Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qara Xəfiyyə

Qara Xəfiyyə
@_faracov_
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq ~ Məmməd Əmin Rəsulzadə
Milli Aviasiya Akademiyası- Hüquqşünaslıq 2/4
Azərbaycan, 2 Eylül
425 okur puanı
Ağustos 2022 tarihinde katıldı
Sabitlenmiş gönderi
Düşmənimiz də şərəfli olmadı...
"Adıgözəlov Hafiz Ramiz oğlu 1990-cı ilin yanvarında Qazax rayonunun Bağanis Ayrım kəndində anadan olub. 1990-cı il martın 24-də ermənilər bələyinə benzin töküb yandırıblar. Dünyada cəmi iki ay yarım yaşayıb. Gənc anası köməyə gələndə onun da üstünə benzin töküb yandırıblar. Kənddə danışırdılar"
Sayfa 59 - Bütün millətlərə, beynəlxalq məhkəməyəKitabı okudu
Reklam
Ya tapıb qaytaraydım, ya tamam unudaydım, ya arxanca qaçaydım, ya qolundan tutaydım... Kaş indi yaşayaydım səni sevib ömrümə gətirdiyim vaxtları. İnan, qəlbimdə təksən, bir solmayan çiçəksən, düşünmə- həyatımdan silinib gedəcəksən! Darıxma, görəcəksən sənə görə hər şeyi dağıdıb, alt-üst edib, çevirdiyim vaxtları...
Sayfa 53 - NƏ DEYİRDİN DƏNİZƏ...Kitabı okuyor
Bəlkə yadında qalmaz? Məncə, unutmaq olmaz, sənə öz məktubumu özgəsinin adıyla yetirdiyim vaxtları. Bilsən, indi nə qədər gözəldi xatirələr! Burda olsan, gülməkdən bəlkə ürəyin gedər, xatırlasaq- bezərək oxumağı birtəhər bitirdiyim vaxtları.
Sayfa 53 - NƏ DEYİRDİN DƏNİZƏ...Kitabı okuyor

Okur Takip Önerileri

Tümünü Gör
Düşünürəm yolunda itirdiyim vaxtları, son ayrılıq anını, ilk gördüyüm vaxtları...
Sayfa 53 - NƏ DEYİRDİN DƏNİZƏ...Kitabı okuyor
Reklam
Ayrılıq bir kabustək, Dövrəmizdə dolaşar, Könül təbindən düşür, Fikirlərim qarışar. Çırpındığı yerdəcə, Ürəyimi nə sıxdı? Sızıldayıb xəfifcə, Sənsiz yaman darıxdı. Yenə taqətdən düşür- Qalmır öz havasında, Ürəyi nə üşüdür, Kim gəzir yuvasında? Əhvalımı soruşma, Ömrün cəfası hədər. Ayrılıqdan danışma- Başına gələ bilər...
Sayfa 52 - AYRILIQDAN DANIŞMA... (içimdəki nəğmələrdən)Kitabı okuyor
Mən elə bilirdim ki, gələn sevgidir, ürək də aldandı, könül də, göz də, mən elə bildim ki, səadət gəlir- gəlir ki, qəlbimi duyub, isidə. O vaxtlar yaşamaq gözəl olardı- səma da göyçəkdi, torpaq da göyçək! İndi qismətimin belədir adı: "Yalançı bahara aldanan çiçək". Qurtarmır bağrımı didən suallar, o vaxtdan hər gecə yuxum qarışır, qışın yalanına inanmaq olar, ilk bahar nə üçün yalan danışır? Daha məhəbbətə ümidi yoxsa, sevən bu dünyadan köçsə yaxşıdı, bahar çiçəkləri aldadacaqsa- əbədi soyuqlar düşsə yaxşıdı. Mən saxta bahara aldanan çiçək, od tutub-yanmadan kül olan kömür, hər vaxt taleyinə "acı" deyəcək, alça çiçəyinə bənzəyən ömür...
Sayfa 51 - ALÇA ÇİÇƏYİNƏ BƏNZƏYƏN ÖMÜRKitabı okuyor
Haqq dünyası hər bəndəyə "Ağını" çəkdi, günahlının günahına dağını çəkdi, məhəbbətlər ürəklərin yağını çəkdi, nə əprimiş, nə ərimiş, nə kərə qaldı.
Sayfa 50 - QALDI...Kitabı okuyor
Ya da sənə paxıllıq edənlər və ya vicdansız şəriklər... Ola bilməz ki, heç kimi özündən narazı salmayasan. Belə olmur.
Sayfa 260 - BoçkovaKitabı okuyor
Hansısa kitabı əldə etmək mənim üçün daha maraqlı idi.
Sayfa 259 - BoçkovaKitabı okuyor
Reklam
Bu adam mütləq hər şeydə uğur əldə etməli idi.
Sayfa 259 - BoçkovaKitabı okuyor
İlk vaxtlar hissiyyata qapılanda qarşında məhz kimin dayandığını anlamırsan.
Sayfa 255 - BoçkovaKitabı okuyor
+1
Kişilər yalnız onlar üçün ən dəyərli olanı itirdikdə bu cür ağlayırlar.
Sayfa 253 - XX FƏSİLKitabı okuyor
Ona elə gəlirdi ki, anası yalnız ona məxsus olmalıdır.
Sayfa 250 - XX FƏSİLKitabı okuyor
O vaxt necə də xoşbəxt yaşayırdılar. Uşaqlıq illəri lap nağıl kimi keçmişdi...
Sayfa 249 - XX FƏSİLKitabı okuyor
3.487 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.