Yunus Şen

Babil Yanarkən author
Author
9.0/10
2 People
41
Reads
4
Likes
1,102
Views

Oldest Yunus Şen Posts

You can find Oldest Yunus Şen books, oldest Yunus Şen quotes and quotes, oldest Yunus Şen authors, oldest Yunus Şen reviews and reviews on 1000Kitap.
"Kərkük türkü danışa bilməz, qardaş"
"Canımız, qanımız sənə fəda olsun" "And olsun ki, iki şeydən vaz keçə bilmərəm: biri İraqdan, biri Səddamdan", deyə hayqıran iraqlılardan heç biri Səddam üçün müqavimət göstərməyəcək, referendum günü tökdükləri qan qədər belə qan tökməyi gözə almayacaqdır.
Düşmənə dərs, dünyaya mesaj
Səddam Hüsey müharibəyə qədərki vaxtda hər gün əsgərlərlə iclaslar keçirəcək, iclaslar da axşam televiziya ilə yayımlanacaqdı. İraq xalqı yaşlı generalların Səddam Hüseynin qarşında ehtiraslı sədaqət nitqini və gurultulu alqışlarını hər axşam televiziyadan izləyəcəkdi. Həmin xalq "Səddam üçün öləcəyini"hayqıran generallardan heç birinin müharibədə onlardan gözlənilən vəzifəni yerinə yetirə bilmədiyini, yaxud yerinə yetirmədiyini görəcəkdi.
Reklam
Həmdani hadisəsi
Səddam Hüseyn konfrans zalında ən çox Ədnan Həmdaninin adı "xain"lər arasında çəkilərkən və təhlükəsizlik əməkdaşları tərəfindən aparılarkən ağlamışdı. Ədnan Həmdaninin və digərlərinin güllələnməsindən Səddam Hüseyn "köhnə dost"unun evinə ziyarət etdi. Ədnan Həmdaninin arvadına başsağlığı verdi. Orada da ağladı. "Ədnan mənim ən yaxın dostum idi. Ancaq milli mənafelər şəxsi hisslər və düşüncəlerden öndə gəlir", - dedi. Səddam Hüseyn bu ziyarətdən sonra Həmdani ailəsi üçün Dəcla çayının sahilində bir villa tikilməsini əmr etdi. Eyni zamanda Həmdaninin evini ziyarət edib arvadına başsağlığı verən insanları da bağışlamadı. Bu insanların bir hissəsi edam olundu, bir hissəsi də həbs edildi. Günahları isə "bir xainin ailəsinə rəğbət göstərmək" idi.
Nazirini öldürdü
Səddam Hüseyn İran müharibəsi zamanı vəziyyətdən şikayətlənən, əmrlərə tabe olmayan, ya da ona görə "qorxaq" davranan xeyli zabitləri məhkəməsiz, mühakiməsiz öldürtdü. Özü də Balad bölgəsindəki Ducail qəsəbəsində sui-qəsd cəhdinə məruz qaldı. Səddam sui-qəsddən qurtuldu, ancaq Ducail qəsəbəsi yerləyeksan edildi. Daha sonra isə şiə, kürd və kommunistlərə qarşı şiddətli döyüşlər aparıldı. Bu qruplardan yenə xeyli insan öldürüldü. Həmin sui-qəsd isə Səddamın planlı səfərlər etməsinin də sonu oldu.
Devrilmək, sui-qəsdə qurban getmək qorxusuvə problemləri zorakılıqla həll etmək alışqanlığı Səddam Hüseynə öz nazirini (Səhiyyə naziri Riyad İbrahim) də öldürtdü.
Həyatda ikən ən çox heykəli qoyulan adam
Səddam Hüseyn həyatdaykən ən çox heykəli qoyulan yeganə insan idi, bəlkə də. Ölkənin hər yerində heykəlləri var idi. Heykəllərinin olmadığı yerlərdə şəkilləri meydanları, küçələri bəzəyirdi
Sayfa 115Kitabı okudu
Reklam
32 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.