Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fidan Naghiyeva

Fidan Naghiyeva
@fynaghk
Based on a True Story
Engineer
Master of Intelligent Systems
Baku
15 Eylül 2000
48 okur puanı
Haziran 2020 tarihinde katıldı
Bəla burasındadır ki, heç yerdə heç kəsə yer yoxdur.
Reklam
Heç kəsin onlara ayırmağa vaxtı olmadığından mehribanlığı və məhəbbəti bir-birilərində tapırdılar.
“Bizə pul və ya təchizatla kömək edənlər çoxdur, ancaq vaxtını və duyğularını verənlər azdır.”

Okur Takip Önerileri

Tümünü Gör
Tənhalığım mənə sakitcə düşünməyə, oxumağa və xatirələrdə qurdalanmağa - keçmişimi yenidən kəşf etməyə, nəhayət, kim olduğumu bilməyə imkan verir. Əgər hər şey əyri-üyrü və çəpinə getsə, heç olmasa keçmişim mənimlə qalsın.
Reklam
Daha çox öyrəndikcə varlığından xəbərimin belə olmadığı daha çox şey görürəm. Əvvəllər özümü HƏR ŞEYİ bilə biləcəyim, bəşəriyyətə aid bütün bilikləri beynimə yığa biləcəyimlə bağlı səfeh düşüncəylə sakitləşdirirdim. İndisə yalnız biliyin varlığını bilməyə və onun kiçik bir zərrəsini dərk etməyə qadir olacağıma ümid edirəm. Görəsən, buna vaxtım çatacaqmı?
Onun özü haqda nə düşünməsinin elə bir əhəmiyyəti yoxdur. Bəli, Nemur eqoistdir, amma nə olsun? Belə bir işə girişə bilmək üçün elə eqoist olmaq lazımdır. Mən bütün rənglərdə olan “Nemur”lara yetərincə baxmışam və bilirəm ki, onların əzəmətli görkəmləri altında həmişə qorxu və özünəinamsızlıq gizlənir.
Başım bomboşdur, ancaq indi fikirlər yox, duyğular önəmlidir.
Mən öz qabiliyyətlərimin qeyri-adi yüksəlişi ilə onların “mən”inin ölçüsünü xeyli kiçiltmiş, bütün qüsurlarını gün üzünə çıxarmışdım.
Reklam
Bütün professorların hamısını fikir nəhəngləri kimi qəbul etmək, sadəcə, axmaqlıqdır! Onlar hamısı ən adi adamlardır, hətta bunu başqalarının başa düşə biləcəyinin qorxusu altında yaşayırlar.
Əgər ömür boyu uşaq qalmaq istəmirsənsə, başqalarının dediyini gözləmə. Qərarı özün qəbul etməli, nəyin doğru olduğunu özün hiss etməlisən. Özünə etibar etməyi öyrən.
Sən demə, mən ilk baxışda ağıllansam da, müəyyən məsələlərdə tamamilə uşağam. Bu məni utandırır, ancaq gec-tez özüm haqda mütləq hər şeyi öyrənəcəyəm.
Heç vaxt ağlıma gəlməzdi ki, Tanrı olmaya da bilərmiş. Artıq başa düşürəm ki, kollecin əsas vəzifələrindən biri insanlara bütün həyatları boyu inandıqlarının, əslində, qətiyyən bu cür və heç nəyin göründüyü kimi olmadığını izah etməkdir.
Mən həqiqəti bilmək üçün alışıb-yanır, eyni zamanda ondan qorxurdum.
321 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.