Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aytac Cəfərova

224 syf.
·
Puan vermedi
·
Beğendi
·
26 saatte okudu
Yerli yazarların kitablarını oxumaq təbiiki vacibdir, həm mentalitetimizi öyrənirik, həm də Azərbaycan dilində bilmədiyimiz, unutduğumuz sözləri öyrənir, şəxsi lüğətimizi və danışıq qabiliyyətimizi zənginləşdiririk. Varis Yolçuyevdən bir çox kitab oxuyub sevmişəm, bu kitab isə müxtəlif dövrlərdə sevib, ailələrinin razılığını ala bilməyib ayrılan gənclərdən bəhs olunsa da, əsas diqqət Ayla ilə İsmayılın üzərindədir. Varlı ailədən olan Ayla, imkanı Ayladan aşağı olan şair İsmayılı sevir. Kitab demək olar ki, valideynlər üçün yazılıb. Sevginin günah olmadığını, sevənlərin qovuşmalı olduğunu yazıçı diqqət mərkəsizinə çatdırmaq istəsə də, hər bir birimiz bilirik ki, 10 valideyndən 1 dənəsi kitab oxuyur. Kitab demək olar ki, bu fikir üzərində qurulub"Valideynlər, əgər sevənlərin qovuşmağına icazə verməsəniz sevgiləri uğrunda ölümə gedərlər".Kitabları ancaq gənclər oxuduğu üçün, bu kitabın gənclərə,əsasən də yeniyetmələrə mənfi örnək olduğunu deyə bilərəm. Yeniyetmə sevginin nə olduğunu da bilmir təbiiki. Yeniyetmələrin oxumasının məsləhət olmadığını, ağlı başında, yetkin gənclərin oxumağının məsləhət olduğu bir kitab. Sevgiyə görə ölümə gedərəm yox, mübarizə apararam. Sevgi öldürməz yaşadar, dağıdıb məhv etməz, yenidən qurub gözəlləşdirirər.
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018318 okunma
Reklam
200 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 günde okudu
Təsadüf nəticəsində tanışdığımız insanlardan daha çox şey öyrənirik,amma heç bir qarşılaşma təsadüf deyil məncə.İnstagramda səhifəsi təsadüfən qarşıma çıxan çox gözəl ürəkli insan.Yalnış bildiyim çox fikrimi düzəltməyə kömək etdi.Bir insanın bir insana kömək etməsi,ürəyinə toxunması üçün yanında olmasına ehtiyac yoxdur. Öz dəyər, sevginin mütləq önəmli olduğunu anlamaq, ilişkiləri yönəltmək, özgüvən qazanmaq, daha da çox sevib sevilmək üçün ilişkilərdə düzgün davranmaq üçün bir kitab. Yaxşıki.❤
Düştüğünde Kalkarsan Hayat Güzeldir
Düştüğünde Kalkarsan Hayat GüzeldirEsra Ezmeci · Destek Yayınları · 20195bin okunma