Ali Aliyev

112 syf.
9/10 puan verdi
·
4 günde okudu
Lovecraft gecə oxumaq üçün yazıb)
Uzun müddətdir ki, "Dəliliyin dağlarında" əsəri haqqında düşünürdüm. Belə ki, əsəri oxuduğum vaxtlarda xəyal gücüm daha da yüksəlmişdi və sanki personajların yerində mən idim. Eynisini yenidən yaşamaq istədim və Lavkrafta yenidən müraciət etməli oldum. Əvvəlki əsərlərində olduğu kimi yenə qaranlıq gecələri oxu saatı kimi seçdim. Sözsüz ki, əsərdə baş verən hər bir qorxuducu anda pəncərəyə dönmək, yerini və ya əyləşdiyin istiqaməti dəyişmək əsəri yaşamaq üçün zəmin hazırlayırdı. "İnnsmouth üzerindeki gölge" əsəri çox maraqlı sonluqla bitdi deyə bilərəm. Hətta janr bu gedişatı göstərmədiyi üçün təəccübləndim də. Maraqlıdır ki, insan sırf müəyyən bir situasiyanın daxilinə düşməyənə qədər özlüyündə müxtəlif radikal və ya daha yumşaq fikirlər səsləndirsə belə, həmin an reallaşanda bəzən özündən tamamilə uzaqlaşır (və ya əsl özünü tapır nə bilmək olar). Bu əsərdə də bənzəri bir sonluq gördüm. 1 il əvvəl olan ikrah hissi, özünü heyranlıq və qarşısı alınmaz maraq hissiylə əvəzləmişdi. Əsəri oxuyacaq hər kəsə sırf xəyal gücünü işə salaraq oxumağı məsləhət görə bilərəm)
Innsmouth Üzerindeki Gölge
Innsmouth Üzerindeki GölgeH. P. Lovecraft · Kızıl Panda · 01,010 okunma
Reklam
172 syf.
7/10 puan verdi
·
7 günde okudu
Əsəri PDF formatında yükləməzdən əvvəl məzmunu barədə qısa məlumat diqqətimi çox çəkmişdi. Belə ki, adətən ənənəvi üsul ilə kitab oxuyan biri olaraq xüsusi acgözlüklə bitirdim kitabı. Elmi-fantastik janrda yazılmış əsərdə Karl Qlaqauer adlı şəxs keçmişə səyahət edir və uşaqlığından bu yana daim istədiyi şeyə - hər kəsin diqqətini çəkməyə nail olur. Özü də İsa Məsih olaraq. Gedişat barədə spoyler olar deyə çox yazmayacam. Müəyyən hissələr fundamentalist şəxslər tərəfindən bəyənilməyə bilər. Hansı ki, mən də "Bir az artıq olub sanki" demişdim. Amma ümumilikdə yanaşdıqda isə yazıçı çox cəsurcasına belə bir mövzuya toxunub və həqiqətən də çox orjinal yanaşma edib.
İşte İnsan
İşte İnsanMichael Moorcock · İthaki Yayınları · 20181,558 okunma
96 syf.
9/10 puan verdi
·
5 günde okudu
"Kosmik qorxunu tamamilə hiss etmək"
İçərisində 5 hekayə - "Nyarlayhotep", "Korkunç ihtiyar adam", "Elektrikli infaz", "Eşikteki şey", "Erich Zann'ın müziği" olan "Kızıl Panda" nəşriyyatına aid olan əsəri oxuyarkən ilk dəfədir ki, qorxu hissinə qapıldım. Xüsusən "Eşikteki şey" hekayəsinin bizim yaşadığımız coğrafiya ilə və burda mövcudluğuna inanılan magiya ilə əlaqəsinin olması insanda istər-istəməz həyəcan-qorxu qarışıq hisslərə səbəb olur. Xüsusən qeyd edim ki, gecə saatlarında oxumağım əsəri daha da maraqlı edir, sanki yazarın oxucu üzərində yaratmaq istədiyi təsir üçün əlverişli mühit formalaşdırırdı.
Nyarlathotep
NyarlathotepH. P. Lovecraft · Kızıl Panda · 01,287 okunma