Əyyub Qiyas

Əyyub QiyasHavay Tətilləri yazarı
Yazar
Derleyen
Çevirmen
Editör
0.0/10
0 Kişi
8
Okunma
1
Beğeni
695
Görüntülenme

Əyyub Qiyas Yorumları ve İncelemeleri

Əyyub Qiyas sözleri ve alıntılarını, Əyyub Qiyas kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
352 syf.
·
Puan vermedi
·
5 günde okudu
Alqış sədaları hələ də Orxanın qulaqlarında guruldayırdı.. Lenoid Brejnevin müəmmalı ölümü üzərinə qurulan dedektiv-macəra və bir az da romantizm olan axıcı bir roman. Romanında Brejnev kimi Rusiyanın bir sıra tarixi şəxsiyyətlərini mövzu seçən yazarımız, siyasi düşüncələrini də əks etdirmişdir. Tarixi oxumağı sevən biri olaraq, mənim üçün olduqca axıcı və maraqlı idi. Çox təəssüflənirəm ki, bu əsər çox az oxucu tərəfindən oxunur. Onu da bildirim ki, kitabdan çox maraqlı film çəkmək olardı.. Əsərdə ən çox bəyəndiyim xüsusiyyət, yazarın azərbaycanlı mədəniyyətini, qadına hörməti dialoqlarda maraqlı, bəzən də gülüş yaradan motivlərdən istifadə etməsi oldu. •Brejnevin müəmmalı ölümü barədə gündəmə gələn jurnalist Orxanın gerçəyi ortaya çıxarmaq cəsarəti və amerikalı polis Nani Midlerin həyatda özünü doğrultma mübarizəsi məni əsərə bağlayırdı. Yazarın qələmindəki doğmalığı çox hiss edirdim. Qətiyyən plagiat və s. kimi ünsürləri olmadığı üçün daha da məmnun oldum. (Təəssüflə qeyd edirəm ki, bəzən müasir yazarlarımızdan bu halla rastlaşırıq) ~Əsəri kitabxanaçının tövsiyəsi ilə oxudum və məmnun qaldım. Düzünə qalsa, əsərin sonunda bir Azərbaycanlı kimi qəbul etmədiyim nüans oldu. Bu haqda müəlliflə danışacağam. :) 23 dekabr yazar ilə görüş olacaq, müəllifə maraqlı suallar verməyi düşünürəm. Xoş mütailələr.
Havay Tətilləri
Havay TətilləriƏyyub Qiyas · Qanun Nəşriyyatı · 20214 okunma
352 syf.
9/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
"...Yaxınlaşmaqda olan mühərrik səsi eşidənlər dikəlib, gözləməyə başladılar. Salvadoro maşını sürətlə sürüb, ayaq üstə duranlardan birini vurdu. Zərbənin təsirindən adam uçub yol kənarına düşdü. Digəri, bir qədər əvvəl plan cızan adam əlini silaha atmaq istəyəndə oğlan açıq şüşədən atəş açıb, onun silah tutan əlini yaraladı. Bu səs-küydən əlinə avtomat silah götürüb maşından yerə atılan sürücü, hara gəldi atəş açmağa başladı. Yük maşınının arxasını özünə sipər edən oğlan, əyilib, maşının altından əliavtomatlı adamı izlədi. Cəld bir hərəkətlə yerə sərilib dalbadal iki atəş açdı. Ayağından yaralanan adam müvazinətini itirib yerə yıxıldı, avtomat əlindən bir xeyli kənara düşdü. Salvadoro tez onun yanına yüyürüb başından bir güllə vurdu. Sürücü ilan kimi qıvrılıb canını tapşırdı..."
Havay Tətilləri
Havay TətilləriƏyyub Qiyas · Qanun Nəşriyyatı · 20214 okunma