Vaqif Səmədoğlu

Uzaq Yaşıl Ada yazarı
Yazar
7.8/10
25 Kişi
91
Okunma
31
Beğeni
4.298
Görüntülenme

Hakkında

Şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005). Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.[3] Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994)[4]. Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000). Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Tam adı:
Vaqif Səməd oğlu Vəkilov
Doğum:
Bakı, Azərbaycan SSR, SSRİ, 5 Haziran 1939
Ölüm:
Bakı, Azərbaycan, 28 Ocak 2015

Okurlar

31 okur beğendi.
91 okur okudu.
4 okur okuyor.
29 okur okuyacak.
3 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Darıxanda pis darıxıram. İnsan darıxmağı deyil bu, insan ömrü deyilən şeyə heç bir dəxli yoxdur bu darıxmağın...
Sayfa 154 - 1986Kitabı okudu
Bir kəsin yadına düşmək istəyirəm yaman, bir kəsin yuxusuna girmək. Sağlığıma içilmək istəyirəm yaman. İstəyirəm arzularımın əlindən tutan, xatirəmi yerdən qaldıran olsun. Bir kəsin gülüşünə, birinin ahına dönmək, bir pəncərədə yanıb, bir pəncərədə sönmək istəyirəm yaman...
Sayfa 72 - 1982Kitabı okudu
Reklam
Öldün,getdin, bağışla,ağlaya bilməyəcəyəm sənə. Bilirsənmi neçə ağac kəsilib gözlərimin önündə, qayalardan atılan neçə şəlalə intiharı görmüşəm? Özüm də bilmirəm, neçə ulduz basdırmışam göylərdə, neçə insan ümidinin meyidini buza qoymuşam qəlbimdə? Yer üzünə gələndən bəri gündüzlər aydan, gecələr günəşdən yetim qalmışam hər gün. Bağışla, çoxdur ölənlərim, sənə ağlaya bilməyəcəyəm...
Sayfa 191 - 1995Kitabı okudu
Yalan deyirlər, yalan sözdür, asanlıqla, gülə-gülə doğmayıb,yaratmayıb öz musiqisini Mosart Belə asan, gülə-gülə ölə bilməz insan. Yalan deyirlər,yalan...
Sayfa 81 - 1983Kitabı okudu
Niyə yubanırsan? Başa düş məni, Nə böhtandan qorxum var, nə ləkələrdən. Bilirsənmi, Orden kimi gəzdirərdim sinəmdə Böhtanları, Ləkələri. Ulduzlarla dolu Göy üzünü Paqon kimi daşıyardım çiynimdə.
Sayfa 239Kitabı okudu
Deyərmi
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Kuşlar bahçeye girmeden önce, Bahçıvana hiç haberci gönderilecek mi? Menekşeler dağda boyunlarını büktüğünde, Sis hiç haberci gönderir mi? Sabah mavi çayıra yağmur yağdığında, Otlara ve çiçeklere yağ mı diyor? Ay ışığı yanağınıza düştüğünde, Onun siyah gözlerine bakmak ister misin? Kış erdiğinde güneş her yerdedir, Bahar gelip gelmeyeceğimi sormuyor. Bir çiçeğin nefesiyle, bir bebeğin sesiyle Gülsem mi gülmesem mi diye sormuyor Bahar...
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Birlik ve yalnızlıktan, Ucuz pahalı. Tahta bir oyuncak ayıdan Yalnız uyuduğum yataktan Utanıyorum, utanıyorum... Asırların ilk sesinden, eski kulübenin gölgesinden, Ölülerin taş mezarından, Yaşayanların taşlı sabrından Utanıyorum, utanıyorum... Bütünden, parçadan, Zamansız, zamansız bir ölümden...
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Reklam
Təkliyin yalquzaq səsi...
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
kağıdın üzerine düştü İki elimin gölgesi. Zil yine yükseldi Yalnızlığın sesi... zamanım doldu Saatin kaç olduğunu bilmiyorum. Yarım ay, yıldız yok Yaman ölme gecesi... Sahip olduklarım, sahip olmadıklarım Hayatın yükünü kapatmak için. Tanrım, beni yarı yarıya öldür Ağlamayı kes...
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu

Yorumlar ve İncelemeler

Tümünü Gör
264 syf.
8/10 puan verdi
·
28 günde okudu
"Ayrılıq bir dəniz imiş,sən uzaq yaşıl ada..." Özünəməxsus dərin dəst-xətti olan Vaqif Azərbaycan poeziyasına sanki bir hədiyyədir.Vaqifin şeirləri insanı,həyatı,cəmiyyəti və öz daxilini anlamaq ehtirası ilə doludur.Şeirlərinin misraları bəzən insanı coşdurur,həyəcanlandırır,bəzən düşündürür.Fərqliliyi və çağdaşlığı ilə poeziyamızda xüsusi yer tutan Vaqif nə atası kimi,nə də digər şairlər kimi yazırdı.Onun şeirlərinin adı yoxdur,bir çoxunun sonu üç nöqtə ilə bitir,az sözlə oxucuda güclü təsir yaradır.Mənə bu qədər təsir edən onun bənzərsiz,özünəməxsus stilidir yəqin ki.Mükəmməl bənzətmələrlə oxucunu valeh edir Vaqif.. Şair kimi yox, şeir kimi ölmək istəyirəm... Oxunmaq arzusuyla yaşayıram əvvəldən axıra kimi oxunmaq... Əzbər qalmaq istəyirəm kiminsə yadında! - deyirdi Vaqif Səmədoğlu.Onunla ilk tanışlığımız olan bu şeirin məndəki yeri çox başqadır.Bilmirəm,özü istədiyi kimi yaşayıb ya yox,amma şeirləri çoxlarının qəlbində yaşayır,bundan əminəm..
Uzaq Yaşıl Ada
Uzaq Yaşıl AdaVaqif Səmədoğlu · Şərq-Qərb Nəşriyyatı · 200435 okunma
216 syf.
·
Puan vermedi
Sərbəst vəzndə yazılmış şeirlər ama hər biri çox aydın şəkildədi. Möhtəşəm bir qələmi var Vaqif Səmədoğlu'nun hamımız oxuyub, tanımalıyıq. Çox doğma gəldi mənə şeirlərin hər biri.. Tək mənfisi şeirlərin çox qısa olmasıdı. Oxuduqca oxumaq istəyirsən ama bir tərəfdən də kitabın bitməsini istəmirsən. Bir dəfə oxunacaq kitab deyil, şeirə ehtiyacımız olan vaxtlarda kitabı yenidən aça bilərik..
Sandıq Şeirləri
Sandıq ŞeirləriVaqif Səmədoğlu · Mütərcim Nəşriyyatı · 201635 okunma
216 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Yuxular qəribədir.Əlin çata bilmədiyi adamların həsrət qoxan səslərini eşitmək,heç gözlərinə baxmadığın birinin gözlərindən nəyisə oxumaq.Amma əfsus yuxuda da zaman bizdən əl çəkmir.Orda da bitir...Dünən yuxuda Vaqif Səmədoğlunu görmüşdüm.Hətta keçən il Səməd Vurğunu və Bəxtiyar Vahabzadəni də.Qəribədir,sanki hər üçünün üzündə kədər var idi.( məncə dünyanı ifadə edəcək ən doğru söz elə qəribə sözüdür, çünki tam anlamıyla bu sözü izah edən yoxdu.Elə dünya kimi, biz kimi) Ən xoşbəxt anında yuxu bitdi.Onu şəhərdə kimsə tanımır.Və yaxınlaşıb: -Siz Vaqif Səmədoğlusuz- deyə soruşuram.Gözlərindəki sevinclə bəli deyir.Məni öz otağına aparır.Və bu an yuxu bitir, ayılıram... Lənət nəyə deyim? Yuxudan oyadan saatamı? Yoxsa... Bu şeir kitabında o qədər ruha toxunur ki,şair. RUHA...Cismə toxunmağa nə var ki.Bəs ruha toxunmağı bacarmaq asandımı?! Hərdən mənə elə gəlir ki, mən yox, şeirlər məni yazır. Oxunuram, oxunmuram, kimi bəyənir məni, başqasının zəhləsi gedir hər sözümdən, fikrimdən. Bilmirəm, bilmək də istəmirəm kim cırıb atacaq, kim əzbərləyəcək məni... - deyə yazır Vaqif Səmədoğlu. Mənim müəllimim Vaqif Səmədoğlunu heç sevmirdi, şeirlərini ədəbiyyatdan kənar adlandırırdı.Çünki o anlamırdı.Mən isə sənin şeirlərini( yəni səni) şagirdlərimə əzbərlətməyəcəm,hiss etdirəcəyəm.Və bu ömrümün sonunadək davam edəcək.Mən unudulacam, sən isə daima yaşayacaqsan, Vaqif Səmədoğlu!
Sandıq Şeirləri
Sandıq ŞeirləriVaqif Səmədoğlu · Mütərcim Nəşriyyatı · 201635 okunma