Zəhra Qorxmaz

9/10
·216 syf.··
Beğendi
·
2023 31. kitabı
·
10 günde okudu
·
Okunma: 26 Mart 2023 14:01
Peter Levine'nin digər kitabları kimi bu kitabı da olduqca informativ idi. Ağrını hiss etmək, onu mənalandırmaq, daha sonra isə bədəni tərk etməsi üçün günlük məşqlər qeyd olunub. Sadəcə oxunub keçməkdən ziyadə, kitab oxuduqca tətbiq edəcəyiniz bir vasitədir.
Ağrıdan KurtulmakPeter A. Levine · Butik Yayınları · 202029 okunma
10/10
·264 syf.··
Beğendi
·
2023 30. kitabı
·
6 günde okudu
·
Okunma: 24 Mart 2023 14:23
Bu kitaba başlamazdan əvvəl Dr. Webb'in "Çocuklukta ihmalin izi: Boşluk hissi" kitabını oxumağınızı tövsiyə edərdim. Bu kitab, həmin kitabda qeyd edilən problemlərin həllini geniş şəkildə təsvir edir. Əvvəlcə özünüzün uşaqlıqda yaşadığınız travmaları anlamlandırmağınıza, növbəti addımda öz valideynlərinizlə hansı şəkildə bu mövzuda danışacağınıza, ən sonda isə öz övladınızla onun və sizin uşaqlığınız barədə danışacağınızın izahını verib. Bu danışıqları hansı şəkildə aparacağınız da öz terapiya təcrübəsindən(hekayələşdirilmiş) paylaşaraq edib.
Çocuklukta İhmalin İzi: ÇözümlerJonice Webb · Sola Unitas Academy · 2019769 okunma
10/10
·304 syf.··
Beğendi
·
2023 29. kitabı
·
14 günde okudu
·
Okunma: 17 Mart 2023 11:21
Özünə valideynlik, çətin məqamlarındakı hisslərinə fokuslanmaq, onlarla tanış olmaq, adlandırmaq, öz iç səsini necə tənzimləyə biləcəyin, həyatına yenidən necə məna qatmağını, özünü sağlatmağa haradan başlayacağını, öz-disiplini necə formalaşdıra biləcəyini və s. kimi həyati əhəmiyyət kəsb edən mövzuları mükəmməl şəkildə ələ alan bir kitabdır....
Boşluk HissiJonice Webb · Sola Unitas Yayınları · 20213,991 okunma
10/10
·224 syf.··
Beğendi
·
2023 28. kitabı
·
4 günde okudu
·
Okunma: 08 Mart 2023 00:55
Travmanı anlamaq, onu yenidən işləmək, düşüncəmizdə bununla bağlı fərqli baxış bucağı yaratmaq, zehnimizdəki xatirələrimizdən istifadə edərək bunları etməyə necə başlayacağımız sadə dillə təsvir edilib. Kədərin isə əslində bizə nə şəkildə böyüdüyünü, aliləşdirdiyini anlaya bilirik. Yazarın digər əsəri olan: "Kaplanı uyandırmak"ı oxuduqdan sonra bunu oxumağınız ardıcıllıq baxımından daha doğru olar.
Travma ve AnıPeter A. Levine · Butik Kitap · 2017115 okunma
10/10
·225 syf.··
Beğendi
·
2023 26. kitabı
·
6 günde okudu
·
Okunma: 03 Mart 2023 23:15
Əgər ixtisasınız deyilsinizsə, kitabı anlayaraq, həyatınıza tətbiq edərək oxumağınızda fayda var. İxtisas sahibləri üçün isə qızıl dəyərində kitabdır. Şema terapiya modları haqqındadır. Təlimdən əlavə materiallar mövcuddur. Burada da pasiyentlərin yaşantıları əks edilmişdir. Hansı modda olduğunuzu aydınlaşdıra, eyni zamanda bu moddan çıxma (sağlam deyilsə) üsullarını da izah edir. Sağlam yetkin modunu necə aktiv edilə biləcəyi haqqında da geniş izahlar var.
Mod TerapisiHannie van Genderen · Psikonet · 20141,312 okunma