Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Mir Cəlal H.Cavid haqda yazır:
Hüseyn Cavid müasir, mədəni libaslı, nüfuzedici, xoştəbiət, zahirən çox ciddi və ağır görünüşlü kişi idi. Gözündəki çeşmək, əlindəki əsa, başındakı qəhvəyi qara papaq, təmkinli yerişi ona xüsusi əzəmət verirdi. İlk görüşlərdə mənim həyat yoldaşım, qayınanam tərəfindən həyəcan, təşviş, süfrə hazırlığını görəndə Cavid çox narahat olur, ata kimi hamımızı bir növ danlayırdı: -Püstə xanım, deyirdi, mən axşamlar bir saat söhbətə gəlirəm. Belə narahatlığı görsəm, daha cəsarət edib, qapınızı döyməyəcəyəm!.. Cavid qabağında çay nərd oynamağı da xoşlayardı.Cavid yaradıcılıq məsələlərində çox ciddi və tələbkar idi. Realistlərin, o cümlədən, Mirzə Cəlilin dili, sadə üslubu ilə razı deyildi. Hər yerdə "şeriyyəť" axtarırdı. Sadə yazıb, danışmağı loru dil adlandırırdı. Ancaq müsahibələrində sadə danışığı, zarafatı, hətta, lətifəni çox xoşlayardı. Klassiklərdən belə duzlu misallar gətirərdi.
·
98 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.