Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kərimova

Kərimova
@Kerimli_
Həyat verə bilərmi, xəyalın verdiyini?!
Mir Cəlal H.Cavid haqda yazır:
Hüseyn Cavid müasir, mədəni libaslı, nüfuzedici, xoştəbiət, zahirən çox ciddi və ağır görünüşlü kişi idi. Gözündəki çeşmək, əlindəki əsa, başındakı qəhvəyi qara papaq, təmkinli yerişi ona xüsusi əzəmət verirdi. İlk görüşlərdə mənim həyat yoldaşım, qayınanam tərəfindən həyəcan, təşviş, süfrə hazırlığını görəndə Cavid çox narahat olur, ata kimi hamımızı bir növ danlayırdı: -Püstə xanım, deyirdi, mən axşamlar bir saat söhbətə gəlirəm. Belə narahatlığı görsəm, daha cəsarət edib, qapınızı döyməyəcəyəm!.. Cavid qabağında çay nərd oynamağı da xoşlayardı.Cavid yaradıcılıq məsələlərində çox ciddi və tələbkar idi. Realistlərin, o cümlədən, Mirzə Cəlilin dili, sadə üslubu ilə razı deyildi. Hər yerdə "şeriyyəť" axtarırdı. Sadə yazıb, danışmağı loru dil adlandırırdı. Ancaq müsahibələrində sadə danışığı, zarafatı, hətta, lətifəni çox xoşlayardı. Klassiklərdən belə duzlu misallar gətirərdi.
Reklam
Fransız yazıçısı Aleksandr Düma Azərbaycanı gəzərkən Şamaxıda da olmuşdur. Bu barədə Düma yazır: "...Şamaxıda mənə, Avropanın uzaq diyarından gəlmiş qonağa göstərilən ehtiram və hörməti ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirəm". Azərbaycan, onun təbiəti və insanları yazıçının ürəyində dərin izlər qoyur. "Nə olaydı, mənə bir də bu yerlərə gəlmək qismət olaydı!" deyir.
Ömrünün son iki-üç ilini Defo yoxsulluq içində keçirib. Ömrünün sonlarında Defo əsəb xəstəliyinə tutulub. Defo dilənçi vəziyyətində, hamının unutduğu bir adam kimi ölmüş və London qəbiristanlıqlarından birində dəfn edilmişdir...
Daniel Defoe
Daniel Defoe

Okur Takip Önerileri

Tümünü Gör
Ucundadır dilimin, Həqiqətin böyüyü. Nə qoydular deyəyim, Nə kəsdilər dilimi. Bilirmisən cühəla Nə etdilər vatana? Nə qoydular uyuya, Nə qoydular oyana. Durur bila-hərəkət, Rəvamı bir diriyə? Nə getmədə iləri, Nə dönmədə geriyə. Ədu qırır qapıyı, Biz evdə bixəbəriz. Nə başqa başqalarız, Nə ittihad edəriz. Ayıltmadı qələmim. Şu türk ilə əcəmi. Nə qoydular yazayım, Nə qırdılar qələmi.
Əli Bəy Hüseynzadə
Əli Bəy Hüseynzadə
Nida işarəsi - Sevincdən atlanan Nöqtənin buraxdığı iz Dmitri Kudrya
Reklam
Tükümün dibindən Barmaqlarımın izinədək Səninəm, vətən. Vladimir Tuckov
Cəmi üç sözdən ibarət bir sual bəzən gecələrin yuxusunu qaçırır, düşündürür və düşündürür: mən nə üçün yazıram? Bu sual çox vaxt tərəddüdlər yaradır, qətiyyəti azaldır, şübhələr baş qaldırır, amma... ...amma yenə də qələmi ələ alırsan və yazırsan... Nə üçün? Bir dəfə mən atamın-İlyas Əfəndiyevin iş otağında oturub onunla söhbət edirdim. Birdən
"Epoxalar dəyişdi, siyasi-ictimai münasibətlər dəyişdi və mən- oxucudan gizlətmirəm-daxili bir qürur hissi keçirirəm ki, bu hekayələrdə bu gün mənim gizlətmək istəyəcəyim, xəcalət çəkəcəyim, unutmağa çalışacağım bircə söz də yoxdur"
Elçin
Elçin
Anar Rzayev
Anar Rzayev
Əvvəl-axır bütün ədəbi süjetlər mənasızdır. Məhəbbət, hicran, həsrət, mübarizə, ölüm. Çünki həyatın özü mənasızdır - doğum ölüm. Başqa heç bir süjet variantı, süjet dönüşü mövcud deyil. Həyat - ölümə aparan yoldur.
Reklam
Bir şeir ağladım gecə yarısı, Bir şeir hönkürdüm... ağ vərəqlərə. Ramiz Qusarçaylı
667 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.