Mən sevdiyi adamı itirmiş bir qadın deyiləm. Onu heç qazanmamış bir qadınam. Uzağda qalan qadın. Sevilməyən, hətda heç görülməyən qadın. Sevən getməz deyə qayda yoxdur qurban olduğum, sevilmədiyi zaman sevən də gedər.Çox uzağa gedər, özündən belə uzağa. Bir də qayıtmaz, bilər çünki gözləyəni yoxdur geridə. Bəzən arxaya baxmadan getmək lazımdır. Çünki arxaya baxsan, əllərini görsən, qayıdıb qucağlayarsan, gedə bilməzsən. Ona çıxmayan bütün yolların sonu uçurum olardı kaş. Sevdiyi adamı tərk edən qadınlar, əgər varsa cənnət, cənnətə getməli. Çünki bu dünyada yanacağı qədər yanmışdılar artıq...