"Əgər təyyarəsi qəzaya uğramış bir pilot, ya da itkin düşmüş bir amerikan əsgəri görsəniz, lütfən, ona su və yemək verin, tibbi yardım göstərin. Ona təhlükəsiz yolu göstərin. Etdiyiniz bu yaxşılığa görə mükafatlandırılacaqsınız!"
"Bütün dünya tarixini bu həqiqətlə ifadə etmək olar: dövlətlər güclü olduqları zaman ədalətli olmurlar. Ədalət istədikləri zaman isə artıq güclü deyillər".
Talabani yaşıl, Barzani isə sarı rəngli bayraqdan istifadə edirdi. Onlar bir-birindən elə nifrət edirdilər ki, Talabaninin peşmərgələri Türkiyədən gedən jurnalistləri aparan taksilərə belə atəş açırdılar, çünki taksi Türkiyədən getmişdi və sarı rəngdə idi.
Səddam həmin vaxt maraqlı bir mükafat ayırmışdı: "İran qanı daşıyan biri ilə evlənmiş saf iraqlılara həyat yoldaşlarını boşamaları müqabilində 2500 dollar veriləcəkdi!"
-Bu müharibə təhlükəsi sizi qorxutmurmu?
-Vallah, qardaş, biz çox müharibə görümüşük. Artıq qorxumuz qalmayıb. Müharibə də olsa dözəcəyik, öyrəşmişik. Bir şeyi görən ondan bir də qorxmaz.
Səddam Hüseyn həyatdaykən ən çox heykəli qoyulan yeganə insan idi, bəlkə də. Ölkənin hər yerində heykəlləri var idi. Heykəllərinin olmadığı yerlərdə şəkilləri meydanları, küçələri bəzəyirdi