Yorum

Leyla Zeyniyeva isimli okurun asıl gönderisini gör
Zaur Ruhullayev okurunun profil resmi
Sevgi kiminsə deyil o,yaşayan birinin. Yaşayansa nədir ki,sualı aydın edin. Yaşayan elə hissdir,ona yaşamı verən nə? Yaşayana yaşamı hissdən başqa verir nə? Yaşayanı bölmüşük elə biz çoxlu yerə. Anlasaydıq bölərdik bu qədər çoxlu yerə? Biri olub yaradan,biri isə yaranan. Biri olub yaşayan,biri isə yaşanan. Deyilib ki,sən varsan bir də səni yaradan. Bele deyilib ona,bir də qarşıda olan. Görürsənsə nəyisə,o var bir də sən varsan. Birdə sənə bunları göstərən var yaradan. Baxaq görək elədi,düzmü verilib bunlar? Görürəm bir köpəyi günəşdən uzaq durar. Kölgə bir yerə gedib,elə orda oturar. Kölgədə otursa da dərindən nəfəs alar. Bu anda sual gəldi niyə orda oturub? Burda olan havanı o,görən hardan duyub? Bu sualın özündə mən və bir köpək olub? Yoxsa bu sualı da elə hiss özü qurub? Hər ikimiz yaşadıq orda olan ortamı. Hər ikimiz anladıq orda olan yaşamı. Ona baxıb anladım o,niyə belə edir? Yoxsa onun etdiyin hiss özü mənə deyir? O,olanı keçirir,məndə həmin olanı. O,nə keçirirsə hardan bildim cavabı? Ona gələn o,şeyi necə alıram ondan? Bəlkə soruşub sözlə,cavab alıram ondan? Axı o,məndən ayrı,məndə ondan aralı. Nə etsə anlayıram,dursa belə aralı. Formaca fərqlənirik,anlamaqda fərqliyik? Fərqli olsaq əgər biz,necə cavabı görərik? Düşünmüşük mən ayrı,birdə o,varlıq ayrı. O,varlığın etdiyin sözlə soruşmaq ayrı. Sual versən sözlə sən hansı cavab yaranır? Bəs onu aydın görsən,sözü bilmək yaranır? Bəs o məni yaradan,həm də onu yaradan. O,nədir ki,görüb sən düz cavaba çatasan. Bizə verir o canı,həm də bütün cavabı. O,özüsə hardadır,kim verəcək cavabı? Görən o,da canlıdır,yoxsa canı yaradıb? Yaradır və yaşadır,yaradıb və dayanıb? Onun zamanı yoxsa demək yenə yaradır. Zamanı varsa onun yaradıb və dayanıb. Sözləri eşidərək,götürdük bilik aldıq. O,biliklərinsə açarın bizlər aldıq? Yoxsa yalnız sözləri biz yığmağa başladıq? Toplayaraq sözləri aydınlığa heç çatdıq? Bəs sualı quran kim o,cavabı görən kim? Bəs özünü görək kim,bir də onu görək kim? Bəs ortamı keçən kim,hərəkəti edən kim? Bəs bunları bilən kim,bir də onu yazan kim? Bizim üçün olubdur yaman çoxlu o,kimər. Kimləri çözmək üçün yaman o,fikirləşər. Fikir onu salıbdır çıxılmaz labirintə. Hara getsə də belə,çıxmayıb gün üzünə. Bəs bu qaranlıq yaşam görən necə dəyişər? Aydınlıq necə gəlsin bunu quran düşünər! Yolu o,tapmaq üçün edir çoxlu fikirlər. Fikirləşib yalnız o,yollardan birin seçər. Açılmazsa sualla yalnız zülmü yaşayar. Ondandır sual gəlir bunu görsə anlayar. Bu verilən suallar onu əzməyə deyil! Bu suallarla hissi,məndən ayırmaq deyil?
Leyla Zeyniyeva okurunun profil resmi
Çox gözəl şeirdir. Təşəkkür edirəm ☀️
Zaur Ruhullayev okurunun profil resmi
Salam.Buyurun
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.