Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Firudin Məmmədov

240 syf.
9/10 puan verdi
·
Beğendi
Əvvəlcə qeyd edim ki,kitabın sonluğunun bir növ fəlsəfi mövzuda olacağını heç təxmin etmirdim.Kitab - illər boyu İsveç idarəetməsi altında yaşayan və əzilən Fin xalqının,zaman keçdikcə xalq arasından çıxan,eyni zamanda isə mənəvi,fəlsəfi baxımdan oyanan şəxsiyyətləri sayəsində,ölkənin siyasi,iqtisadi,sosial,vətənpərvərlik baxımından,ruhən oyanmasından və inkişaf etməsindən bəhs edir. Snellman,Jarvinen,Tomas Gulba və s. kimi insanların bir xalqın başqa ölkələrin istismarına qarşı çıxaraq,insanlara,cəmiyyətə doğru şəkildə müraciət etməsi,xalqın maariflənməsi məsələsinin bütün problemlərinin əsas səbəbi olduğunu hər bir çıxışında vurğulayaraq,bu yolda hər bir vasitəni sınamaqla kifayətlənməyib,ömrünün sonlarına qədər vətəninə,millətinə xidmət etməyin,mənəvi,fəlsəfi baxımdan oyanmış ziyalı insanların bir nömrəli öncəliyi olmasını Qriqori Petrov oxucuya çatdırır.Eyni zamanda düşünürəm ki,kitabda insanlara aşılanan bu fikirlər sadəcə Fin xalqı üçün deyil,hər bir millət üçün önəmli olmalıdır.Kitabdan aşağıda qeyd etdiyim bu cümlə isə yazıçının bizə nələri demək istəməsinin bir sübutudur: “Xalqının cahil,sərxoş, ac olduğu böyük dövlətlər yaş palçıq üzərində tikilmiş nəhəng qalalar kimidir” Grigoriy PetrovBeyaz zambaklar ülkesinde Gözəl kitabdır.Oxuyacaq hər kəsə xoş mütaliələr
Beyaz Zambaklar Ülkesinde
Beyaz Zambaklar ÜlkesindeGrigory Petrov · Koridor Yayıncılık · 2017100bin okunma
Reklam
432 syf.
9/10 puan verdi
·
Beğendi
Dostoyevski bu kitabında o dövrdə rus insanının ictimai vəziyyətini araşdıraraq,həmin kasıb,fağır insanların maddi sıxıntılarla yanaşı,ailə problemlərini,onların ağır mənəvi iztirablarını da qeyd etmişdir. Dostoyevski bu kitabı yazıb qurtarandan sonra onu ilk olaraq yazıçı Qriqoroviçə oxuyur.Qriqoroviç romanı çox bəyənir və onu naşir Nekrasova aparır.Nekrasov əsəri o dövrün məşhur tənqidçisi Belinskiyə təqdim edəndə belə deyir: “Yeni Qoqol peyda olub!”
Yoxsul İnsanlar
Yoxsul İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201962,4bin okunma
240 syf.
8/10 puan verdi
·
Beğendi
Bu janrda olan kitabları elə də çox oxumuram,amma bu kitab həqiqətən mükəmməldi.Romantik janrda oxumaq istəsəniz,o zaman bu məhz sizin axtardığınız kitabdı
Kamelyalı Kadın
Kamelyalı KadınAlexandre Dumas (fils) · Anonim Yayınları · 201117,8bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
112 syf.
6/10 puan verdi
·
Beğendi
Lev Tolstoy bu kitabında kiçik bir günahın necə böyük fəlakətlərə,hətta ölümə belə gətirib çıxarmasını oxucuya çatdırır.İnsanın etdiyi pis və ya yaxşı bir əməl özündən savayı ətrafdakı insanların həyatına birbaşa təsir edir,onların gələcəyini müəyyənləşdirir.Dahi yazıçı bu baxımdan da ictimai məsuliyyət hissinin əhəmiyyətini bizlərə bir daha xatırladır.
Saxta Kupon
Saxta KuponLev Tolstoy · Parlaq İmzalar · 2022330 okunma
323 syf.
9/10 puan verdi
·
Beğendi
Yazıçı kitabda əqli qüsurlu Çarli Qordonun beyin əməliyyatı nəticəsində qazanmış olduğu yüksək qavrama qabiliyyətini,bununla da həyatının 180 dərəcə dəyişilərək,dahi bir insana çevrilməsini,həmin bu prosses dövründə nə hisslər keçirdiyini,cəmiyyətin ona münasibətini,gənc Çarlinin ağrılı acılı tale yolunu,hələ uşaq ikən onu tərk edən valideynləri ilə illər sonra qarşılaşmasını və sonradan əqli geriliyinin geri qayıtmasına görə təkrar əvvəlki vəziyyətinə dönməsini incəliklə qeyd etmişdir.
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 015,2bin okunma
Reklam
160 syf.
7/10 puan verdi
·
Beğendi
“O şəxs ki,öz ləyaqətinin aşağı düşməsindən qorxaraq “qara” deyilən camaatdan qaçır,o,məğlubiyyətdən qorxuya düşərək,düşməndən qaçıb gizlənən qorxaqdan az məzəmmətə layiq deyildir.”
Gənc Verterin İztirabları
Gənc Verterin İztirablarıJohann Wolfgang Von Goethe · Qanun Nəşriyyatı · 0121,7bin okunma
200 syf.
9/10 puan verdi
·
Beğendi
“İnsanlar ancaq sağ qalmaqdan ötrü əbəs yerə gündəlik qayğılarla məşğul olmağın vacibliyini düşünürlər.Əslində isə sırf sevgiyə görə sağdırlar.Kimin canında sevgi varsa,Tanrı onun qəlbindədir.Çünki Tanrı - elə sevgi deməkdir.” “İnsanı yaşadan - öz dərdləri ilə bağlı əlləşib-vuruşması deyil,əhatəsində yaşadığı insanların qəlbindəki sevgidir.”
İnsanı Yaşadan Nədir
İnsanı Yaşadan NədirLev Tolstoy · Parlaq İmzalar · 0192,7bin okunma
80 syf.
8/10 puan verdi
·
Beğendi
“Siz soruşa bilərsiniz:mən xilas olacağıma çoxmu əmin idim?Onda mən də sizdən soruşuram:canım qədər sevdiyim bir insan üstümə tapança çəkəndən sonra yaşamaq nəyimə gərəkdi?““Niyə susurdum? İstəyirdim ki, özü öyrənsin, mənsiz öyrənsin. Amma pis adamların söz-söhbətindən yox, məni özü dərk etsin, başa düşsün”
Utancaq Qız
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20208,3bin okunma
200 syf.
10/10 puan verdi
·
Beğendi
“Əgər o sarayın yerində bir hin olsaydı və yağışa düşsəydim,bəlkə də,mən qaçıb o hinə girərdim ki,islanmayım,məni yağışdan qoruduğuna görə hər nə qədər minnətdar olsam da,o hini əsla bir saray saymazdım.Siz isə buna gülür və hətta deyirsiniz ki,o durumda hin ilə saray arasında nə fərq var axı?! Mən də cavab verirəm: << Əgər həyatdakı tək qayəmiz yağışdan islanmamaq olsaydı,hə,onda siz deyən idi>>
Gizlindən Qeydlər
Gizlindən QeydlərFyodor Dostoyevski · Parlaq İmzalar · 0129,2bin okunma
160 syf.
8/10 puan verdi
·
Beğendi
Bokser dedi: - Yoldaş Napoleon belə deyirsə,demək nəsə bilir. Həmin vaxta kimi onun bir şüarı vardı: “Mən daha çox işləyəcəyəm.” Bokserin növbəti şüarı belə oldu: “Napoleon həmişə haqlıdır.”
Heyvan Respublikası
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar · 2022247,8bin okunma