Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aynur Qedirova

188 syf.
·
Puan vermedi
"Yüreğin neredeyse hazinen oradadır." Coelhonun ən məşhur, həmdə mənim yazıçıdan ilk oxuduğum əsər. Əsər düşüncə gücünü ön planda tutan əsərdir. Mən düçüncə gücünə, Evrenə ötürülən bütün enerjinin istər müsbət, istərsə də mənfi bizim həyatımıza təsir çox inanıram. Əsər o qədər axıcı maraqlı əsərdirki və ən əsasıda oxuduqca düşüncə gücü ilə , səbr ilə, yüksək inancla istədiyimiz hər şeyə nail ola biləcəyimizə bizi o qədər inandırır ki... İnsanın həyata baxışında, düşüncə tərzində iz buraxacaq və əsaslı şəkildə dəyişikliklər edə biləcək bir romandır. Roman belə olsa oxuduğumuz hər kitab həyatımıza, bizə nə isə qatmalı,nə isə öyrətməlidir deyə düşünürəm mən. "Simyacı" da belə romanlardandan oldu mənə görə
Simyacı
SimyacıPaulo Coelho · Can Yayınları · 2023207,2bin okunma
Reklam
180 syf.
·
Puan vermedi
İlk cümləsindən son cümləsinə qədər dialoqlardan ibarət olan bu kitab Rosella xanım ilə Pelinin söhbətləri üzərinə yazılıb. Rosella xanım türkcəni unutmamaq üçün ömrünün son günlərində Pelin ilə öz həyat hekəyəsi ilə bağlı söhbətlər edir.Adətən azərbaycancaya tərcümə olan kitabları oxumağı sevmirəm absurd gəlir mənə amma Rosella xanımın həyat hekayəsi o qədər maraqlı, o qədər axıcıdır ki, uzun illərdən sonra bittiyində göz yaşlarımı saxlaya bilmədiyim nadir kitablardan oldu.
Dualar Kalıcıdır
Dualar KalıcıdırTuna Kiremitçi · Doğan Kitap · 2007356 okunma
54 syf.
·
Puan vermedi
Platonun oxuduğum ilk əsəri və tək kəlimə ilə möhtəşəm. Sokrat Yunan şəhərinin tanrılarına inanmamaq , yerinə başqa-başqa tanrılar qoymaq və gənclərə pis örnək olmaqla günahlandırılır və edama məhkum edilir. Ancaq edam edilməzdən öncə ona özünü müdafiə etməsi üçün müəyyən bir zaman verilir . Əsardə elə Sokratın özünü xalqın qabağında müdafiə etməsindən bəhs edir. Və bu zaman orda olan şagirdi Platon şahidi oıduğu hərşeyi qələmə alır və ortaya bu möhtəşəm əsər çıxır.
Sokrates’in Savunması
Sokrates’in SavunmasıPlaton (Eflatun) · Mavi Çatı Yayınları · 052,8bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
·
Puan vermedi
Doğurdan da Dotoyevskinin qələmini anlamaqda , anlatmaqda çox çətindir. Kitaba başladıqda adına istinadən bir məhkumun həbsxana həyatını oxuyacağımı sanmışdım. Amma oxuduqca bütün insanlığın timsalında özünü tənqid edən bir əsər qəhrəmanının öz yeraltı dünyasından yazdıqları ilə hər cümləni uzun-uzun düşünüb  sorğu-sual ettim. Və birdaha anladım ki hərkəsin öz yeraltı dünyası var sadəcə onunla üzləşməyi bacarmalıyıq.
Yeraltından Notlar
Yeraltından NotlarFyodor Dostoyevski · Aperatif Kitap Yayınları · 2021128,4bin okunma
110 syf.
·
Puan vermedi
Mövcud şərtlərlə əlaqədar kitab oxumaga gün ərzində az zaman ayiriram. Gecə uşaqlar yatanda oxuyuram və bəzən günlərlə oxuya bilmirəm 5 günə bitirdiyim bu kitabi əminəmki daha fərqli boş bir zamanda 1cə nəfəsə bitirərdim. O qədər maraqli , axici bir kitabdi kii Dini, əxlaqi bir çox mövzuda insana təsir edir Oxuyun,oxutturun bu kitabi
İnsan Ne İle Yaşar
İnsan Ne İle Yaşar
Lev Tolstoy
Lev Tolstoy
İnsan Ne İle Yaşar
İnsan Ne İle YaşarLev Tolstoy · Mahzen Yayınları · 2019191,7bin okunma
Reklam
176 syf.
·
Puan vermedi
Hər kitaba başlamadan öncə digər oxucuların kitab haqqında olan təəssüratlarına mütləq göz gəzdirirəm. Bu kitabdanda təsirlənəcəyimi bilirdim amma bu qədər yox. Hansı kitabı diqqətlə oxusan mütləqki orda özünü tapacağın azı 2,3 cümlə olur. Bu kitabda eynən. Bir adamın qadına olan sevgisi, hörməti o qədər gözəl təsvir edilibki... Mənə görə tam yaşanmamış bitən bir sevhi hekayəsi oldu. Həyat doğurdanda çox acımasızdı. Hələ zamanımız var deyə düşünüb bəzi şeyləri ertələyirik amma həyat heç düşünmədiyimiz vaxtta hərşeyi alt-üst edir, hətta sevdiyimiz birini belə alır bizdən səssizcə , birdə görməmək üzərə. Oan görə sevdiklərimizlə keçən hər günün, hətta hər anın qədrini bilək onalrı nə qədər sevdiyimizi hər dəfə xatırladaq, dilə gətirək,çünki sabah çox gec ola bilər.
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · İş Bankası Kültür Yayınları · 2023315bin okunma
80 syf.
·
Puan vermedi
Tolstoy ilə olan ilk tanışlığım idi. Əsərin qəhrəmanı Kasatdki şöhrətpərəst, eqoist biridir. Sergi ata povesti ikiləşmiş,öz həytaını yaşamayan(ətrafındakı insanların düşüncələrini çox önəmsəyən bu qəhrəman istəyirki  insanlar ancaq onu tərifləsin,sevsin hamı onu mükəmməl olaraq bilsin) insanın faciəsindən bəhs edir. Günümüzdədə bucür hadisələr az deyil məncə Kasatski özünü nə qədər yaxşı,əxlaqlı biri kimi göstərməyə çalışsada bunu bacarmadı.Çünki özü belə buna inanan bilmirdi . Zahirən Sergi ata olsada daxilən hələdə Kasatski olaraq qalmışdı.  Qısacası daxilini zahirinə uydura bilmədi. Kicikhəcmli olmasına baxmayaraq o qədər dərin məsələlərə toxunulub ki  əsərdə
Sergi Ata
Sergi AtaLev Tolstoy · Qanun Nəşriyyatı · 2018290 okunma