Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva bir yorumu yanıtladı.
100 syf.
10/10 puan verdi
·
Beğendi
Salam #allahsızlarşəhəri adına görə məndə mənfi düşüncələr yaratsa da, oxumağa başlayanda yanıldığımı gördüm. Ona görə siz də belə fikirləşirsizsə qəti şəkildə o düşüncələrdən daşının. Tam fərqli və maraqlı mövzusu var. Bu kitab, hər birimizin içində daşıdığımız hisslərdən və onların mübarizəsindən bəhs edir. İstər xəyanət olsun, istər yalan, ağıl, xəcalət, şəhvət, istərsə də sevgi, həqiqət, ədalət. Kitabı oxuyan əminəm ki, özünü görəcək, özünə suallar verəcək. Hər birimiz özümüzü yaxşı sanırıq, hər zaman həqiqət axtarırıq, vicdanlıyıq deyirik. Amma heç düşünmüsünüz ki, həqiqətə qaçdıqca yalanlarla özümüzü ovudub həqiqət hesab eləmişik. Çünki yalan insanlara şirin gəlir, həqiqəti görsələr həyatları dəyişəcək. Ona görə onu qəbul etmək çətin gəlir bizə. Bəzi hisslər var ki, həyatımızı o hisslərə qurban verib zəhərə döndəririk hər şeyi. Halbuki acı həqiqət olmuş olsa belə qəbul edib yaşasaq, vicdanımızı təmiz saxlasaq, yalan şirin olsa belə uymasaq həyatımız nə qədər xoş düzəndə gedər. Mən çox maraqla oxudum və ən çox sevdiyim məqam isə aktyorlarımıza da kitabda yer verilib. Kiçik həcmli olmasına baxmayaraq, reallığı əks etdirdiyinə görə hər səhifəsi düşündürür. Əminəm ki, “Allahsızlar şəhəri”ni oxuduqdan sonra özünüzdə yaxşı yöndə dəyişəcəyiniz çox şey olacaq. Oxuyun və oxutdurun ki, kitablarla həqiqətlərə çataq.
Allahsızlar Şəhəri
Allahsızlar ŞəhəriUraqan · Xan Nəşriyyatı · 2020111 okunma
Emin okurunun profil resmi
TƏŞƏJKÜR EDİRƏM 😊
Təbəssüm Mustafaeva okurunun profil resmi
Mən də sizə təşəkkür edirəm🙏😇
Reklam
Təbəssüm Mustafaeva bir yorumu yanıtladı.
512 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Salam. Bu gün “Dəli kür” romanı haqqında fikirlərimi bölüşəcəm. Bu roman Azərbaycan ədəbiyyatının seçilən əsərlərindən biridir. İsmayıl Şıxlı bu əsəri 9-10 il ərzində yazıb bitirib (1956-1966, 67-ci illər). Bəziləri deyir ki, Cahandar ağa İsmayıl Şıxlının babası olub, bəziləri də dayısı olduğunu qeyd edir. Yəni bu əsər həqiqətlər əsasında yazılıb.
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014761 okunma
Aysel Abdullayeva okurunun profil resmi
Qəşəng incələmə olub.Əllərinizə sağlıq.
Təbəssüm Mustafaeva okurunun profil resmi
Çox sağ olun diqqət edib oxumusuz🥰😇
Təbəssüm Mustafaeva bir yorumu yanıtladı.
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Ray Bradbury-dən ilk dəfədir ki, oxuyuram və bundan sonra hər kitab alış - verişimdə mütləq bir Bradbury olacaq. Çünki “Fahrenheit 451” o qədər gözəl yazılıb ki, hələ də onun təsirindəyəm. Bradbury özü ali təhsil ala bilməsə də, qeyd edir ki, “həyatımı kitabxanalarda keçirtdim, kitabxanalar evim kimi idi”. Kitab sevgisi o qədər böyük olub ki, belə
Fahrenheit 451
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 202289,8bin okunma
Aynurə okurunun profil resmi
Çox gözəl incələmədi👍🏻

Okur Takip Önerileri

Tümünü Gör
288 syf.
7/10 puan verdi
Əslində klassik kitabları sevən biri olaraq, əvvəllər bu kitaba qarşı bir ön yarğım var idi. Hardasa 4-5 gün olar oxuyub bitirmişəm və niyə daha əvvəl oxumamışam deyə peşmanam. Mövzusu belədir: Culiyan işinin peşəkarı və çox çalışqan bir vəkildir. Bir gün o elə məhkəmə zalındaca yıxlır və həmin hadisədən sonra inzivaya çəkilir. İnzivaya çəkildiyi müddətdə öyrəndiklərini köməkçisi Conla, yəni bizlə paylaşır. Kitabı oxuyanda, məsləhət görərdim ki, əlinizin altına bir vərəqlə qələm qoyun. Çünki kitabın içində, düzgün oxuyan üçün sözün həqiqi mənasında necə yaşamaq lazım olduğunun alətləri var. Maddiyyatın bu qədər önəm daşıdığı, hətta kimilərinə "hava", "su" olduğu müddətdə, bu kitab həqiqi havanın və suyun nə olduğunu göstərir oxuculara. Kitabın ən sevdiyim tərəfi o idi ki, Culiyanın köməkçisi sanki biz idik. Mən idim. Nə zaman aydın olmayan hissəsi olurdu, Con həmən dəqiqə sualımı verirdi. Ümumilikdə kitabı bəyəndim və oxumağı tövsiyyə edirəm!
"Ferrari"sini Satmış Rahib
"Ferrari"sini Satmış RahibRobin Sharma · Bakı Kitab Klubu · 201620,2bin okunma
Təbəssüm Mustafaeva okurunun profil resmi
👏👏👏 sənin bu təhlilindən sonra mütləq oxuyacam♥️
Təbəssüm Mustafaeva bir yorumu yanıtladı.
224 syf.
8/10 puan verdi
Artur Konan Doylun məşhur #şerlokholms -un macəraları bir roman və altı kiçik həcmli hekayələrdən ibarətdir. Maraqla oxudum amma cinayətkarları artıq özüm təxmin edə bilirdim, o da yəqin kiçik həcmli olmağından, obrazların az olmasından irəli gəlib. Amma Şerlok cinayətlərin üstünü çox məharətlə və ağılla açır. Doylun yaratdığı bu surət öz iti ağlı ilə, diqqətli mühakimələri ilə ən dolaşıq işləri belə aça bilən xəfiyyədir. Çox nadir hallarda işləri uğursuzluqla nəticələnə bilər. O qədər diqqətlidir ki, hətta ilk baxışdan gördüyü insan haqqında fikir yürüdə bilər və ən əsası da fikirlərində yanılmır. Bütün işlərində isə ona həkim dostu olan Uotson kömək edir. Yəqin çoxları bilir ki, Doyle özü də həkim olub. Deyilənlərə inansaq Şerlokun özü elə Artur Doyle olub.
Visteriya – Locda Hadisə – Sherlock Holmes Macəraları
Visteriya – Locda Hadisə – Sherlock Holmes MacəralarıArthur Conan Doyle · Qanun Nəşriyyatı · 201855 okunma
20 öğeden 6 ile 10 arasındakiler gösteriliyor.