Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kərimova

Kərimova
@Kerimli_
Həyat verə bilərmi, xəyalın verdiyini?!
Sevgi sevgiylə, dərt dərdlə unudulur. Unudulacaq bütün sevdalar, unudulacaq bütün nəğmələr, unudulacaq unudulmaz hər nə var, ancaq təkcə mən səni yenidən sevməkçün hər bahar yenidən unudacağam.
Reklam
432 syf.
8/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Görmə
GörməJosé Saramago
7.4/10 · 17,9bin okunma
Kərimova

Kərimova

, 2024 okuma hedefini ekledi.
2024 OKUMA HEDEFİ
6/20 kitap - %30 tamamlandı
6 kitap okudu
20 kitap
2.910 sayfa
1 inceleme
50 alıntı
16 günde 1 kitap okumalı.

Okur Takip Önerileri

Tümünü Gör
814 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Əsərləri IX Cild
Əsərləri IX CildBahtiyar Vahabzade
10/10 · 1 okunma
Sən bəxtimin ulduzuydun, Yanıb-yanıb niyə söndün? Haçalandı yollarımız Niyə getdin, niyə döndün? Dağ adlayıb, dərə keçdik Hər ağrını, bir yemişdik Biz ki belə deməmişdik, Niyə getdin, niyə döndün?
Reklam
-Anama qurban alçalar, Anam nə vaxt şad olar? -Yaxşı, şitlik eləmə. -Anama qurban ilanlar Anam nə vaxt dil anlar? -Necə də yadında qalıb. -Sən mənə layla çalanda həmişə gözümün qabağındagüllər açılardı. O necə idi? --Dağda meşəlik. -Gül bənövşəlik. -Mən həmişəlik -Anama qurban. -Balama qurban. -Dağda darılar -Sünbülü sarılar. -Qoca qarılar -Balama qurban! -Anama qurban! -Elə demə! (Aynur doluxsunur.) -Hə, nə oldu? Ağlayırsan? -Uşaqlığın yadıma düşdü... Nə gözəldi o günlər!.. Onda dərdin də özün kimi balaca idi. Böyüdükcə dərdin də böyüdü. -Demək mən sənə özüm boyda dərd gətirmişəm? -Balanın özü kimi dərdi də şirin olur.
Mən haqqı itirdim güman içində Azdım öz yolumu duman içində. Sevəndə sevirik bir an içində, Unutmaq nə yaman çətin olurmuş?
Qəlbi də, dili də bircə söz deyir, Batıb hisslərinin dərinliyində. Bu bədbəxt, gör necə mənə bənzəyir. Könlünün, hissinin yetimliyində. Onu sevməsəm də, necə deyim mən, Gözüm də, könlüm də özgəsindədir? Axı mən bilirəm öz faciəmdən, Sevən bir ürəyi sındırmaq nədir?
Ana torpaq, qurban olum adına Vay halına səndən ayrı düşənin Uzaqdan da qızınmışam oduna Ana torpaq, nə möcüzən var sənin. Həsrətinin acısına dolanda Küləklərdən çox almışam ətrini. Doğma ocaq, biz yanında olanda Görən niyə biləmmirik qədrini?
Sayfa 257Kitabı okudu
-Bura bax, cavan oğlan, Nə üstə tutulmusan? -Rüşvət almışam. -Niyə? -Birinci dəfədir ki, niyəsini sorurlar. -Niyə rüşvət almışam? Əlbət, buna səbəb var. -O səbəbi desənə?
Reklam
-Onda cavan oğlan, de görək mənə Allaha çatmağın nə imiş yolu? -İdrakda yol açmış gecədən gündüzə Allah, Güldürməsən öz könlünü, gülməz üzə Allah. Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş, Qəlbin gözü yanmazsa, görünməz gözə Allah. -Allah! Bilirik, cism deyil, bəs nədir Allah? -Ən yüksəkə olan haqda, həqiqətdədirAllah. Dondunsa təkamül və gözəllik qabağında, Dərk et, bu təəccübdə, bu heyrətdədir Allah. -İnsan nə imiş? -Gizlidir insandakı qüdrət, Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət. İnsanın əzəl borcudur insanlığa hörmət İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.
Sayfa 580Kitabı okudu
-Sizi niyə tutublar? -Düşünmüşük. -Düşün də... Düşünmək də yasaqdır? -Özün kimi düşünmək, deyirlər ki, nahaqdır. -Bəs necə düşünməli? -Öz idrakın sönməli, öz fikrindən dönməli, Hakimiyyət sahibi hər necə düşünürsə, Bax, elə düşünməli!
Nəşə, sevinc ürəyi hər gün dayazlaşdırar, İdrakın zirvəsinə kədər qapı açdırar. Yar olsun əzab sənə, dərd sənə, kədər sənə, İnsantək yaşamağı əzab öyrədər sənə. Heç olmasa sev, barı, Səni yaşada bilsin sevginin əzabları.
Məhəbbət - özümü dərk edim - deyə Məni yerdən alıb ucaldır göyə. Ucalmaq istərəm, ancaq zirvədən Seyr edim bu günü, ötən çağları. O qədər ucalım, yüksəlim ki, mən Görməyim yerdəki xırdalıqları. Ucalmaq istərəm, arzu dalınca Özümü səsləyim, hay verin mənə. Xəyaldan o taya mən ucalınca, Yer mənə dar gəlir, göy verin mənə.
Onsuz keçən günlərim, Ömrümə yamaq oldu.
-Cavanşir Quliyevin yazdığı, son zamanlar sənin züm-zümə etdiyin mahnını oxuyacağam. Qulaq as: Onsuz keçən günlərim, Ömrümə yamaq oldu. Kədər mənim üzümə, Yenidənmi ağ oldu? Ələnsə də ələyim, Yox dünyadan gileyim.
RəqabətKitabı okudu
2.660 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.