Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kərimova

Kərimova
@Kerimli_
Həyat verə bilərmi, xəyalın verdiyini?!
Olub keçənləri bir-bir çəkərsən Sakit yaddaşının məhkəməsinə...
William Shakespeare
William Shakespeare
Reklam
Mənim yazı stolumu Xoşlamırsan, əzizim, Sanırsan ki, aramızda Bir sərhəddir o bizim. Sanırsan ki, o alıbdır Məni sənin əlindən, Bu gileyi neçə dəfə Eşitmişəm dilindən. Səni başa düşürəm mən, - Aylı-ulduzlu fəza Xoş gəlməyir təyyarəçi Könül verən bir qıza Dəmiryolçu sevgilisi Heç xoşlamır qatarı, Dənizçinin sevdiyi qız Mavi, zümrüd suları...
Əliağa Kürçaylı
Əliağa Kürçaylı
Əllərimi göynədir saçlarının həsrəti.
Əli Kərim
Əli Kərim

Okur Takip Önerileri

Tümünü Gör
Dənizçi qoca dedi
Qoca dənizçi danışdı mənə -Fikirli olur, - dedi, -məkrli olur, - dedi, -sirli olur, - dedi, -təmiz olur, -kirli olur, - dedi, - dəniz. Sonra da əlavə etdi: -İnsan kimi. Bir qədər düşündü dedi: -Zaman kimi. Söhbətimiz kəsildi. Mən susdum. O susdu. Dəniz də insan kimi! Dəniz də zaman kimi! Deməli, bir sözümüz qalmadı onsuz da!
Rəsul Rza
Rəsul Rza
   Sən ey bağçaların, bağların barı!    Könlümün sultanı, qəlbimin yarı!    O gün qapınıza gəldi çoxları,    Fəqət, sən dedin ki, ölməz sənətkar,    Mənim ölməzlərə məhəbbətim var. Səməd Vurğunun xanımına həsr etdiyi şeiri
Samed Vurğun
Samed Vurğun
Reklam
...Anamın gecəsi səksəkəlidir,    Anamın gündüzü sınıq əllidir. Anamın çırağı yansa da sönüb, Keçib gəldiyi yol geriyə dönüb. Daha görə bilmir ötən günləri, Hardan gəlib, hara gedən günləri. Gözünün işığı atamla gedib, İşıqlı günləri o gündən itib. Anamın gözləri tuncla dolubdur, Anamın gözləri heykəl olubdur... Vaqif Səmədoğlunun anasına həsr etdiyi şeiri
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Həyatımız hər şeyi bildiyi kimi həll etmək üçün xeyli düyünlərdən ibarət olduğundan yalnız bir çıxış yolumuz var idi. Püşkə etibar eləməliydik. Dəmir pulun üzü düşsə, evlənəcək, arxası düşsə, həmişəlik ayrılacaqdıq. Dəmir pul atıldı, cingildədi, fır­landı və dayandı. Üzü düşmüşdü. Nə­zərlərimizi çaşqın halda pula zillədik və bir ağızdan dilləndik: "Bəlkə, bir də sınayaq?" Brayan Nyuell "Tale"
Mən ölən gün bir külək əsəcək küçələrdə. Və yellədəcək ipdən asılı, quruyan sarı çiçəkli bir uşaq paltarını. Matəm bayrağıtək dalğalanacaq uşaq paltarı mən ölən gün...
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Telefon söhbəti
Sən məndən uzaqsan, mən səndən uzaq, Uzaqdır sеvimli gözlərin mənə. Yaхındır tеlеfon sayəsində baх, Ürəkdən saçılan sözlərin mənə. Nеçin ruhlanmasın bu yеni şair, Çapar gözləməyir canan еlindən, Çılğın arzuları еşqinə dair Mərhəmət ummayır səba yеlindən. Əvət, böylə qalmaz yarın bu ölkə, Tеlfonda fikrimi açarkən sənə, Həsrətlə baхdığım üzün də
Leylim,  Beatriçam,   Zöhrəm,    Cülyettam! Bütün dastanlara ilkin yaraşıq! Biz iki erada, altı qitədə Ölümsüz eşq üçün adaxlanmışıq.
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
Reklam
Vaqif Səmədoğlu ilə müsahibədən:
- Amma ölüm mövzusu sizin yaradıcılığınızdan qırmızı xətt kimi keçir. - Ölümdən maraqlı şey yoxdur. Azərbaycan dilinə qurban olum. Bir həyat sözü var, bir ömür, bir də ölüm. Qəribədir ki, həyat sözündə ömür də var, ölüm də. Amma başqa dillərdə, demək olar ki, belə deyil. - Elə bil həmişə bir suala cavab axtarmısınız: ölüm nədir? - Necə ola bilər ki, səni ölüm düşündürməsin? Bu, həyatın ömür hissəsini təxminən bildik. Amma o birisini – ölümün nə olduğunu bilmirik. Mənim üçün çox maraqlıdır ki, ölüm nədir? Həyatın ölüm hissəsində çəki vahidi nədir, məsafə nədir, necədir? Və ya ümumiyyətlə, bunlar varmı? Yoxsa tam yoxluqdur? - Cənnət, cəhənnəm... - Qəribədir, cənnət-cəhənnəm haqda min illər bundan qabaq da danışıblar. Bunu iudaizm deməyib, xristianlıq deməyib, islam deməyib, buddizm deməyib, min illər ondan qabaq Latın Amerikasından tutmuş Çinə qədər, Avstraliyadan tutmuş İngiltərəyə qədər, Afrikanın bütün ölkələrdə cənnət-cəhənnəm anlayışı var. Yəni bunu boş yerə demirlər. - Qorxmursunuz ki? - Yox, qorxmuram, nə cənnətdən qorxuram, nə cəhənnəmdən. - Niyə? - Çünki dəqiq bilirəm, cənnət-cəhənnəm varsa, deməli, Allah var. Allah varsa, mən dəqiq yerimi bilirəm. - Yeriniz haradır ki? - Ya cənnətin ən isti yerində, ya cəhənnəmin ən sərin yerində. Bunu dəqiq bilirəm.
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Babam müsəlman idi, nənəm də, uşaqlıqda mən də. Ancaq mən, mənasını bilmədən, inanırdım o dünyaya, inanırdım cənnətə, cəhənnəmə, Allahın hər şeyə qadir olduğuna. Bəzən unudub cənnəti, cəhənnəmi, düşünürdüm uzun gecələr; "Nənəm cəhrəni incidir, yoxsa cəhrə nənəmi?!" Cənnətə marağım çox idi. Çünki gördüyüm həyatın görmədiyim cənnətə bənzər bir şeyi yox idi. Cəhənnəm... o başqa məsələ. Quyruqsuz şeytanları demirəm hələ. O dünya çox düşündürürdü məni. O qədər ki, bəzən ölmək istəyirdim: görüm o dünyada nələr var. Ancaq "ölüm adamı çox incidir" deyə məni qorxudurdu uşaqlar.
Rəsul Rza
Rəsul Rza
Əllərin nə yaman soyuqdur, gülüm, Niyə bu soyuğu indi duymuşam? Bir ömrün məhəbbət taleyini mən O soyuq əllərə necə qıymışam?! Ay üzü baharlı, əli qış sonam! Gileyim gülməli gəlməsin mənim. Qorxuram sevgidə soyumağın da Əlindən başlaya, əlindən sənin; Əllərin nə yaman soyuqdur, gülüm...
Nüsret Kesemenli
Nüsret Kesemenli
667 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.