Pop-mədəniyyət fikiri ilə tamamilə razıyam. Ancaq Almaniyada illərlə yaşamış biri kimi deyə bilərəm ki, mənim dediyim fərdiyyətçilik ilə, ola bilər, siz dediyiniz arasında fərq var. Bizdə fərdiyyətçilik özünü fərqli göstərir, məsələn fərdin ön planda olduğu idman sahələrində biz uğurluyuq, kollektivin öndə olduğu sahələrdə isə qərb millətləri. Camaat nə deyər məsələləri bir neçə il əvvələ qədər Avropada da ən az bizdəki qədər var idi, sadəcə forması bir az fərqli ola bilər. Kapitalizmin inkişafı ilə bu tədricən zəiflədi və artıq avropa xalqları da individuallaşmağa gedir (düşünürəm ki, məhz buna görə, insanlar qərbin individiuma daha çox dəyər verdiyinə inanır). Amma əlbəttə bu o deməy deyil ki, Azərbaycanda hər şey idealdır. Problemlər çoxdur və hər ağrıyan qəlb, bir problemin elçisidi :)