Yorum

Fərid Əliyev isimli okurun asıl gönderisini gör
Drayzer kimi bir yazıçının əsərindən “Yucin axmaqdır” nəticəsi çıxarmaq, əslində, səthi yanaşmadır. Bu əsərin mahiyyəti Yucini mühakimə etmək deyil, insanın daxili ziddiyyətlərini göstərməkdir. Drayzer dərs vermir, insanın zəifliklərini və ehtiraslarını olduğu kimi ortaya qoyur. Unutmamalıyıq ki, ədəbiyyat hər zaman ideal qəhrəman yaratmır, bəzən də insanı bütün qüsurları ilə göstərir.
Hər bir oxucunun özünə məxsus fikri vardır xanım. Mən bu nəticəyə gəldim.Mənim düşüncəm və sizin düşüncəniz ortaq olamaya bilər.Mənə görə Yucin dahi deyil axmaqdır ,qadın düşkünüdür. Ətrafındakı dəyər verən xanımı deyil başqasın seçdi. Sonda ancaq peşman oldu. Sonrakı peşmançılıq fayda verməz
Əlbəttə, hər kəsin fikri fərqlidir. Sadəcə, Drayzer Yucini ideal yox, qüsurlu insan kimi yaradıb. Onu "axmaq" adlandırmaqdan çox, bu qüsurların niyə yarandığını anlamaq əsərin əsas mənasını açır. Şəxsi fikirlərimizdən savayı yazıçının oxucuya çatdırmaq istədiyi məqamları da nəzərə almaq vacibdir.
Vəfa Hafiz
Vəfa Hafiz
yazıçının oxucuya nə demək istədiyini anlamışam. Mən sadəcə yucini axmaq qadın düşkünü kimi qiymətləndirirəm
Anladım. Mən isə Yucin kimi ziddiyyətli obrazları sevirəm(ədəbiyyatda:).
Vəfa Hafiz
Vəfa Hafiz
Sevin görək 😂həyatınızda inşallah Yucinlər olmaz
Mence de Yucine sadece dirnaqarasi Dahi demek olar.😏
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.