Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fidan Naghiyeva

Fidan Naghiyeva
@fynaghk
Based on a True Story
Engineer
Master of Intelligent Systems
Baku
15 Eylül 2000
50 okur puanı
Haziran 2020 tarihinde katıldı
Kim deyə bilərdi ki, mənim qaranlığım sənin işığından yaxşıdır?
Reklam
Məncə, insanın özünün nəsə yaratması başqalarının başladığı işi başa çatdırmaqdan daha maraqlıdır.
Maraqlıdır, təkcə alimlərin çox az bilməsi, ya da özlərinə, yaradıcılıq prosesini idarə etmək imkanlarına həddən artıq güvənməsi ucbatından, görəsən, nə qədər müəmmalar həll olunmamış qalıb?

Okur Takip Önerileri

Tümünü Gör
Cavabı sualların olmadığı yerdə axtaran deyiləm. Mən problem haqqında daha düşünməyəcəyəm və onun mənə yetişməyimə imkan verəcəyəm.
Bəla burasındadır ki, heç yerdə heç kəsə yer yoxdur.
Reklam
Heç kəsin onlara ayırmağa vaxtı olmadığından mehribanlığı və məhəbbəti bir-birilərində tapırdılar.
“Bizə pul və ya təchizatla kömək edənlər çoxdur, ancaq vaxtını və duyğularını verənlər azdır.”
Tənhalığım mənə sakitcə düşünməyə, oxumağa və xatirələrdə qurdalanmağa - keçmişimi yenidən kəşf etməyə, nəhayət, kim olduğumu bilməyə imkan verir. Əgər hər şey əyri-üyrü və çəpinə getsə, heç olmasa keçmişim mənimlə qalsın.
Daha çox öyrəndikcə varlığından xəbərimin belə olmadığı daha çox şey görürəm. Əvvəllər özümü HƏR ŞEYİ bilə biləcəyim, bəşəriyyətə aid bütün bilikləri beynimə yığa biləcəyimlə bağlı səfeh düşüncəylə sakitləşdirirdim. İndisə yalnız biliyin varlığını bilməyə və onun kiçik bir zərrəsini dərk etməyə qadir olacağıma ümid edirəm. Görəsən, buna vaxtım çatacaqmı?
Reklam
Onun özü haqda nə düşünməsinin elə bir əhəmiyyəti yoxdur. Bəli, Nemur eqoistdir, amma nə olsun? Belə bir işə girişə bilmək üçün elə eqoist olmaq lazımdır. Mən bütün rənglərdə olan “Nemur”lara yetərincə baxmışam və bilirəm ki, onların əzəmətli görkəmləri altında həmişə qorxu və özünəinamsızlıq gizlənir.
Başım bomboşdur, ancaq indi fikirlər yox, duyğular önəmlidir.
Mən öz qabiliyyətlərimin qeyri-adi yüksəlişi ilə onların “mən”inin ölçüsünü xeyli kiçiltmiş, bütün qüsurlarını gün üzünə çıxarmışdım.
Bütün professorların hamısını fikir nəhəngləri kimi qəbul etmək, sadəcə, axmaqlıqdır! Onlar hamısı ən adi adamlardır, hətta bunu başqalarının başa düşə biləcəyinin qorxusu altında yaşayırlar.
339 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.