünsiyyət. Dünyada qalmamış etibar, bəli Gözə görünmeyir bir insaf əhli. Qanun qayda itib, bax, birdəfəlik, Nə dinclik qalıbdır, nə asudəlik.
Sayfa 22
Könül, yorma məni, sakit ol bir az, Səadət qayğısız, əzabsız olmaz. Xoşbəxtəm, siz məni tərif etməyin, Mürşüdsüz bir kamil əsər yazılmaz!
Sayfa 524
Söyləyirlər: -ağlayırsan? "səbəb sizsiz ", deyirəm mən..
Sayfa 19
Buğdayı sifətin behiştə bənzər, Aşiqlər Adəmtək dövrəndə gəzər. Buğdaya dəyməmiş Xaqani əli, Cənnətdən qovdular onu bixəbər.
Sayfa 562
Reklam
Kim eşqə düşsə, bu sevdada can fəda etməz?
Sayfa 239
Sən yaxşı adamsan, Xaqani, ancaq, Sənə pislik edir naəhl adamlar. Onlar yaxşılığı öyrənir səndən, Sonra pisliyini edirlər təkrar. Doğrudur, od ilə sınanar qızıl, Qaydadır sarımsaq müşkü sınayar.
Sayfa 518
Gözəllər mənimtək sənə qul olar, Kədərlə ağlaram sən güləndə, yar. Sən xəfif küləksən, mən isə torpaq, Tünd əssən, inan ki, ollam tarmar.
Sayfa 536
İnsanların adından elə qorxmuşam ki, ah, Məndə dəhşət yaradır, hətta o mərdum-giyah.
Sayfa 18
Qəmin başdan-başa məni yandırdı, Dərd içrə şam kimi alovlandırdı. Ağlamaq, sızlamaq bilməzdim, ey dost, Bunu da həsrətin mənə qandırdı.
Sayfa 542
Resim