Oxuduğum ən gözəl əsərlərdən biri oldu. Çox bəyəndim. Eyni zamanda hər kəsə tövsiyə edəcəyim kitablar siyahısına əlavə olundu. Xüsusi ilə kitab oxumağa yeni başlayanlar üçün uğurlu seçim ola bilər, çünki kitab kifayət qədər axıcıdır.
Ceynin həyatına gəldikdə isə nə qədər çox başına bədbəxt hadisələr gəlsə də bir o qədər də taleh onun üzünə gülür və xoşbəxt günlər yaşayır. Ceyn çox dözümlü, səbrli, savadlı, mühakime etməyi bacaran bir obraz olaraq oxucunun qəlbinə yol tapır.
Burada hadisələri yazıçı ele Ceyn Eyrin adından qələmə alınıb. Ceyn adlı balaca qız uşaq yaşlarından ata və anasını itirir. Dayısı tərfindən himayə olunur, lakin çox çəkmir ki onun həyatında çətin günlər başlayır. Ta ki, məktəbə başlayana qədər, hərçənd, buranın da özünə məxsus çətinlikləri olur. Bir gün Ceyn həyatında yeni səhifə açmaq və yenilik axtarmaq arzusu ilə məktəbi tərk edib, mürəbbiyə işləməyə qərar verir. Elə onun bu qərarı və çalışmağa başladığı ev onun həyatına yeniliklər, çətinliklər, sınaqlar gətirir..
Oxuyan hər kəsə xoş mütailələr..🩷