Ziya Bünyadov

Qırmızı Terror author
Author
Translator
7.8/10
4 People
38
Reads
9
Likes
1,832
Views

Most Liked Ziya Bünyadov Quotes

You can find Most Liked Ziya Bünyadov quotes, most liked Ziya Bünyadov book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Yusif Vəzirov 1940-cı il yanvarın 27-də Özbəkistan SSR-in Urgənc şəhərindəki pedaqoji institutda müəllim işlədiyi vaxt həbs olunmuş və Ba­kıya gətirilmişdir. 1940-cı il fevralın 13-də Y.Vəzirov birinci dəfə istintaq edilmişdir. Bu­rada müttəhimin 1937-ci ilədək olan tərcümeyi-halı dəqiq və ətraflı təhlil olunmuşdur. O vaxt Y.Vəzirov «Studentlər» romanına görə Azərbaycan Yazıçılar İttifaqından çıxarılmış, bütün vəzifələrdən götürülmüş və işsiz qaldığına görə Urgəncə getmişdi.
Dərd bir də ondadır ki, gü­nahsız qurbanların bu gün yaşayan övladları öz ata-babalarının cənazələri­nin harada olduğunu bilmirlər. Allah onların hamısına rəhmət eləsin!
Reklam
Yusif Vəzir Çəmənzəminli.
1937-1938-ci illərdə repressiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərinin verdikləri ifadələr əsasında 1940-cı il yanvarın 25-də Vəzirov Yusif Mirbaba oğlunun həbs olunması haqqında qərar çıxarılmışdır.
Tarixən dəyirman daşını həmişə bizim başımızda fırladıblar.
Biz, doğrudan da, böyük xalqıq. Bu qədər qırıb-töküblər, kəsib-biçiblər, əsir-yesir eləyiblər, çürüdüblər, çərlədiblər, yenə də məhv olmamışıq.
İlk sovet həbs düşərgələrinin də qurbanları bizim xalqın qeyrətli oğul­ları, azadlıq cəfakeşləri olublar.
Biz ancaq Bakıdan danışırıq! Kim deyə bilər ki, Azərbaycanın kənd rayonlarında bu fövqəladə Üçlüklərin Xüsusi iclasla­rının qərarları ilə neçə min günahsız məhv edilmişdir? Xüsusi düşərgələrə sürgün edilmiş "xalq düşmənləri"nin ailə üzvlərinin təxmini sayını kim deyə bilər?
Reklam
34 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.