Yorum

İsmayıl. isimli okurun asıl gönderisini gör
İsdədiyimiz kimi yaşamadıqdan sonra, həyatda niye çalışırıq ki?)
Mövzu yaşam standartlarımızı bilib, istəklərimizi o standartlara uyğun nizamlamaqdır Nərmin.
İsmayıl.
İsmayıl.
Aaa anladımm məlimm,yəni realist olmalıyıq. Amma bu maraqsızdır axı.)
Narmin Abshova
Narmin Abshova
Maraqlı olsun deyə yaşamırıq məncə. Maraqlı olduğu üçün həyatı yaşasaydıq, çox yaşaya bilməzdik. :D
İsmayıl.
İsmayıl.
Zənnimcə istəklərmiz biz var olduqca var olur deyə, yaşadığımız zaman dilimini maraqlı edir. Real ola bilməyən istəklərimiz də daxil olmaqla təbii ki. Lakin bunlar olmadıqda, ən azından gözdən çıxardığımız təqdirdə, həyat maraqsız olur.)
Narmin Abshova
Narmin Abshova
O zaman istəklərimizi nizamlamaq lazımdır.) Mənasız istəklərlə yaşamaq lazım deyil.
İsmayıl.
İsmayıl.
Məncə buna ehtiyac yoxdur, müəllim . Nəticədə maraqsız dünyamıza kiçik də olsa maraq qatır və bizi fəaliyyətə sövq edirlər.(ən azından mənə görə) Əks təqdirdə, mənasız istəklərimizi həyatın bizə vermədiyinə inansaq, fəaliyyətdən "soyuya" bilərik.
Narmin Abshova
Narmin Abshova
Mən sizinlə razıyam. Sadəcə sizin həyatınıza maraq qatan ən yüksək istəyiniz nədir bilmirəm. Lakin insanlar bu istəkləri və maraqları naminə həyatlarını məhv edirlər, ki bunu görmək üçün gündəlik xəbərlərə baxmağımız kifayətdir Nərmin. Siz istisna ola bilərsiz bəlkə də.)
İsmayıl.
İsmayıl.
Necə məhv edirlər ki, maraqları naminə? O hissəni anlamadım. Elədisə əgər onda mən istisnayam düzdür, çünki bu maraqlar əksinə olaraq mənə güc və motivasiya verir.
Narmin Abshova
Narmin Abshova
Məsələ budur ki, siz maraqlarınızı nizamlaya bilirsiniz rasional olaraq. Öz həyatınızı məhv edəcək maraq yaratmamısınız siz özünüz üçün. Yəni narkotikə meyl etmək də maraqdır ilkin olaraq, sonra tələb, kitab dəftərə meyl etmək də. Ömrünü narkotikə sərf etmiş bir insan, ancaq onu düşünür. Eləcə də, ömrünü kitablara sərf etmiş bir insan. Bu baxımdan deyirəm ki, hər şeyin çərçivəsi və incə bir mərkəzi var ki, biz bunları çox gözəl ölçüb biçməliyik. Məncə xoşbəxtlik də məhz budur.)
İsmayıl.
İsmayıl.
Anladım nə demək isdəyirsiz, lakin bəlkə bir insana göre ömrünü narkotikə sərf etmək və onu istifadə etmək xoşbəxtlikdir. Nəticədə" xoşbəxtlik " insanların baxış bucaqlarından aslıdır.
Narmin Abshova
Narmin Abshova
Xoşbəxtlik anlayışına yaddır bu mənə görə. Xoşbəxtlik birbaşa mənəvi anlayışdır. Nə cinsəl həyatda, nə narkotikdə, nə pulda və s.-də xoşbəxtlik yoxdur. Subyektivliyə bağlayıb bunu həll edə bilmərik. Onlar sadəcə qısa müddətlik məmnunluq yaradırlar. Xoşbəxtlik anlayışı tamam başqa bir nüansdır Nərmin. Narkotik istifadə edən istənilən insanla oturun danışın, özünə nifrət edir və dəyişmək üçün çabalayır. Xoşbəxtlikdən niyə qaçsın ki bir insan? Xoşbəxtliyə istiqamətlənib qaçmalıdır ona tərəf. Yəni təzadlıdır mənə görə mövqeyiniz tamamilə.
İsmayıl.
İsmayıl.
Müəllim, fikrimi sizə çatdıra bilmirəm 🥺
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.