Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elçin Feyzullayev

Elçin Feyzullayev
@elchinfeyzullayev
Sıkı Okur
Öz dilimdə tək danışa bilən olduğumçün dediklərimi anlamaya bilərsiniz.
128 syf.
·
Puan vermedi
·
7 günde okudu
Dinle, Küçük Adam
Dinle, Küçük Adam
Hər kəsə salam, Daha az cümlələrlə daha geniş çağırış edə bilən fikirləri hər zaman sevmişəm ki, bu kitab da onlardan sadəcə biridir. Əslində bu əsər kitab olaraq yayımlanmaq məqsədilə nəzərdə tutulmayıbmış. Daha sonradan fikirlər toplanaraq kitab olaraq ərsəyə gətirilib. Kitabın adında müraciət şəkli son səhifəyə qədər davam edir. Bu bir çağırış,oyanış kitabıdır. Qısaca və ümumən nə demək olar bu kitab haqqında? Müəllif bu əsərdəki fikirləriylə sadəcə insanları oyatmaq, gerçək üzlərini özlərinə güzgü kimi əks etdirmək məqsədi daşıyır. Oxumağı tövsiyyə edirəm.
Dinle, Küçük Adam
Dinle, Küçük AdamWilhelm Reich · Cem Yayınevi · 202113,1bin okunma
Reklam
350 syf.
·
Puan vermedi
·
9 günde okudu
Sancaqlı Kölgələr və Şeytan Ulduzu
Sancaqlı Kölgələr və Şeytan Ulduzu
Hər kəsə salam, Ana dilimizdə fərqli mövzuda əsər axtarışında olanlar bu kitabı oxuya bilərlər, xüsusilə də qorxu janrını sevənlər. Kitabda illər öncə baş verən lənətin yaratdığı hadisələrdən danışılır. “Leyla Kuni” lənəti. Kitabda dost, ailə, sevgi, sədaqət və s. mövzulara toxunulub. Əslində əsər maraqlı gəldi, hiss olunurdu ki, yazıçı işinə ciddi yanaşaraq maraqlı əsər ortaya çıxara bilib. Müəyyən səhifələrdə insanı həyəcanlandırmağı bacarırdı, məncə, alqışa layiqdir. Qorxu hisslərini aşılaya bilirdi. Oxumağı tövsiyyə edərdim.
Sancaqlı Kölgələr və Şeytan Ulduzu
Sancaqlı Kölgələr və Şeytan UlduzuXan · Köhlən Nəşriyyatı · 202311 okunma
376 syf.
·
Puan vermedi
·
14 günde okudu
Art və Xaos
Art və Xaos
“Mentalitet Nazirliyi isə xəbərdarlıq edir: Eydenlə Xloe arasında olan hisslər “Nə deyərlər”inizin sağlamlığına ziyandır”. Mənim aləmimdə “pis kitab” anlayışı yoxdu, sadəcə dünyagörüşünə, baxışına, maraq dairəsinə və s. uyğun olmayan kitab ola bilər. Hər fərd fərqli “kitab zövqünə” malik olduğu üçün yanaşmalar da fərqli ola bilər təbii ki. Bu kitaba gəlincə, zəhmətinə dəyər verirəm, müəllifin dünyagörüşünə şübhə etmirəm, ancaq mənim oxuyucu dairəmə uyğun olmadığını düşünürəm, həddən artıq çox cinsəl münasibətlərə yer verilib və bu münasibətləri ədəbi dilə salaraq oxuyuculara çatdırır. Əsərdə adı çəkilməsə də, Azərbaycandan olduğu güman edilən Aydın (Eyden kimi keçir) adlı bir musiqiçinin ABŞ-a köçməsi və qəribə hostelə düşməsi ilə hadisələr başlayır. Hosteldə olan hər şey doğrudan uzaqdır: hadisələr, münasibətlər, hətta insanlar da. Eyden burda Xloe ilə tanış olur və ona xüsusi hisslər olduğunu düşünür. Ancaq “oyun” bitdikdən sonra onu itirir. Tapmaq üçün çox çalışsa da, sonda nəticəsiz qalır. Eyniadlı albom buraxmasıyla, “Xloe” ortaya çıxır. Ta ki kiçik bir kafedə əsl “Xloe”nu görənə kimi. Əsərin sonluğu naməlumdu, ola bilsin ki oxucunun ixtiyarına buraxılıb. Çox ciddi mesajlar verdiyini düşünmürəm, tövsiyyə edə biləcəyim kitablar siyahısına əlavə etmirəm. 20 və daha aşağı yaş qruplarına isə ümumiyyətlə oxumağı tövsiyyə etmirəm.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019654 okunma

Okur Takip Önerileri

Tümünü Gör
356 syf.
8/10 puan verdi
·
8 günde okudu
Dan Ulduzu
Dan Ulduzu
Son zamanlar oxuduğum çox maraqlı kitablardan biri. Yəqin ki, kitabın belə təsirli olmasına yazıçının öz sahəsindəki uğurlu və bacarıqlı şəxs olması və bu bacarığının əsərə təsirsiz ötüşməməsidir. Əslində kitabın mövzusu - özünüinkişaf və bununla əlaqəli şaxələnmiş fikirlərdən irəli gələn məsələlərdir. Hadisələr bir gəncin dəniz sahilində tanımadığı bir nəfərlə qarşılaşması ilə başlayır. Çətin dövrlərdən keçən və cürbəcür narahatedici fikirlərin astasında qalan bu gəncin eşitdiyi cümlələr və dərin izahlar qarşısında həyatında yeni səhifə açılır. Kitabın son səhifələrinə kimi maraqlı fikir mübadiləsi bir-birini əvəz edir. Digər özünüinkişaf yönümlü kitablardan fərqli olaraq sadəcə təkrarlanmış “söz yığınından” ibarət deyildi. Oxumağı tövsiyyə edirəm.
Dan Ulduzu
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 201977 okunma
250 syf.
·
Puan vermedi
·
13 günde okudu
Salam,
İnsan Qırığı
İnsan Qırığı
Kitab surroqat analıq mövzusuna həsr olunub, əsərdə keçən hadisələr bu mövzuda yaşanan proseslerdən bəhs edir. Təbii yolla uşaq sahibi olmaq şansını itirən bir ailə, çıxış yolu üçün “qanunsuz” bir yola - surroqat ana axtarışına çıxır. Daha doğrusu, ailəyə bu həll yolu təklif edilir desək, daha doğru olar. Üzdə “ailəni sevindirmək, uşaq sahibi etməklə mənəvi xoşbəxtlik yaşatmaq” kimi görünən, əslində isə pul, qısa zamanda qazanmaq eşqiylə yaşayan həkimlər bu yolda əldən-ayaqdan çıxırlar. Sonradan isə hadisələr başqa istiqamətdə cərəyan alır: Surroqat ailə başçısı fikrindən vaz keçərək “analığa” mane olmaqçün qarşı tərəflə “xidmət haqqını” dəfələrlə artırır və əks təqdirdə abortla hədələyir; Genetik ana həyat yoldaşından gizlincə olardan istənilən “xidmət haqqını” verməyə razı olur; Surroqat ana isə uşağı genetik anaya vermək fikrindən daşınır və s. Mövzu baxımından, bu sahənin problemlərini əks etdirmək baxımından oxuna bilər.
İnsan Qırığı
İnsan QırığıAqşin Cəfərov · Teas Press Nəşriyyatı · 20189 okunma
Reklam
544 syf.
·
Puan vermedi
·
17 günde okudu
Gen Bencildir
Gen Bencildir
Richard Dawkins
Richard Dawkins
Salam, son zamanlar oxuduğum və oxuduqca yorulduğum nadir kitablardan biri, genetika haqqında daha çox elmi istiqamətdə yazılmış bir kitabdır. Kitabın bir çox sahəsi xüsusilə ağır irəliləyir, ola bilsin ki, biologiya, tibb və analoji sahələrə marağı olanlarçün maraqlı və faydalı ola bilər. Dilini daha sadə şəkilə gətirməklə bəlkə də daha oxunaqlı etmək olardı qənaətindəyəm.
Gen Bencildir
Gen BencildirRichard Dawkins · Kuzey Yayınları · 20201,738 okunma
240 syf.
·
Puan vermedi
·
31 saatte okudu
300-ə yaxın kitab oxumuşam, ancaq
Mustafa Kaya
Mustafa Kaya
-nın kitabları qədər heç bir əsər məndə güclü təsir, yeni baxış formalaşdıra bilməyib. Tövsiyyə edirəm, mütləq oxuyun.
Su Kanunu
Su KanunuMustafa Kaya · Fenomen Kitaplar · 20161,848 okunma
344 syf.
·
Puan vermedi
·
6 günde okudu
Namazın Sırları ve Fazileti
Namazın Sırları ve Fazileti
İmam Gazali
İmam Gazali
Namaz və onunla əlaqəli bir çox məsələlərin geniş və izahlı əks olunduğu maraqlı kitab idi. Kitabda ən xoşuma gələn məqamlardan biri dilinin (tərcüməsinin) çox sadə və ümumi olaraq isə axıcı, oxunaqlı olmasıdır.
Namazın Sırları ve Fazileti
Namazın Sırları ve Faziletiİmam Gazali · Çelik Yayınevi · 2013496 okunma
250 syf.
·
Puan vermedi
·
4 günde okudu
Nargin
Nargin
Yunis Orucov
Yunis Orucov
Tarixlə, tariximizlə bağlı olan hər bir əsəri oxumaq xüsusi hisslər yaradır. Bu romanda yazar 1-ci dünya müharibəsi illərində Osmanlı ilə müharibələr zamanı əsir götürülən türk əsgərlərinin Nargin adasında (və ya əsirlərin özlərinin dediyi kimi "ilanlı" ada) başlarına gətirilən müsibətlərdən və o dövrdə xalqımızın o əsirlərə etdiyi yardımlardan söhbət açır. Əsərdə tarixi faktlara kifayət qədər yer verilib. Hər kəsə oxumağı tövsiyyə edirəm.
Nargin
NarginYunis Orucov · Mimta Yayınları · 052 okunma
·
Puan vermedi
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Üsyan
Üsyan
Son dövrlər oxuduğum ən maraqlı fərdi inkişaf kitablarından biri idi. Dili sadə və axıcı. Digər oxşar tip kitablardan fərqli olaraq daha çox "söz yığını"nına deyil, həmçinin maraqlı fikirlərə, nümunələrə tez-tez rast gəlmək olurdu. "Altından xətt çəkilməli" olan hissələrin sayı çox idi. Məncə oxumağa dəyər, tövsiyyə olunur.
Üsyan
ÜsyanRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 202256 okunma