Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

мαтн тeαcнer

мαтн тeαcнer
@Pppppppppp
Ah, benim kadersiz güneşçiçeğim...
100 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 saatte okudu
Kitabı ilk gördüyümdə oxumaq istəməmişdim düzü, adı ilə bağlı tərəddüdlərim var idi. Daha sonra
Hərbidən Qeydlər
Hərbidən Qeydlər
kitabını oxumağa başladım. Və kitabı bitirdikdən sonra artıq "Allahsızlar şəhəri" kitabında nələrdən bəhs olunacağını təxmin edib oxumağa qərar vermişdim. "Hərbidən qeydlər" kitabında yazıçının qələmi ilə artıq tanış olmuşdum. Ona görə də bu kitabda belə bir problem olmadı. Baxmayaraq ki, kitab çox sadə dildə yazılıb, çox kiçik cümlələrdə çox böyük mənalar tapa bilirik əslində. Mən bunun hər iki kitabda şahidi oldum. Az qala bütün cümlələri alıntı seçirəm. Bu kitab hər bir insanın daxilində olan keyfiyyətləri canlandırır. Hər bir keyfiyyətin səbəb olduğu günümüzün bu hala gəlməsinin səbəblərini çox kiçik cümlələrlə çatdırır. Əslində hər kəs həyatından bir parça tapacaq bu kitabda. Sanki insanın daxili hisslərinə kiçik bir səyahət edirik. Kitabların insanların həyatına təsiri əks olunan səhnə daha çox diqqətimi çəkdi. Sonda hər kəsin həqiqəti günahlandırması məntiqli gəlmədi mənə. Rolları artırmaq olardı və belə mövzuya görə həcm çox kiçikdir, hadisələr tez bitib keçir. Daha geniş süjet xətti seçilə bilərdi. Müsabiqə və kitab üçün təşəkkürlər
Emin
Emin
Allahsızlar Şəhəri
Allahsızlar ŞəhəriUraqan · Xan Nəşriyyatı · 2020110 okunma