Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

448 syf.
6/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Joe Hill'dən mütaliə etdiyim ikinci kitabı "Tuhaf hava" adlı hekayələr toplusu (4 hekayə) oldu. Ümumilikdə yazarın qələmindən çıxan hekayələrin yaranmasında başlıca King rolunun böyük olduğunu düşünürəm. Janr baxımından birə bir bənzərlik olsa da (S. King İncəliklərə Çox diqqət edir) tək fərqin Joe Hill'in kitablarında mövzunun axıcı irəliləməsidir.(nəzərimcə) Müqayisəni kənara qoyub indi hekayələrin nədən bəhs etdiyinə yönələk : (Fotoqraf) Mistik əşyaların günümüzdə də yer aldığını düşünsək nə olar sizcə? Və bu əşyanın bizi təsiri altına alma ehtimalını da var saysaq, dəli olma şansımızın özümüzə bəxş etdiyimiz ərməğan kimi də görünə bilməsi tam bir şeytan işidir deyə bilərik. (Şarjör dolu) Yaxud günah keçisi olaraq seçdiyimiz fərd, vicdanımızın səsini bizə eşitdirsə belə problemin həllini daim kənarda görəcəyimizdən bixəbər olar. Bir başqa bənzətmə ilə desəm, üzəri bataqlıq mamırları ilə qapalı olan sirr açıldığında kənara yaydığı qoxu nə dərəcədə kəskindirsə, gözlənilməyən bədbəxtliklərin də baş verməsi bir o qədər faciəvidir. (Bulut) Təsadüf adlandıraraq fövqəltəbii hadisələrin önəmsənilməməsini təbii fəlakətlərdən öyrəndik. Ancaq yaşadığımız xülyaların bir gün mistik gerçəkliyə çevrilməsiylə hər şey alt üst olar. (Yağmur) Dünyada bir çox bəlaların yaranışını Tanrı da deyil, insanliqda axtarmalıyıq.
Tuhaf Hava
Tuhaf HavaJoe Hill · İthaki Yayınları · 202079 okunma
·
147 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.