Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fexri Hacizade

Fexri Hacizade
@Fakhry
Sıkı Okur
Fexri Hacizade bir yorumu yanıtladı.
Sözlərin qırıldı, töküldü bir-bir; Çırpdı divarlara, daşlara külək. Kəlmələr dağıldı sahil boyunca Yorulmuş bir gülün ləçəkləri tək. Əli Kərim
Vəfa Hafiz okurunun profil resmi
Əynində sevincdən biçilmiş ağ don, Gözündə çaşqınlıq ala-toranı. Əllərin qonmağa bir yer tapmadı, Sındırdın az qala barmaqlarını.
Reklam
Fexri Hacizade yorumladı.
288 syf.
7/10 puan verdi
·
3 günde okudu
Tarixçi akdademik İlber Ortaylının tv programlarındakı çıxışları, müsahibələrində genclərə verdiyi tövsiyyələr her zaman diqqetimi çekib. Buna göre de kitab neşr olunan ilden beri oxu siyahima elave etmişdim. Bu kitabda toplanmış müsahibelerde bir insan ömrünü daha deyerli yaşamaq üçün nece heyat terzi seçmelidir, hansi kitabları oxumalı, hansi şeherleri gezmeli, hansı hobbileri olmalıdır, bunlarla bağlı İlber hocanın 70 illik həyat tecrubələri yer alıb. İlbər hocanın öyüdləri öz həyat tərzimə yaxın olduğu üçün kitabı bəyəndim. Xüsusilə də səyahət , hobbilər və kitablarla bağlı bölmeni daha çox bəyəndim. Fikrimcə bu kitab 20 yaşa qədər oxunmalıdır. Mən oxumaqda gecikdiyimi hiss etdim.
Bir Ömür Nasıl Yaşanır?
Bir Ömür Nasıl Yaşanır?İlber Ortaylı · Kronik Kitap · 202055,2bin okunma
Fexri Hacizade okurunun profil resmi
Bu kitabı oxuyub bitirəndə gecikdiyimi düşündüm,ancaq sonra hər gün daha da gecikdiyimin fərqinə vardım.
Fexri Hacizade yorumladı.
205 syf.
9/10 puan verdi
·
3 günde okudu
Yaşamak… ama nasıl?! Binlerce kez ölerek…
Əminəm ki, bir çox kitab var ki, adı ilə tərs düşər. Lakin mənim qarşılaşdığım ilk kitab oldu. Adı Yaşamaq olub da içərisi bu qədər Ölümdən ibarət olan, oxuyarkən çeşid-çeşid duyğuları eyni anda yaşada bilən, “həyat dediğin tam da bundan ibarət deyilmi?!”yi hər dəqiqə xatırladan emosional dəyəri dərin bir hekayə… Hekayədə, illər sonra yaşlı öküzü ilə tarlasını sürərkən tanış olduğu bir şəxsə həyatından bəhs edən qocalmış Fugui’nin başına gələnlər qələmə alınmışdır. O şəxs ki, birzamanlar gənc olarkən ailə sərvətini tamamən məhv etmiş, uzun bir həyatın ona nələr vəd edəcəyindən xəbərsizdir. Bu yoxsulluq bəli bir dəfə onu xilas etsə də, sonrasında ölümləri ard arda sıralamışdır… “… kendi kendime ‘yaşamalıyım’ dedi…” yaşlı Fugui, bu qədər itkidən sonra bəs necə? Yaşananlara bir “anlam, məna” verib, onlara bərk-bərk yapışaraq deyəsən… Hərbirimiz də belə deyilmiyik?! Doğumları və ölümləri, xoşbəxtlikləri və ümidləri, tərkedilişləri və ayrılıqları yaşayaraq hələ də Yaşamağ’a davam etmirik mi?!
Yaşamak
YaşamakYu Hua · Jaguar Kitap · 201633,4bin okunma
Fexri Hacizade okurunun profil resmi
Bu qədər ölümdən sonra insan "yaşamaq" nədir deyə bir daha düşünür.Kitabdakı hadisələrin inkişaf dinamikası çox realist olduğundan uzun müddət təsirini hiss etdiyim kitablardan olmuşdu.
Aysel Rustamova okurunun profil resmi
Yazdıqlarınıza tamamilə qatılıram. Yazıçı bəsit qələmiylə çox yerində xitab edib duyğulara 😊