Əslində Edonarxda əksər adamlar tək yaşayırdı,buna görə də binalardakı mənzillər kiçik idi.Bəzən 3,4 nəfərlik ailələrlə də qarşılaşmaq mümkün idi əlbət.İnsanların tək yaşamaqlarının səbəbi,ümumi Edonarx əhalisinin işgüzar olması idi.Onlar işlərinin əlindən ailələrinə vaxt ayıra bilmir,buna görə də, ailə həyatı qurmurdular.Beləliklə ,vaxt keçdikcə Edonarxın əhalisi azalaraq 6500-7000 nəfərə çatırdı.