Yusif Səmədoğlu

Yusif SəmədoğluQətl Günü yazarı
Yazar
7.9/10
25 Kişi
111
Okunma
11
Beğeni
1.152
Görüntülenme

Hakkında

Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat institutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957-1958). “Azərbaycan ” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969), baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini (1969-1976), “Ulduz jurnalının baş redaktoru (1976-1987), “Azərbaycan” jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991). “220 saylı otaq” (1960), “Qalaktika” (1973), “Qətl günü” (1987) kitablarının müəllifi olmuşdur.1998-ci il avqustun 17-də vəfat etmişdir.
Tam adı:
Vəkilov Yusif Səməd oğlu
Unvan:
Azeri Yazar
Doğum:
Bakü, Azerbaycan, 25 Aralık 1935
Ölüm:
17 Ağustos 1998

Okurlar

11 okur beğendi.
111 okur okudu.
5 okur okuyor.
26 okur okuyacak.
5 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Herden ona ele gelirdi ki,Tanrinin gozleri gorur,ureyi duyur,amma qulaqlari eşitmir.Çunki qulaği eşitseydi dunya milyon-milyon belalardan canini qurtarardi
Tək mən deyiləm yuxulara inanan. Yəqin əksəriyyət inanır, amma söhbətdə-filanda özlərini elə göstərirlər ki, guya inanmırlar: yəni nə yuxu, nə röya - hamısı aydınca izah olunası məsələlərdir... Amma mən boynuma alıram ki, yuxulara əvvəllər də inanmırdım, indi də inanmıram, - hərçənd, etiraf etməliyəm, əvvəllər daha çox inanırdım - çünki əvvəllər ümidlərim də çox idi. Ümidlə yuxu isə Siam əkizləridir - biri öləndə o biri də yaşamır.
Reklam
Düz deyirlər ki, ən böyük təsəlli vaxtdır. Bəhramın ölümündən keçən beş ildə bütün qohum-əqrəbanın yarası sağalmış, dərdi-qəmi azalmışdı. Əri öləndən düz bir il sonra hətta Rüxsara da yas paltarını çıxarıb sandığa qoymuşdu. Beş ildə o, yalnız bir il ah-vay eləmişdi. Bəhramın yatdığı çarpayını qucaqlayıb ağlamış, ərinin yastığını iyləmişdi. Yalnız bircə il! Gülsabah arvadın dərdi ilbəil sanki daha da artırdı. Görünür "unutmaq", "yaddan çıxartmaq" kimi sözlər analara aid deyil.
Başını qaldır, göyə bax, dünya gözlərində gözəlləşsin.
Elçin atasını görməmişdi. O, beşikdə ikən atası ölmüşdü. Lakin “ölüm” məfhumunu, "yatmaq", yaxud "gəzmək" kimi adi məfhumlardan ayıra bilmirdi. Onun kimi hələ məktəbə getməyən yaşıdları atasını soruşanda Elçin adicə bir şeydən danışan təkin: - Atam ölüb, ruhu da göydədir, - deyirdi.
Bayatı Şiraz əsərindən
Allah-təala niyə birinə can deyir,o birinə zəhrimar!
Yusif Səmədoğlu
Yusif Səmədoğlu
Reklam

Yorumlar ve İncelemeler

Tümünü Gör
272 syf.
·
Puan vermedi
Romana başlamaq çətin idi .Çünki , ilk olaraq ,yazıçının bir hadisədən digər tamam başqa bir hadisəyə ani keçidi əsəri başa düşməyimə çətinlik yaradırdı .Ancaq bir qədər oxuduqdan sonra nə baş verdiyini anladım və bu roman oxuduğum ən yaxşı əsərlər sırasına daxil oldu . Əsərdə demək olar ki ,zaman ,məkan sərhədi yoxdur .Romanda müxtəlif dövrlər arasında əlaqə yaradılır və bu əsərdə təsvir olunan hər tarixi zamanda dövrün ziyalıları ,şairləri məhv edilir . Bu insanların faicəsi ,çətin ömür yolu romanın əsas mövzusudur . "Qətl günü " romanı Yusif Səmədoğlu yaradıcılığının zirvəsi sayılmaqla bərabər Azərbaycan nəsrinin də yeni mərhələsi hesab olunur .
Qətl Günü
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014107 okunma
272 syf.
9/10 puan verdi
·
Beğendi
·
84 günde okudu
" Qətl günü" romanı Yusif Səmədoğlunun dünyanı, varlığı dərk etməyən insan, nəfsin qurbanı olan, lakin hər dəmdə şeytanı lənətləyən, günahın qurbanı olub,şeytanla pislikdə yarışa girən ikiayaqlılar haqqında yazılmış, eyni zamanda bədiiliyi, toxunduğu mətləblər cəhətdən xüsusilə seçilən əsərdir. Müəllif dövrlər arasında mükəmməl əlaqə
Qətl Günü
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014107 okunma
272 syf.
8/10 puan verdi
·
10 günde okudu
«Qətl günü» Azərbaycan xalqının üç əsrdə keçdiyi tarixi yol bədii idrak işığında ümumiləşdirilir. Və ona görə yox ki, romanda Şərq tipi daha üstündür, mifoloji ünsür romanın canına-qanına hopub. Başlıcası, o səbəbdən ki, bu əsərdə milli dastançılıq və romançılıq ənənələri də üzvi şəkildə qaynayıb-qarışır. Yəni «Qətl günü» əlahiddə meydana çıxan , necə deyərlər, havadan yaranan əsər deyil. Ənənə üstündə yaranan, ancaq bu ənənələri fövqəladə dərəcədə , misilsiz bədii ustalıqla NOVATORLUQ mislinə yüksəldən «Qətl günü» məhz buna görə səksəninci illər Azərbaycan ədəbiyyatının ən uğurlu ədəbi hadisəsinə çevrildi. ceylanmumoglu.com/article/yusif-s...
Qətl Günü
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014107 okunma