Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

ghst

ghst
@Agnn
28 Temmuz 2001
10 okur puanı
Mayıs 2020 tarihinde katıldı
306 syf.
10/10 puan verdi
·
7 günde okudu
6 gündür mənimlə dostluq edən və hər dərdini bölüşən bir insanı itirdim sanki. Samiyənin yaşadıqlarını sözlərlə ifadə etmək çətindir. Ancaq ifadə edildiyi qədər sanki onunla birlikdə keçdik bütün çətinliklərdən. Oxuduqca hər şeyi xəyal etdiyim üçün, istər uşaqkən Samiyənin Əli ilə gizlincə evdən qaçmağndan ta ki, gəmidəki anına qədər hər şeyi birlikdə yaşadıq. Hisslər yenidən qarışıb və o şəkildə də donub.
Demə ki, qorxuram
Demə ki, qorxuramGiuseppe Catozzella · Teaspress Nəşriyyatı · 201860 okunma
Reklam
552 syf.
9/10 puan verdi
·
9 günde okudu
Kitabın üzərindəki " həyatını yenidən başlamağa cəsarətin varmı ? " sualı mənim çox diqqətimi çəkmişdi. Nell'in ilk başlardakı bəzi duyğuları və qorxuları mənə yad olmadığı üçün kitabı maraqla oxumağa başladım. Eyni Nell kimi xəyalları olan, amma bunları gerçəkləşdirməyə özünə fürsət verməmişkən, həyatını dəyişməsi və xəyallarının arxası ilə getməsi məni də ruhlandırdı, xəyallarım haqqında bir daha düşünməyə sövq etdi.
Sirrini Mənə Aç
Sirrini Mənə AçMiranda Dickinson · Yay Kitab · 0788 okunma
344 syf.
10/10 puan verdi
·
21 günde okudu
Kitabı 5 yaxud 6-cı dəfədir oxuyuram. İlk oxuduğumda, hələ kitabı oxuyub bitirmədən " kitabın adı ilə hekayəsinin nə əlaqəsi var ? " deyə düşünürdüm özlüyümdə. Bir nəfəsdə oxuyub bitirmək istəsəm də, bir yandan da sonlandırmaq istəmirdim. Hər oxuduğumda şok, təəssüf və sözlərlə belə ifadə edə bilməyəcəyim qarışıq hisslər keçirirəm. Oxuduqlarımı qəbullana bilməməyim, " bu necə ola bilər axı ? " demələrim kitabı sonlandırmamı yavaşlatdı. Bu hekayənin gerçəkci olması da bir yandan məni çox incitdi. Kaş o çarəsiz Bendy Vuenə yardım etmə şansım olsaydı...
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017481 okunma