Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elwing

Onlar ilk yaranışdan – gündüzün gündüz, gecənin gecə kimi başlandığı vaxtdan bəri beləcə çarpışırlar və bundan sonra da, nə qədər ki, torpaq var, su var – bu çarpışma da gecəli-gündüzlü əbədi olaraq davam edəcəkdir.
Öndər NəşriyyatKitabı okudu
Reklam
Özü də bu vidalaşma nə qədər uzanırdısa, axırıncı addımı atmaq da bir o qədər ağır və əzablı olurdu.
Öndər NəşriyyatKitabı okudu
"Sənə deyiləsi sözüm hələ qurtarmayıb..." "Söz qurtarmır. Bizdən sonra da qurtarmayacaq."
Öndər NəşriyyatKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
"Taleyin əlindən heç yana qaça bilməzsən, məlum şeydir, – dedi, – lakin tale o demək deyil ki, istədin-istəmədin boyun əyməlisən."
Öndər NəşriyyatKitabı okudu
Ancaq sözdə qatlaşmaq, dözmək demək asandır və bir də insan o şeyi ki, əqlən edir, cismən heç də həmişə edə bilmir.
Öndər NəşriyyatKitabı okudu
Reklam
Uşaq qəlbini biryolluq üzmək, sarsıtmaq, alt-üst etmək çətin bir şey deyildi.
Öndər NəşriyyatKitabı okudu
"...insan elə ki, yuxuya getdi, fikrə qapıldı, – özü üçün ölməz və azad olur."
Öndər NəşriyyatKitabı okudu
İnsanın bütün arzularının yuxuda gerçəkləşməsi məgər mümkün deyil?
Öndər NəşriyyatKitabı okudu
Məgər yuxuların, həmişə, əsrlər boyu adamın yuxusuna girə bilməsi üçün, insanla birlikdə başqa aləmə getməsi mümkün deyil?
Öndər NəşriyyatKitabı okudu
Elə buna görə də insan nə qədər ki sağdır, o ruhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir, zira onun düşüncəsinin hüdudu yoxdur.
Öndər NəşriyyatKitabı okudu
Reklam
O başa düşürdü ki, nəhayətsiz ənginlik müqabilində qayıqda olan insan heç nədir.
Öndər NəşriyyatKitabı okudu
Bəzən də...
Dənizin adamı daim onun haqqında düşünməyə vadar etməsində nə isə bir əsrarəngizlik, təkidlilik, amiranəlik gizlənmişdi...
Öndər NəşriyyatKitabı okudu
İndi o, quru ilə dəniz arasındakı fərqi başa düşdü, torpağın üstündə olanda torpaq haqqında düşünmürsən.
Öndər NəşriyyatKitabı okudu
"Mənə elə gəlirdi ki, ömrün sonu-zadı yoxdur. Fəqət çox gec başa düşürsən ki, belə deyil."
Öndər NəşriyyatKitabı okudu
...bu gen dünyada yuva qurulası bir yer yoxdu.
Öndər NəşriyyatKitabı okudu
668 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.